SON DƏQİQƏ
XalqXeber.Az » Aktual » PA-dan altı icra başçısına sensasion təlimatın pərdəarxası

PA-dan altı icra başçısına sensasion təlimatın pərdəarxası

Tarix:

27-01-2017, 00:11

/ 2 324 dəfə oxundu.
PA-dan altı icra başçısına sensasion təlimatın pərdəarxası

Hakimiyyət şimal zonası üzrə regionlardakı vəziyyətdən narahatdır. Buna səbəb Rusiya ilə sərhəddə yerləşmək, digər amil isə şimal qonşudan iqtisadi asılılığın artmasıdır.

Verilən xəbərə görə, hökumət bu regiona nəzarəti gücləndirir. Əsasən də Quba-Xaçmaz rayonlarında sosial problemlərin həlli üçün mühüm addımlar atılması, sakinlərin incidilməməsi, şikayətlərə həssaslıq göstərilməsi tapşırılıb.

Məlumatda deyilir ki, Siyəzən, Xızı, Şabran, Xaçmaz (Xudat), Quba və Qusar rayon icra hakimiyyətlərinə xüsusi göstərişlər verilib. Bildirilib ki, sosial narazılıq var, iqtisad vəziyyət çətinləşir, işsizlik artır, bahalaşma gedir və şimal bölgəsində hər hansı təxribatçı cəhdlər ola bilər.

Quba və Xaçmaz rayonlarının daha mərkəzi bölgələr olduğunu nəzərə alsaq, sözügedən rayonların icra başçıları önündə daha sərt tələblər qoyulub.

Ümumilikdə, 6 rayon icra hakiminə - Xəzər Aslanov, Asif Hüseynov, Novruz Novruzov, Şəmsəddin Xanbabayev, Yaşar Məmmədov və Şair Alxasova əhali ilə işləmək, müraciətlərinə cavab vermək tapşırılıb.

Hər hansı xoşagəlməz insident və ya aksiya xəbəri daxil olarsa, bunun məsuliyyəti icra hakimiyyətinin üzərində qalacaq.

Ötən ilin əvvəlində Prezident Administirasiyası rəsmiləri açıq şəkildə bildirmişdilər ki, icra hakimlərinin fəaliyyətinə məhz camaatla necə işləməsi və investor cəlb edilməsi kontekstindən qiymət veriləcək.

Verilən xəbərə görə, şimal zonası olduqca həssas regiondur və hər zaman təxribatlara cəhd olunub. Ölkə prezidenti iqtisadi islahatları gücləndirir, kompleks tədbirlər həyata keçirir, antiböhran layihələri işə salır.

Prezident Adminstrasiyasından Rayon İcra Hakimiyyətlərinə özündə preventiv tədbirləri əks etdirən fəaliyyət proqramı göndərilib. Həmin proqramda hər bir rayonun potensialına müvafiq olaraq yeni iş yerlərinin açılması tələb olunur.

Hazırda bütün rayonlarda bu istiqamətdə addımlar atıldığını iddia edən qaynağımız mart ayının sonlarına doğru "əyalət padşahları”nın bəzilərinin vurulacağını bildirir. Hər bir icra başçısının qarşısında konkret vəzifələr qoyulub.

Buraya rayonda narazılıqların minimuma endirilməsindən tutmuş, yeni iş yerlərinin açılmasına qədər çoxsaylı məsələlər əks olunub. Mart ayının əvvəlindən başlayaraq isə icra başçıları növbə ilə Prezident Adminstrasiyasına çağırılacaq və onlardan son üç ayın hesabı sorulacaq.

Onlardan konkret olaraq rayonda neçə iş yerinin açılması, hansı sahibkarlıq obyektlərinin fəaliyyətə başlaması, hansı sahibkarlara hansı köməkliyin göstərildiyi və s. haqda hesabat tələb olunacaq. Hesabatın yekunu olaraq isə bəzi icra başçılarının vəzifələrini itirəcəyi gözlənilir.

Şərhlər

XƏBƏR LENTİ