SON DƏQİQƏ
XalqXeber.Az » Aktual » Nəriman Əliyevin “Ştutqart”-ında vergi yoxlamaları başladı - MTN-lə əlaqəsi olub...

Nəriman Əliyevin “Ştutqart”-ında vergi yoxlamaları başladı - MTN-lə əlaqəsi olub...

Tarix:

24-01-2017, 09:25

/ 3 169 dəfə oxundu.
Nəriman Əliyevin “Ştutqart”-ında vergi yoxlamaları başladı - MTN-lə əlaqəsi olub...

“Ştutqart” mağazalar şəbəkəsi ilə bağlı yeni məlumatlar daxil olub. “Deputat Nəriman Əliyevin adı 300 minlik qalmaqalda…” yazısı dərc ediləndən sonra vergi orqanları hərəkətə keçib.
Belə ki, mağazalar şəbəkəsində vergi yoxlamalarına start verilib. Bu isə şəbəkənin rəhbəri Masallıdan olan millət vəkili Nəriman Əliyevi və mağazalar şəbəkəsinə müdirlik edən Nəriman Əliyevin bacısı oğlu Əfqan Abdullayevi bərk narahat etməyə başlayıb.
Çünki “Ştutqart” mağazalar şəbəkəsinin fəaliyyəti ilə bağlı cəmiyyətdə birmənalı münasibat yoxdur. Hətta mətbuat orqanları da, bir çox hallarda bu mövzuya müraciət edirlər.

Nəriman Əliyevin də adı zaman-zaman hazırda həbsdə olan MTN generalları olə qoşa çəkilib. Və bu gün onun hədəfə alınması da həmin əlaqələrin hesabının sorulması kimi də anlaşıla bilər.

Qarşı tərəfi də dinləyə bilərik.

Şərhlər

XƏBƏR LENTİ