SON DƏQİQƏ
XalqXeber.Az » Aktual » Eldar Mahmudovun kölgəsindəki bankirin azadlıqda qalmasının sirri... - İLGİNC

Eldar Mahmudovun kölgəsindəki bankirin azadlıqda qalmasının sirri... - İLGİNC

Tarix:

22-06-2017, 18:50

/ 165 227 dəfə oxundu.
Eldar Mahmudovun kölgəsindəki bankirin azadlıqda qalmasının sirri... - İLGİNC

Azərbaycanın sonuncu – sabiq milli təhlükəsizlik naziri Eldar Mahmudovun yaxın çevrəsinə daxil olan bankirlərdən biri də Çingiz Əsədullayevdir. Eldar Mahmudov vəzifədə olarkən Ç.Əsədullayevin də işləri pis getmirdi. Onun rəhbərlik etdiyi “Azəriqazbank”a əmlaklarını girov qoyub kredit götürən müştərilər sonradan çox böyük problemlərlə üzləşirdilər. Hətta Ç.Əsədullayevin bankında ən kiçik bankların belə gözlədikləri, riayət etdikləri qaydalar çox kobud şəkildə pozulurdu - əmənətlərə belə xəyanət edirdilər.

Bunları Ç.Əsədullayevin ağ kostyumlu bankir portretində qara ləkələr də hesab etmək olar. Əlbəttə ki, Ç.Əsədullayev bunları özbaşına etmirdi. Həmin portretdə Eldar Mahmudova sığındığı da aydın sezilirdi. Eldar Mahmudov arxasında olmasaydı heç bu əməlləri etməzdi də. Çox aydın şəkildə hər kəsə deyilirdi ki, gedin kimə istəyirsiniz deyin, biz kəsdiyimiz başa sorğu sual yoxdur. İllərlə Çingiz Əsədullayevin rəhbərlik etdiyi bank belə işləyib. İş adamlarının müflis edilməsi, əmlaklarının, əmanətlərinin, girovlarının əllərindən alınması hesabına özləri varlanırdılar. 2015-ci ilin oktyabrına – Eldar Mahmudov vəzifəsindən çıxarılana qədər durum belə idi.
E.Mahmudov işdən çıxarıldı, Çingiz Əsədullayev bankdakı otağında başının üstünə vurduğu onun böyük ölçülü bir portreti çıxarıb geniş iş masasının altına qoydu.

Amma ona arxalanıb müflis duruma saldığı sahibkarların da qalaqlanmış şikayətləri araşdırılmadı.

Məsələn, “Azərqazbank”dakı brilyant əməliyyatı haqda məlumat vermişdik. İş adamı Maqsud Mahmudov banka girov qoyduğu brilyantların şüşə ilə əvəzləndiyini, özünün isə MTN-ə çağırılaraq hədələndiyini, üstəlik 30 min dollar ondan pul alındığını da açıqlamışdı. Bundan başqa Ç.Əsədullayevin bankında qanunsuzluqla üzləşmiş sahibkar Haqverdi Məmmədovun həyat yoldaşı Elmira Məmmədova “Sumqayıt ağac emalı” ASC-nin onun ailənindən alınması haqda prezidentə ünvanladığı, surətini redaksiyamıza təqdim etdiyi müraciətində yazırdı: “Bizim həyatımızı məhv edən “AGBank”ın rəhbəri, eks-deputat Çingiz Əsədullayevdir. Biz təkcə mülkünü itirən sahibkarlardan deyilik, biz hər şeyi əlindən alındıqdan sonra borcla taleyin tərs üzünə buraxılmış və dincliyini, evini, ev əşyalarını da itirmiş bir sahibkar ailəsiyik. 2005-2006-cı illərdə ailəmizin sahibkarlıq fəaliyyətini gücləndirmək üçün hər şeyimizi topladıq, üstəlik borca da girərək “Sumqayıt ağac emalı” ASC-yə 1 milyon 500 min manat vəsait yatırdıq. Oğlanlarımız Samir və Rauf Məmmədovların adına müəssisənin birlikdə təxminən 45 faiz səhmlərinə sahib olduq, müəssisəyə rəhbərlik edən həyat yoldaşım Haqverdi Məmmədov isə onun işini gücləndirdi. 150 nəfərdən çox adamın çalışdığı bir şirkətə çevirdi. Üstəlik uğurlu işi davam etdirmək üçün biznes plan hazırladı. Xaricdən yeni avadanlıqları gətirməyə qərar verdi. Bu layihəni gerçəkləşdirmək üçün kredit lazım idi deyə “AGBank”a müraciət edildi. Müəssisə kredit alındığı ərəfədə 12 milyon manat dəyərində qiymətləndirildi. Üst-üstə 5 milyon manat kredit limiti ayrıldı. Müəssisə işini daha da gücləndirdi və işin ən parlaq vaxtında banka parket istehsal edən xətt alınmasına kredit ayrılması üçün müraciət edildi. Müəssisə bu dəfə 18 milyon manat dəyərləndirildi. Bankdan bildirildi ki, siz mövcud vəsaitinizlə avadanlığı Almaniyadan gətirin, müəssisənin xammal və iş davamiyyəti üçün tezliklə sizə istədiyiniz məbləğ ayrılacaq”.

