SON DƏQİQƏ
XalqXeber.Az » Aktual » FETÖ-nün həbs olunan Azərbaycan nümayəndəsi kimdir?

FETÖ-nün həbs olunan Azərbaycan nümayəndəsi kimdir?

Tarix:

14-06-2017, 12:53

/ 68 705 dəfə oxundu.
FETÖ-nün həbs olunan Azərbaycan nümayəndəsi kimdir?

Türkiyə KİV-lərinin yaydığı məlumata görə, Türkiyənin Malatya şəhərinin prokurorluğu tərəfindən axtarışa verilmiş FETÖ terror təşkilatının Azərbaycan üzrə səlahiyyətli nümayəndəsi həbs edilib.
Adı M.M olaraq mətbuatda ötürülən şəxs İstanbulda tutulduqdan sonra Malatyaya gətirilib və məhkəmə qərarı ilə onun barəsində həbs-qətimkan tədbiri seçilib.
Bu şəxsin kimliyi ilə bağlı araşdırma aparıb.
Əldə etdiyimiz məlumata görə, bu şəxs Muharrəm Mənəkşədir. M.Mənəkşənin hələ 90-cı illərin əvvəllərində Fətullah Gülən tərəfindən Azərbaycana sızdırıldığı bildirilir.
Qeyd edək ki, həmin şəxs terror təşkilatının xüsusi yazışma proqramı olan “Bylock” istifadəçisi olub və qruplaşmanın gizli xəbərləşmələrində mühüm rol oynayıb.

Femida.az

Şərhlər

XƏBƏR LENTİ