yüklənir...
yüklənir...

SON DƏQİQƏ

XalqXəbər.Az
yüklənir...
yüklənir...

Qüdrət Qurbanovu kim və niyə himayə edir

Qüdrət Qurbanovu kim və niyə himayə edir
18-05-2017, 09:30 64 481 dəfə baxılıb
yüklənir...

Dövlət Dəniz Administrasiyasının (DDA) rəhbəri Qüdrət Qurbanovla bağlı mediada davamlı məlumatlar yayılmaqdadır.

Bu məlumatların bir hissəsini isə ötən sözügedən qurumun işçilərinin şikaytləridir.

2016-ci ildə Dövlət Dəniz Adminstrasiyasının bir qurup işçisinin prezident İlham Əliyevə müraciəti yayıldı. Bu müraciətdə isə kifayət qədər ciddi iddialar səsləndirilmişdi. Həmin şikayətlər anonim və açıq tekstlə bu gün də yayılır. Amma heç bir rəsmi qurum hələ ki bu məlumatlara reaksiya verməyib...

Məsələn, qaynar.info-da yayılan həmin müraciətdə deyilirdi ki, qurumun rəhbəri Qüdrət Qurbanov və əlaltıları Dövlət Dəniz Administrasiyasını rüşvət yuvasına çevirib. Onlar ağır şəraitdə çalışan dənizçilərə verilən cüzi maaşları da müxtəlif yollarla onların əlindən alır.

İlham Əliyevə ünvanlanan başqa bir müraciətdə bildirilirdi ki, dənizçilər dənizə çıxmaq üçün Dövlət Dəniz Administrasiyasından sertifikat almalıdır. Əslində bu sertifikatlara görə heç bir ödəniş tələb olunmur. Amma Qüdrət Qurbanovun qurduğu sistem dənizçilərin cibinin soyulmasına çevirilir. Mənbənin dediyinə görə, administrasiyasa rəhbərliyi sertifikatları dənizçilərə 120-150 min manata satır. Bu məbləği ödəməyənlər isə təbii olaraq dənizə buraxılmır. İşsiz qalmaqdan qorxan dənizçilər məcburiyyət qarşısında qalaraq həmin məbləği ödəməli olurlar.

Qüdrət Qurbanov və adamları sertifikatla yanaşı, diplom alveri ilə də məşğul olur. Dənizçilərin adından yayılan məlumata görə, administrasiya rəhbərliyi matros diplomunu 2500-3000, bosman diplomunu 4000-5000 manata satır.

Məlumatda səsləndirilən bu iddaialara isə nə qurum, nə də Qüdrət Qurbanov rəsmi münasibət bildirdi. Bu barədə dəfələrlə yazılsa da, təəssüf ki, problem həll edilmədi.

Dövlət Dəniz Administrasiyasının rəhbərinə qarşı çıxış edənlərdən biri də tanınmış hüquqşünas Əyyub Kərim idi. Onun səsləndirdiyi fikirlər isə normal cəmiyyətdə bir məmurun istefaya getməsinə ciddi əsaslar verirdi. Amma uzun illər vəzifəsini öz şəxsi mülkiyyəti hesab edən Qurbanovdan bunu gözləmək sadəlövlük idi.

Bəli, o, 11 ildir ki, bu vəzifədədir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 21 aprel 2006-cı il tarixli sərəncamı ilə Azərbaycan Respublikası Dövlət Dəniz Administrasiyasının rəhbəri vəzifəsinə təyin olunub. 28 Fevral 2014-cü ildən isə Azərbaycan Yelkənli Qayıq İdmanı Federasiyasının Prezidenti seçilib.

