SON DƏQİQƏ
XalqXeber.Az » Aktual » Hökumət yaşlı icra başçıları ilə vidalaşır - Müdhiş siyahı

Hökumət yaşlı icra başçıları ilə vidalaşır - Müdhiş siyahı

Tarix:

4-07-2017, 09:18

/ 60 165 dəfə oxundu.
Hökumət yaşlı icra başçıları ilə vidalaşır - Müdhiş siyahı

Prezident yaşlı icra başçıları ilə vidalaşmağa hazırlaşır. Yasamalın icra başçısı olmuş İbrahim Mehdiyevdən sonra növbədə bir neçə rayon rəhbəri var
Məlumata görə, Zaqatala icra başçısı Mübariz Əhmədzadə, Sabirabadın icra başçısı Nazim İsmayılov və başda Bakı meri Hacıbala Abutalıbov olmaqla qocaman icra başçıları vəzifələri ilə sağollaşacaqlar.
Siyahıda Şəkinin icra başçısı Elxan Usubov, Xaçmazın icra başçısı Şəmsəddin Xanbabayev və başqaları da var.
Dövlət başçısı özü kimi xarici dilləri bilən, Qərb ölkələrini görmüş gənc kadrları rayonlarda icra başçısı təyin etməyə hazırlaşır.
Bu prosesin yeni ildən başlanması gözlənilir. Ardınca bir-bir hansı regionlarda yaşlı icra başçıları varsa postunu tərk edəcək.
İqtidardakı mötbərən qaynaqlardan sızan xəbərlərə görə, artıq siyahıda bəzi icra başçılarının adları yer alır.
Hazırda ilkin məlumata görə, Ağsunun icra başçısı Ənvər Seyidəliyev, Beyləqanın icra hakimi Vaqif Abdullayev, Samuxun rəhbəri Alı Qocayev vəzifəsindən uzaqlaşdırıla bilər.
Prezidentin prioritet addımlarından biri də hakim komandanı gəncləşdirməkdir.
Bu islahatların nazir və komitə sədrləri, müavinləri barədə olacağını xəbər vermişdik. Növbə icra başçılarına çatıb.
Prezident İlham Əliyev gənc islahatçılardan ibarət komandanın təşkili istiqamətində siyasətini möhkəmləndirəcək. Hakimiyyətin müxtəlif postlarında yerləşmiş məmur ordusu var ki, müasir texnoloji biliklərdən uzaqdır.
İcra hakimiyyətlərində komputeri bilməyən, sms oxumağı bacarmayan, sosial şəbəkələrdən uzaqda olan əli qırışlı, qocalmış, pensiya yaşında məmurlar işləyir. Eləcə də NK-də veteranlar çoxdur.
Onlar dövlət başçısının siyasi-iqtisadi reformalarına maneçilik törədir və islahatların tempinə uyğunlaşa bilmirlər. İqtidar komandasının çoxdan yenilənməsinə ehtiyac var.
İ.Əliyevin hakimiyyəti dəyişmək siyasəti nəticəsində islahatlar intensivləşə bilər.

Şərhlər

XƏBƏR LENTİ