yüklənir...
yüklənir...

SON DƏQİQƏ

XalqXəbər.Az
yüklənir...
yüklənir...

Etibar Məmmədovun keçmiş silahdaşının həbsinin 25 milyonluq sensasion təfərrüatı

Etibar Məmmədovun keçmiş silahdaşının həbsinin 25 milyonluq sensasion təfərrüatı
24-05-2017, 10:31 59 799 dəfə baxılıb

“Lanset” klinikasının təsisçilərindən biri olan Fərman Ceyranlı həbs edilib
Həbs edilən Fərman Ceyranlı Gürcüstanın Cinayət Məcəlləsinin 180-ci maddəsi ilə günahlandırılır.
Qeyd olunan maddə isə dələduzluqdur. Cinayət işində iki nəfərin adı keçir. Məlumata görə, Tiflisdə fəaliyyət göstərən klinikada 2016-cı ildə qanunsuz ciyər transplantasiyası əməliyyatı baş tutub. Əməliyyat uğursuz olduğundan xəstə dünyasını dəyişib.
Hüquq mühafizə orqanlarından verilən məlumata görə, klinikada icazəsiz əməliyyatlar keçirildiyinə görə bir müddət əvvəl “Lanset”in lisenziyası geri alınıb.
Fərman Ceyranlıya rəsmi ittiham bu gün irəli sürüləcək. Hazırda o, Baş Polis İdarəsinin müvəqqəti təcridxanasındadır.
F.Ceyranov AMİP-in keçmiş sədri Etibar Məmmədovun silahdaşı olub. Keçmiş AMİP-çi “Lanset” klinikasını Tiflisdə açmamışdan qabaq Bakıda fəaliyyət göstərib.
Lakin burda onu möhkəm sıxışdırıblar. Ona görə də iqtidarla yola getməyən klinika sahibi biznesini Gürcüstana köçürdü. Görünür ki, Tiflisdə də F.Ceyranovun fəaliyyətində şübhəli məqamlar olub.
Onun Gürcüstanda siyasi proseslərə dəstək verdiyi, müxalif mühacirlərə kömək etdiyi haqda iddialar var. Hakimiyyət bu məsələlərdən xəbərdar olub və onun həbsi üçün Gürcüstanla danışıqlar getdiyi deyilir. Hətta klinika rəhbərinin Bakıya təhvil verilməsi də mümkündür.
Çünki az əvvəl virtualaz.org saytında Tiflisdəki anti-Azərbaycan adlı bir yazı dərc olunmuşdu və müxalifətçilərin Gürcüstanda yerləşərək xaricdən maliyyələşib fəaliyyöt göstərdikləri söylənirdi.
Onmərtəbəli klinika 25 milyon ABŞ dollarına başa gəlib. Burada gürcü mütəxəssislərlə yanaşı, Türkiyə, Fransa, Avstraliya və İsraildən dəvət olunmuş yüksək ixtisaslı həkimlər nadir cərrahiyyə əməliyyatları aparıblar.
Ən müasir avadanlıqlar və dünyanın tanınan həkimlərinin çalışdığı klinika Gürcüstanda son illərin ən böyük layihəsi hesab olunur.
Tibb mərkəzinin açılış mərasimində iştirak edən Gürcüstan parlamenti sədrinin birinci müavini Manana Kobaxidze ən müasir avadanlıqlarla təchiz olunmuş klinikanın açılışı münasibətilə Azərbaycan və gürcü xalqlarını təbrik edib.
Ə.İnsanov 1990-cı illərin sonlarında F.Ceyranovu Eksperimental Xəstəxananın baş həkimi vəzifəsindən azad edib.
O isə öz növbəsində məhkəməyə müraciət edib, işdən qanunsuz çıxarıldığını sübut etməyi bacarıb. Buna baxmayaraq sabiq nazir məhkəmənin F.Ceyranovun işə bərpası ilə bağlı qətnaməsini icra etməkdən israrla boyun qaçırıb.
Fərman Cahan oğlu Ceyranlı 1957-ci ildə Saqareco rayonunda anadan olub. 1974-cü Yor-Muğanlı kəndində orta məktəbi bitirib və elə həmin ildə də N.Nərimanov adına Azərbaycan Dövlət Tibb İnstitutuna daxil olub.
1980-ci ildə 1 saylı Tiflis şəhər Klinik Xəstəxanasında cərrahiyyə üzrə internatura keçib. 1982-ci ildən 1992-ci ilə qədər İ.M.Seçenov adına Moskva Tibb Akademiyasının cərrahi xəstəliklər kafedrasında əvvəlcə baş laborant, sonra isə kiçik elmi işçi, böyük elmi işçi, aparıcı elmi işçi və şöbə müdiri kimi fəaliyyət göstərib.
1985-ci ildə namizədlik, 1990-cı ildə isə doktorluq dissertasiyası müdafiə edib. F.Ceyranlı sonradan fəaliyyətini Azərbaycanda davam etdirib.
1993-cü ildən Azərbaycan Respublikası Səhiyyə Nazirliyində Elm İdarəsinin rəisi, 1994-cü ildə M.Topçubaşov adına Elmi Cərrahiyyə Mərkəzinin direktor müavini, 1995-ci ildən isə həmin mərkəzin direktoru vəzifələrində çalışıb, eyni zamanda Səhiyyə Nazirliyinin baş cərrahı olub.

ulus.az


www.xalqxeber.az

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər: silahdashinin, Memmedovun, Etibar, kechmish, sensasion, milyonluq, 25, teferruati, hebsinin
ŞƏRH YAZ
yüklənir...
yüklənir
OXŞAR XƏBƏRLƏR
VİDEO ÇARX
XƏBƏR LENTİ

12-12-2017

BÜTÜN XƏBƏRLƏR

Sunayla Hüquqdan Danış

[email protected]


/sunayla_huquq_danish/

GÜNDƏM
KÖŞE YAZARLARI
yüklənir...
İDMAN
ŞOU-BİZNES
DÜNYA
FACEBOOK SƏHİFƏMİZ
SON DƏQİQƏ