yüklənir...
yüklənir...

SON DƏQİQƏ

XalqXəbər.Az
yüklənir...
yüklənir...

“Prezident bu dəfə məni bağışlamadı...” - Oğluna görə işdən çıxarılan general

“Prezident bu dəfə məni bağışlamadı...” - Oğluna görə işdən çıxarılan general
12-07-2017, 12:01 125 149 dəfə baxılıb

Prezident İlham Əliyevin dünən verdiyi sərəncamla vəzifəsindən azad edilən Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti rəisinin həqiqi hərbi xidmətə çağırış üzrə müavini – Həqiqi hərbi xidmətə çağırış baş idarəsinin rəisi Novruzəli Orucov açıqlama verib.

Sabiq rəis müavini dünəndən müzakirələrə səbəb olan oğlu Rüstəm Orucovun hərəkətlərinə münasibət bildirib:

“Mən 6 yaşımda atamı itirmişəm. Ailəmiz çox kasıb vəziyyətdə yaşayıb. Fəhlə də işləmişəm, günü 2 manat pula işləyirdim ki başsız ailəmizi dolandırım. Çətinliklərlə yaşayıb böyümüşəm. Öz gücümə təhsil almışam. Birincə dəfə cənab Prezident “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi”nin sədr müavini Mübariz Mədətovu oğlu Xalid Mədətovun əməllərinə görə işdən çıxaranda mənə dəymədi. Xidmətlərimi nəzərə aldı. Bu dəfə bağışlamadı.Oğlum dünya paraşutdan tullanma üzrə rekordçudur, general Dadaş Rzayevlə bərabər tullanıb. Nə edək olmamalı idi oldu... Polis akademiyasında oxuyurdu. Adam vurduqdan sonra ordan çıxartdılar”.

N. Orucov oğluna görə peşman olduğunu da qeyd edib:

“Çox peşmanam. Gərək onu cəzalandırardım, döyərdim. Cənab prezidentdən çox razıyam dediyim kimi birinci dəfə mənə dəymədi. Allah onun balalarını saxlasın. Bu dəfə bağışlamadı.Qoy bu hadisədən bütün genarallarımız, zabitlərimiz, yüksək rütbəli məmurlarımız ibrət dərsi alsınlar. Məmurlar uşaqlarını boş buraxmasınlar. Bu hadisə onlara dərs olsun. Cənab prezident bir dəfə mənə xəbərdarlıq etmişdi, bu dəfə də cəzalandırdı”.

“Qafqazinfo”


www.xalqxeber.az

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər: Prezident, bu, bagishlamadi, Ogluna, chixarilan, meni, , ishden, defe, gore, general
ŞƏRH YAZ
yüklənir...
yüklənir
OXŞAR XƏBƏRLƏR
VİDEO ÇARX
XƏBƏR LENTİ

16-12-2017


15-12-2017

BÜTÜN XƏBƏRLƏR

Sunayla Hüquqdan Danış

[email protected]


/sunayla_huquq_danish/

GÜNDƏM
KÖŞE YAZARLARI
yüklənir...
İDMAN
ŞOU-BİZNES
DÜNYA
FACEBOOK SƏHİFƏMİZ
SON DƏQİQƏ