Sahibkarın həyat yoldaşı yazırdı ki, heç gözləmədikləri halda bank kredit verməkdən imtina edib: “Bütün vəsaitlər yeni avadanlığa sərf edilmişdi. Müəssisə krediti ala bilmədi, işdə problemlər yaşanmağa başladı. Xammal almağa, borclara, kreditlərə görə ödənişlərə görə çətinliklə üzləşdik və heç cür anlamadıq ki, nə üçün bank bu addımı atdı. Amma çox keçmədi ki, hər şey aydın oldu. Çingiz Əsədullayev həyat yoldaşımı yanına çağıraraq bildirdi ki, milli təhülkəsizlik naziri Eldar Mahmudov bizim sənədləri istəyir. Yoldaşıma demişdi ki, sənədləri verməyəcəyi təqdirdə tezliklə onu və oğlanlarımı həbs edəcəklər. Çingiz Əsədullayev bizə bildirdi ki, konkret “hə”, ya “yox”. “Hə” olacağı təqdirdə bunun əvəzində 500 min – 1 milyon manat halallıq da veriləcək ki, işlə bağlı başqalarından aldığımız şəxsi borcları qaytara bilək. Bu, hər şeyimiz əldən çıxarılması demək idi, lakin iki oğlumuzu qorumaq üçün razılaşdıq, notariusa gedildi, səhmlər dövr edildi və bundan sonra borclarımızla baş-başa qaldıq”.

Zorən əmlakı əlindən alınan adama əmlakının real dəyərinin 3-5 faizini vermək halallıqdırmı? Və ya etibar olunan əmanətin – brilyantın sadə şüşə ilə əvəzlənməsi halallıqdır? Əlbəttə ki, deyil, bunun bir adı var - əmanətə xəyanət etmək!

Bu iki fakt Ç.Əsədullayevin bankının hansı üsullarla, kimə arxalanaraq böyütdüyünü ortaya qoyur.

Hazırda E.Mahmudova bağlı olan iki bankirdən biri –Beynəlxalq Bankı böyrü üstə qoyan sabiq sədri Cahangir Hacıyev həbsdədir. C.Hacıyev E.Mahmudovun qudasıdır. Ç.Əsədullayev isə onun dostudur. E.Mahmudov vəzifədən çıxarılana qədər Ç.Əsədullayev E.Mahmudovla quda olması haqda məlumatları təkzib etmirdi. Mahmudov vəzifəsini itirəndən sonra isə Ç.Əsədullayev dedi ki, o, Mahmudovun qudası deyil, dostudur: “Milli təhlükəsizlik naziri ilə dostluq etmək nə vaxtdan bəri kompromat və ya ayıb iş sayılır? Onunla ünisyyətimiz olubsa da bu, hər hansı təxribatçı və ya casusla yox, aparıcı nazirlərdən biri ilə ünsiyyət olub. Burada məntiq hanı? Bu nazirlikdə belə qanun pozuntularının baş verməsi o zaman kimin ağlına gələ bilərdi? Bu haqda kim danışırdı? Bunu kim mühakimə edib pisləyirdi? Bütün ölkə onunla ünsiyyətə girir, danışırdı. İndi belə çıxır ki, həmin adamların hamısını prezidentin və hökumətin düşmənləri siyahısına salmaq lazımdır?”

Ç.Əsədullayev özünü mümkün həbsdən sığortalamaq üçün adlar çəkir, eyni zamanda Eldar Mahmudovdan da keçə bilmir. Ona sadiqdir. Hər nə olsa da, onun hesabına “halal” milyonlar qazanıb. Ən maraqlısı odur ki, E.Mahmudovun banklar üzərindən qara işlərini görən bankir bu gün sərbəst gəzib dolaşır, həyatını yaşayır. “MTN işi” başlayanda xəbər yayılmışdı ki, iş üzrə araşdırmaların bir ucu da “Azəriqazbank”a uzanır. Eldar Mahmudov MTN-ə rəhbərlik etdiyi dövrlərdə qurumda ayrı-ayrı iş adamlarından alınan pullar “Azəriqazbank”a daşınaraq oradakı hesablara yatırılıb. Bu əməliyyatlara Eldar Mahmudovun köməkçisi və əmisi oğlu Vüqar Mahmudov rəhbərlik edib. MTN-də yığılan rüşvət pulları kisələrə doldurularaq banka rahat daşınmasına hazırlıq görülürmüş. Ç.Əsədullayevin Şahin adlı sürücüsü onun xidməti maşını – qara rəngli, Az 10 JO 900 nömrə nişanlı “Mutsibishi Pajero” ilə həftədə bir neçə dəfə MTN-ə gedərək oradan maşına yüklənən pul dolu kisələrlə banka qayıdıb. Pulun sürücüyə təhvil verilməsinə də Vüqar Mahmudov nəzarət edib. Sonradan qara pullar xaricdəki bank hesablarına ötürülüb. “Beynəlxalq Bank işi”ndə dindirilən iş adamları arasında Əsədullayevin də adı keçirdi.

Bildirilirdi ki, Ç.Əsədullayevin də “maliyyə xəyanətlərində” iştirakı olub, Mahmudov-Hacıyev çetesi külli miqdarda pulları onun bankının vasitəsilə ölkədən çıxarıb. Belə demək mümkünsə, Çingiz Əsədullayevin bankı haqda sensasion ittihamlar hələ arxası “MTN dağına” söykənəndə də vardı. 2015-ci ilin iyununda Kaliforniya Universitetinin (“KrebsOnSecurity”) onlayn apteklərlə bağlı apardığı araşdırmalarında bəlli olmuşdu ki, internet üzərindən qanunsuz dərman satışı ilə məşğul olan onlayn apteklərin gəlirləri “tərəfdaşlıq” proqramları vasitəsilə əsasən “Azəriqazbank”da “yuyularaq” nağdlaşdırılıb.

Görünən odur ki, E.Mahmudov vəzifədən çıxarılandan sonra Ç.Əsədullaeyvin itirdiyi yalnız mandatı, yaxasındakı deputat nişanı olub. Onun bankı üzərindən ölkədən çıxarılan milyonlarla talan pulunun hesabı isə sorulmur.

Şərhlər

XƏBƏR LENTİ