SON DƏQİQƏ
XalqXeber.Az » Aktual » “Binə Kəbirə” ətrafında nələr olur? - bazarı, klinikanın maşını, bacısının evi yanır, qardaşı oğlu polis öldürür...

“Binə Kəbirə” ətrafında nələr olur? - bazarı, klinikanın maşını, bacısının evi yanır, qardaşı oğlu polis öldürür...

Tarix:

2-06-2017, 09:46

/ 99 911 dəfə oxundu.
“Binə Kəbirə” ətrafında nələr olur? - bazarı, klinikanın maşını, bacısının evi yanır, qardaşı oğlu polis öldürür...

“Binə” ticarət mərkəzini sahibi Kəbirə Məmmədovanın ailəsində faciələr ard-arda baş verir
Bacısının evi yanır, qardaşı oğlu “Porşe” ilə adam öldürür.
Bakıda yaşayış evində baş verən yanğında xəsarət alan şəxs 5 gün sonra xəstəxanada ölüb. Şağan qəsəbəsində Səbirə Məmmədovaya məxsus evdə yanğın baş verib.
Yanğın nəticəsində evdə mühafizəçi işləyən, 41 yaşlı Natiq Cabbarov yanıq xəsarətləri alaraq xəstəxanaya yerləşdirilib. Həkimlərin səyinə baxmayaraq, N. Cabbarov ötən gün xəstəxanada ölüb. S. Məmmədova sahibkar Kəbirə Məmmədovanın bacısıdır.
Bir müddət öncə K. Məmmədova Zığ yolunda 3 nəfərin yanaraq ölümü ilə nəticələnən dəhşətli qəza ilə gündəmə gəlmişdi.
Həmin qəza zamanı yanan maşın K. Məmmədovanın adını daşıyan “Kəbirə Məmmədova Klinikası”na məxsus idi. Polisin ölümü ilə nəticələnən dəhşətli qəzanın bəzi təfərrüatları məlum olub.
Yenicag.az-ın məlumatına görə, Bibiheybət yolundakı faciəvi qəzanın səbəbkarlarından biri olan “Porsche” markalı avtomobilin sürücüsü Rövşən Aydın oğlu Məmmədov Azərbaycanda “Binə Kəbirə” kimi tanınan məşhur iş xanımı Kəbirə Məmmədovanın qardaşı oğludur.
1974-cü il təvəllüdlü Rövşən Məmmədov hazırda xəstəxana şəraitində müalicə olunur. O, əvvəlcə Travmotologiya İnstitutuna yerləşdirilsə də, daha sonra özəl klinikalardan birinə köçürülüb. Rövşən Məmmədov ötən il ağır faciə yaşayıb. Belə ki, onun məktəbi yenicə bitirən 17 yaşlı oğlu rəhmətə gedib.
Bu hadisələrin bir-biri ilə yaxınlığı olmasa da, faciələr arasındakı zaman fərqi çox azdır. K.Məmmədovanın ətrafında yaşanan bu olaylarla bağlı müəmmalar var.
Sanki hansısa gizli əllər “Binə” sahibinə mesaj verir. Eyni zamanda onun sahibi olduğu bazar da alıcılıq qabiliyyəti baxımdan çökür. Bazarda tez-tez yanğın olur.
“Yeni Müsavat” qəzetinin 19 avqust 2014-cü il tarixli 207(5916) nömrəli sayında “Binə”nin sahibi barədə şok xəbər və Kəbirə Məmmədovanın erməni şərikinin olması haqda müdhiş məlumat” başlığı altında dərc edilmişdi.
Məqalədə göstərilir ki, “Onlardan biri də ticarət mərkəzinin sahibi, Kəbirə Məmmədovanın erməni şəriki Datodur. Türk iş adamlarının sözlərinə görə, Dato Kəbirə Məmmədovanın biznes imperiyasının şərikidir və özü də Moskvada fəaliyyət göstərir”.
“Məni gözdən salmağın kimə lazım olması mənim üçün çox maraqlıdır”. “Binə” ticarət mərkəzinin rəhbəri Kəbirə Məmmədovanın imzası ilə redaksiyaya məktubunda belə deyirdi.
Ümumiyyətlə, sahibkarlar “Binə” bazarını kütləvi şəkildə tərk edir. Kəbirə Məmmədovanın qeyri-qanuni tələbləri sahibkarların buradan uzaqlaşması ilə nəticələnib. 2013-cü ildə baş verən mitinqini da yada salmaq yerinə düşər.
Kəbirə Məmmədova və qoçularının bazarda yaratdıqları dözülməz vəziyyət sahibkarları buradan didərgin salıb. Dişini-dişinə sıxaraq hələ də dözən sahibkarlar isə artıq üsyan həddindədir.

Şərhlər

XƏBƏR LENTİ