SON DƏQİQƏ
XalqXeber.Az » Aktual » “50 min və 2 illik maaşımı verərəm” - Maşallah Əhmədov məhkəmədə

“50 min və 2 illik maaşımı verərəm” - Maşallah Əhmədov məhkəmədə

Tarix:

24-01-2017, 13:06

/ 2 001 dəfə oxundu.
“50 min və 2 illik maaşımı verərəm” - Maşallah Əhmədov məhkəmədə

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən Maşallah Əhmədovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

xalqxeber.az-ın verdiyi xəbərə görə, hakim Mirzə Xankişiyevin sədrliyi ilə keçirilən prosesdə M.Əhmədov son söz demək üçün yenə vaxt istəyib.

O, zərərçəkmiş Yusif Əzizova 50 min manat və 2 illik maaşımı verməyini təklif edib: “Xahiş edirəm ki, işin düzələn tərəfinə gedək. Ayda 500 manat maaş alıram”.

Hakim isə M.Əhmədovu yalan danışdığını bildirib.

M.Əhmədov yalan danışmadığını söyləyib: “Günün birinci yarısına qədər işi həll edəcəm. Mənə vaxt verin. Sabaha qədər 50 min manat verə bilərəm. Qalan məbləği isə 2 illik maaşımı verəcəm. Allaha and olsun ki, ondan bir qəpik də pul almamışam. Pul daşlara qoyulub”.

Y.Əzizov 128 min manat pulunu tələb edib: “Mən ona vaxt verərəm. Amma şərtim budur ki, evini girov qoysun, ona razıyam. Lakin Maşallah Əhmədovun təklifi ilə razı deyiləm. Mən öz şəxsiyyətimi və qürurumu həmin puldan üstün tuturam. 1000 gündür mən ona yalvarıram ki, pulumu qaytar”.

Məhkəmə M.Əhmədova 30 dəqiqə vaxt verib.

***
Fasilədən sonra davam etdirilən prosesdə M.Əhmədov sabaha qədər vaxt istəyib.

Məhkəmə prosesi yanvarın 25-də davam etdiriləcək.

Şərhlər

XƏBƏR LENTİ