Məlumatların ciddiliyinə gəlincə isə bir müddət öncə mediaya açıqlamasında hüquqşünas bildirmişdi ki, Qüdrət Qurbanov onun müdafiə etdiyi gəmini qanunsuz yollarla ələ keçirib. Əyyub Kərimin sözlərinə görə, Qəmbər Səfərov adlı şəxs 2003-cü ildə Rusiyanın Həştərxan vilayətindən gəmi alıb: "Qüdrət Qurbanov mənim müdafiə etdiyim şəxsə məxsus gəmini dələduzluq yolu ilə ələ keçirilməsində bilavasitə rol oynayıb. "Yunıy Moryak” adlı bu gəmi ilə bağlı alqı-satqı müqaviləsi 2003-cü il fevralın 20-də imzalanıb. Fevralın 28-də təhvil-təslim işləri yekunlaşıb. Bundan sonra Qəmbər Səfərov bir neçə ay gəmini təmir etdirib. Gəmi Bakıya gətiriləndən sonra hansısa "Mərdəkan Broyler” adlı şirkət Dövlət Dəniz Administrasiyasının dəstəyilə gəmini ələ keçirib. Saxta alqı-satqı müqaviləsi tərtib olunub. Müqavilənin saxta olduğunu sübut edən kifayət qədər fakt var. Bir neçəsini sadalamaq istəyirəm. Təsəvvür edin, Qəmbər Səfərov gəmini fevralın 20-də alıb. Amma "Mərdəkan Broyler”lə Qəmbər Səfərov arasında imzalandığı iddia edilən saxta müqavilədə tarix yanvarın 9-u göstərilib. Belə çıxır ki, Qəmbər Səfərov hələ gəmini almamış "Mərdəkan Broyler” bu əmlakı ondan satın alıb".

Məlumatlarda Qurbanovun Azərbaycan dilinə biganə münasibətindən də söz açılır. Hüquqşünas deyir ki, DDA rəhbəri bəzən müqavilələri rus dilində tərtib etdirir:

""Mərdəkan Broyler”lə Qəmbər Səfərov arasındakı bu saxta müqavilə rus dilində tərtib olunub. Azərbaycanın dövlət dili Azərbaycan dilidir. Alqı-satqı Azərbaycanda həyata keçirilirsə, niyə müqavilə rus dilində tərtib olunub? Niyə pulun məbləği rublla göstərilib? Məgər Azərbaycanın milli valyutası manat deyil? Əslində bu saxta müqavilə Qəmbər Səfərovun Həştərxanda bağladığı müqavilədən hərfbəhərf köçürülüb".

"Hətta oradakı texniki səhvlər də eynilik təşkil edir. Bundan başqa müqavilədə göstərilir ki, Qəmbər Səfərov gəmini 250 min rubla alıb. Təmir işlərinə də pul xərcləyib və daha sonra 181 min rubla "Mərdəkan Broyler”ə satıb. Sual olunur: Qəmbər Səfərov niyə gəmini 250 min rubla alıb 181 min rubla satmalıdır? Bəs bunun xeyri?”, - hüquqşünas bildirib.

Digər bir məlumat isə bir müddət öncə dia.az saytında yayılıb. Məlumatda deyilir ki, Azərbaycanı Dövlət Dəniz Administrasiyasının rəisi postunda dəyişiklik gözlənilir. Sayt iddia edir ki, Qurbanov keçmiş MTN şefi Eldar Mahmudovla yaxın münasibətdə olub. Onun hədəfə gəlməsində də bu amil əsas rol oynayır. Elə bu gün medaida onunla bağlı yayılan məlumatlara saymazyana münasibəti də təsadüf deyil...

Maraqlıdır ki, indiyə qədər 100-ə yaxın bu tip məlumat yayılıb, ancaq Qüdrət Qurbanov bunları nə təsdiq, nə də təkzibg edib. Hətta quruma edilən sorğulara belə cavab verilməyib. bütün bunlar isə səbəbsiz deyil. Ölkədə cəzasızlıq mühitinin hökm sürdüyü bir vaxtda məmurların mediaya və ictimaiyyətə bu tərzdə yanaşması təəccüblü deyil...

Yazıdakı fikirlərlə bağlı Qüdrət Qurbanovun da mövqeyini dinləməyə hazırıq.


www.xalqxeber.az

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər: Qurbanovu, ve, niye, edir, Qudret, kim, himaye
ŞƏRH YAZ
yüklənir...
yüklənir
OXŞAR XƏBƏRLƏR
VİDEO ÇARX
XƏBƏR LENTİ

23-10-2017

BÜTÜN XƏBƏRLƏR

Sunayla Hüquqdan Danış

[email protected]


/sunayla_huquq_danish/

GÜNDƏM
KÖŞE YAZARLARI
yüklənir...
İDMAN
ŞOU-BİZNES
DÜNYA
FACEBOOK SƏHİFƏMİZ
SON DƏQİQƏ