SON DƏQİQƏ
XalqXeber.Az » Aktual » Sabiq deputat Dünyamin Xəlilovun məhkəməsi başlayır

Sabiq deputat Dünyamin Xəlilovun məhkəməsi başlayır

Tarix:

26-01-2017, 11:36

/ 2 217 dəfə oxundu.
Sabiq deputat Dünyamin Xəlilovun məhkəməsi başlayır

Sabiq millət vəkili, iş adamı Dünyamin Xəlilovun məhkəməsi başlayır. O, ilk dəfə hakim qarşısına çıxarılır.

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində sabiq deputat Dünyamin Xəlilovun və digərlərinin cinayət işi üzrə məhkəmənin hazırlıq iclası keçiriləcək.

Məhkəmə hakim Əhməd Quliyevin sədrliyi ilə baş tutacağı gözlənilir.

Daxili İşlər Nazirliyi Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində başlanmış cinayət işi üzrə təqsirləndirilən şəxs qismində cəlb edilməklə barəsində həbs qətimkan tədbiri seçilən D.Xəlilov Bakı İstintaq Təcridxanasında saxlanılır.

Sabiq deputat Beynəlxaq Bank əməliyatı zamanı həbs edilən şəxslərdəndir. Bankın sabiq idarə heyətinin sədri olmuş Cahangir Hacıyevdən sonra Xəlilov da digərləri ilə birlikdə həbs edilib.

Xəlilov sabiq deputat olmaqla yanaşı, həm də iş adamıdır. O, “Globus Plaza”nın sahibidir.

Xatırladaq ki, D.Xəlilovun Beynəlxalq Banka borcu ilə bağlı qalmaqal 2011-ci ildə başlayıb. O, 2005-ci ildə Beynəlxalq Bankın səhmdarı olub. 2005-2010-cu illərdə deputat olan D.Xəlilov Cahangir Hacıyevin qohumudur və işçisi olub. C.Hacıyevə məxsus “Şəki Bazar” və “Şəki Ət Kombinatı” ASC-ni uzun müddət D.Xəlilov idarə edib. Beynəlxalq Bankın bir filialı uzun illər “Globus Plaza”nın üçüncü mərtəbəsində yerləşib.

Şərhlər

XƏBƏR LENTİ