SON DƏQİQƏ
XalqXeber.Az » Aktual » Çovdarov Tağı Əhmədovu həbs etdirmək üçün dəridən-qabıqdan çıxır

Çovdarov Tağı Əhmədovu həbs etdirmək üçün dəridən-qabıqdan çıxır

Tarix:

17-07-2017, 00:15

/ 129 380 dəfə oxundu.
Çovdarov Tağı Əhmədovu həbs etdirmək üçün dəridən-qabıqdan çıxır

MTN generalı Akif Çovdarov Metropolitenin keçmiş rəisi Tağı Əhmədovu həbs etdirmək üçün dəridən-qabıqdan çıxır
Mətbuatın gündəmini zəbt edən Çovdarov-Əhmədov ədavəti pik həddə çatıb.
MTN generalının məqsədi sabiq metro rəisinin mülklərini, mənimsəmələrini açıqlamaqla cinayət işinin başlanmasına zərurət yaratmaqdır.
YAP-ın Yasamal təşkilatının sədri T.Əhmədov isə “cəhənnəmə gedən yoldaş axtarır” açıqlamasını verib. MTN işi üzrə keçirilən məhkəmələrin episentrində "yeraltı dünya”nın keçmiş sahibi Tağı Əhmədov dayanır.
Mühakimə olunan odioz general Akif Çovdarovun sabiq metro rəisindən 3 milyon rüşvət alması işindən başlamış tərəflərin qovğası yeni arsenalda davam etməkdədir.
A.Çovdarov "cəhənnəmə gedən, özünə yoldaş axtarır” deyiminə uyğun olaraq T.Əhmədovu da özü ilə bərabər bitirməkdədir.
MTN generalı yekunlaşmaqda olan məhkəməsində onun şərti azadlığa buraxılmayacağını bildiyinə görə zərərçəkmiş qismində tanınan sabiq metro "patron”na zərbələr endirməkdədir.
T.Əhmədovun son illərdə MTN işinə görə gündəmdə qalması onun "qələminin qırılması” deyil, artıq üzərindən xətt çəkilməsinə gətirib çıxara bilər.
MTN işi Çovdarovla Əhmədov üzərində fokuslanıb.
Generalın ondan 3 milyonu qanunsuz alması hər nə qədər cinayət məsuliyyəti yaradıbsa, YAP sədrinin də bu milyonları hardan əldə etdiyi araşdırma zərurəti yaradır.
Çovdarovun çıxışında mühüm bir detal isə Metropolitenin dövlətdən subsidiya aldığı halda, keçidlərdəki köşklərdən pul qazanılması, dövlət rəhbərliyinin qurumun yoxlanılması barədə tapşırığıdır.
Sitat: "Detallı araşdırma aparılan zaman bəlli olub ki, metrostansiyalarda aparatlar elə qurulub ki, hər 4 jetondan biri qeydiyyatdan keçməyib və onun pulu Tağı Əhmədovun cibinə gedirmiş.
Bütün bunları bizə Tağının qardaşı oğlu Şövqi Əhmədov dedi. Buna görə də Tağı Əhmədov öz qardaşı oğlundan imtina edib.
Bundan başqa biz agentura xəttimiz vasitəsilə müəyyən etdik ki, təzə vaqon adı ilə Moskvadan işlənmiş vaqon alıb "kraskalayıb”lar. Bununla da 11 milyondan çox dövlət vəsaiti mənimsənilib.
Hər 4 jetondan birini əldə etməklə aya 300 min manat pul qazanırdılar. İşıq puluna görə "Azərenerji”yə 4 milyon manat borcları var idi. Onu da mənimsəmişdi”.
Bu mənimsəmə faktları ilə bağlı prokurorluqda T.Əhmədov barəsində araşdırma aparıla bilər.
Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev isə deyib ki, A.Çovdarov həbsdə olsa da, onun söylədikləri həqiqətdir və araşdırılmalıdır:
“Akif Çovdarov sıradan bir şəxs deyil. Onun uzun illər rəhbərlik etdiyi idarə nəqliyyat sahəsində baş verənləri araşdırmaq səlahiyyətində olub.
Tağı Əhmədovun həyat yoldaşının, özünün, 2 oğlunun nə deməsindən asılı olmayaraq Akif Çovdarovun məhkəmədə dedikləri dərhal cinayət işi başlanmaqla araşdırılmalıdır.
Əlbəttə ki, Tağı Əhmədov çıxıb deməyəcək ki, 200 milyon dolları Azərbaycan xalqının cibindən oğurlamışam.
Tağı Əhmədov həbs edilməsə, onun kimi vəzifədə olub oğurlamaq imkanı olan hər kəs ürəklənəcək, iştahlanacaq, deyəcək ki, Tağı Əhmədova nə etdilər ki, mənə də etsinlər və başlayacaq büdcə pullarını oğurlamağa”.

Şərhlər

XƏBƏR LENTİ