SON DƏQİQƏ
XalqXeber.Az » Aktual » Vəkil Vidadi Zeynalova bəraət istədi

Vəkil Vidadi Zeynalova bəraət istədi

Tarix:

21-06-2017, 14:07

/ 55 823 dəfə oxundu.
Vəkil Vidadi Zeynalova bəraət istədi

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Rabitə Nazirliyinin yüksək vəzifəli şəxslərinin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

Hakim Əfqan Hacıyevin icraatında olan prosesdə vəkillər müdafiə çıxışı ediblər.

Vidadi Zeynalovun vəkili Bəylər Məmişov deyib ki, müvəkkilinə qarşı irəli sürülən ittiham sübut olunmayıb: "Ona qarşı dövlət əmlakını mənimsəmə ittihamının verilməsi absurrdur. Çünki dövlət əmlakının onun sərəncamına verilməsi qeyri-mümkün idi. Nazirliyin aparat rəhbəri olan Vidadi Zeynalov maddi-məsul şəxs olmayıb. Onun barəsində bəraət hökmünün çıxarılmasını istəyirəm".

V. Zeynalov dövlətə vurulan ziyandan 4 milyon 200 min manat ödənildiyi barədə qəbzi məhkəməyə təqdim edib.

Beytulla Hüseynovun vəkili Vilayət Nadirov dövlətə dəyən ziyanı tam ödədiklərini deyərək müdafiə etdiyi şəxsə şərti cəza verilməsini istəyib.

Məhkəmə prosesi iyulun 5-də davam etdiriləcək.

Şərhlər

XƏBƏR LENTİ