yüklənir...
yüklənir...

SON DƏQİQƏ

XalqXəbər.Az
yüklənir...
yüklənir...

Əhməd Əhmədovun çıxarıldığı iddia olunsa da... - Bu barədə rəsmi xəbər yoxdur

Əhməd Əhmədovun çıxarıldığı iddia olunsa da... - Bu barədə rəsmi xəbər yoxdur
17-07-2017, 14:07 142 025 dəfə baxılıb
yüklənir...

Dünən mətbuatda Naxçıvanın daxili işlər naziri general-leytenant Əhməd Əhmədovun işdən azad edilməsi ilə bağlı məlumat yayılıb.

Bir sıra media orqanı nazirin hətta ev dustaqlığına götürüldüyünü yazır. Nazir səlahiyyətlərinin isə hazırda nazir müavini Səbuhi Novruzov tərəfindən həyata keçirildiyi bildirilir.

Amma qəribədir ki, iki gündür müzakirə mövzusuna çevrilən bu sensasion məlumatla bağlı hansısa rəsmi reaksiya yoxdur; nazirin işdən çıxarıldığı rəsmi dairələrdən nə təsdiqlənir, nə də təkzib edilir.

Əməkdaşımız məsələni dəqiqləşdirmək üçün Naxçıvan Daxili İşlər Nazirliyi ilə əlaqə saxlayıb.

Nazirliyin növbətçi hissəsindən məsələ ilə bağlı danışmaq səlahiyyətlərinin olmadığını deyiblər. Onlar sualları "mətbuat işlərinə baxan Aynur xanım”a ünvanlamağı məsləhət biliblər. Aynur xanım isə (Soyadını bildirməkdən imtina edib - red.) xəbəri nə təkzib edib, nə də təsdiqləyib. O, verilən bütün suallara "Bu barədə məlumat yoxdur”, - deyə cavab verib.

Qeyd edək ki, saytda nazirin iş nömrəsi kimi göstərilərn 545 72 90 nömrəsinə isə ümumiyyətlə, cavab verən olmayıb.

Mövzuya qayıdacağıq.

BakuPost.az


www.xalqxeber.az

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər: , Ehmed, Bu, resmi, iddia, olunsa, xeber, yoxdur, da, chixarildigi, Ehmedovun, barede
ŞƏRH YAZ
yüklənir...
yüklənir
OXŞAR XƏBƏRLƏR
VİDEO ÇARX
XƏBƏR LENTİ

22-07-2017

BÜTÜN XƏBƏRLƏR
yüklənir...
GÜNDƏM
KÖŞE YAZARLARI
yüklənir...
İDMAN
ŞOU-BİZNES
DÜNYA
FACEBOOK SƏHİFƏMİZ
SON DƏQİQƏ