yüklənir...
yüklənir...

SONDƏQİQƏ

XalqXəbər.Az
yüklənir...

“Düşmənə apreldəkindən də ağır zərbələr vurulacaq” - General Aydəmirov

“Düşmənə apreldəkindən də ağır zərbələr vurulacaq” - General Aydəmirov
21-06-2017, 12:01 55 067 dəfə baxılıb

"Düşmənin cəbhədə törətdiyi təxribatlar gözlənilən idi"

Bunu ehtiyatda olan general-leytenant Yaşar Aydəmirov son günlər cəbhədə baş verən hadisələrə münasibət bildirərkən deyib.

General-leytenant hesab edir ki, düşmənin son təxribatları iki mühüm hadisə ilə əlaqədardır: "Birinci, bayramlarımız yaxınlaşanda ermənilər hər zaman olduğu kimi cəbhədə təxribatlar törətməyə çalışırlar. Düşmən tərəfi əlamətdar günlər ərəfəsində belə yola əl atır. Bununla da daxili auditoriyaya mesaj göndərmək istəyilər ki, guya təxribatlarla Azərbaycanı sarsıdırlar. Gülünc iddiadır. Bu kimi təxribatlar bizi sarsıda bilməz. Əksinə düşmən ağır itkilərə məruz qalır.

İkinci səbəb isə irimiqyaslı təlimlərin keçirilməsi ilə bağlıdır. Ordumuz irimiqyaslı təlimlərə cəlb olunub. Düşmən isə budan narahatdır".

Y.Aydəmirov vurğulayıb ki, düşmən vəziyyəti gərgin saxlamağa çalışsa, nəticəsi onlar üçün ağır olacaq: “Düşmən gərginliyi davam etdirmək istəsə, Azərbaycan güclü zərbələr endirəcəcək. Hesab edirəm ki, bu zərbə aprel döyüşlərindəkindən də qat-qat güclü olacaq”.


www.xalqxeber.az

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər: Dushmene, Aydemirov, zerbeler, agir, apreldekinden, , de, General, vurulacaq
ŞƏRH YAZ
yüklənir...
yüklənir
OXŞAR XƏBƏRLƏR
VİDEO ÇARX
XƏBƏR LENTİ

14-11-2018


13-11-2018

BÜTÜN XƏBƏRLƏR
GÜNDƏM
yüklənir...
FACEBOOK SƏHİFƏMİZ
SONDƏQİQƏ