yüklənir...
yüklənir...

SON DƏQİQƏ

XalqXəbər.Az
yüklənir...
yüklənir...

Bu nazirliklər birləşsə nə dəyişəcək?

Bu nazirliklər birləşsə nə dəyişəcək?
17-05-2017, 12:28 65 824 dəfə baxılıb
yüklənir...

qtisadçı ekspert Vüqar Bayramov Kənd Təsərrüfatı Nazirliyinin ləğv edilərək İqtisadiyyat Nazirliyinə birləşdiriləcəyi ilə bağlı yayılan xəbərlərə münasibət bildirib.
V. Bayramov açıqlamasında qeyd edib ki, Kənd Təsərrüfatı Nazirliyinin fəaliyyəti ilə bağlı dünyada fərqli təcrübələr var: “Bəzi ölkələrdə Kənd Təsərrüfatı Nazirliyi departament, bəzilərində isə ayrıca nazirlik və ya agentlik kimi fəaliyyət göstərir. Ona görə də beynəlxalq təcrübədə bu nazirliklə bağlı heç bir institisional təcrübə yoxdur.
Azərbaycanda Kənd Təsərrüfatı Nazirliyinin ləğv edilərək İqtisadiyyat Nazirliyinin tərkibinə daxil edilməsi struktur dəyişikliyi ilə bağlıdır. Bunun müsbət və müəyyən çatışmayan məqamları var.
Birləşmə dövlət xərcləmələrinə qənaət edilməsinə imkan yaradır. İqtisadi və Sosial İnkişaf Mərkəzinin də hazırladığı və təqdim etdiyi təkliflər paketində də Kənd Təsərrüfatı Nazirliyinin İqtisadiyyat Nazirliyinin tərkibinə bir departament kimi birləşdirilməsi məsələsi təklif olunurdu. İnkişaf etmiş ölkələrdə belə bir praktika var. O baxımdan büdcə vəsaitlərinə qənaət edilməsi və strukturun bütövlükdə idarəetmə aparatının optimallaşdırılması baxımından Kənd Təsəürraftı Nazirliyinin İqtisadiyyat Nazirliyinə birləşdirilməsi məqsəduyğun hesab edilə bilər. Ancaq çatışmazlıqlar ondan ibarətdir ki, əgər bir qurum ləğv edilərsə və ya başqasına birləşdirilirsə bu həmin qurumda işləyənlərin əksəriyyətinin iş yerini itirməsi deməkdir. O baxımdan məşğulluğun təmin edilməsi və kənd təsərrüfatı sxemində çalışanların işsiz qalması bir çatışmazlıq kimi qeyd olunmalıdır. Eyni zamanda digər məqam isə Azərbaycanda postneft dövründə kənd təsərrüfatının prioritet məsələ olmasıdır. Bu sektorun inkişafı prioritet olduğu üçün ayrıca bir qurumun məsələləri tənzimlənməsi məqsədəuyğun hesab edilə bilər”.

qafqazinfo.az


www.xalqxeber.az

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər: nazirlikler, ne, Bu, deyishecek, birleshse
ŞƏRH YAZ
yüklənir...
yüklənir
OXŞAR XƏBƏRLƏR
VİDEO ÇARX
XƏBƏR LENTİ

26-07-2017


25-07-2017

BÜTÜN XƏBƏRLƏR
yüklənir...
GÜNDƏM
KÖŞE YAZARLARI
yüklənir...
İDMAN
ŞOU-BİZNES
DÜNYA
FACEBOOK SƏHİFƏMİZ
SON DƏQİQƏ