SON DƏQİQƏ
XalqXeber.Az » Aktual » Cahangir Hacıyevlə Samir Şərifov savaşı qızışdı: nazirin kabusu bitmir - Şok ittihamlar

Cahangir Hacıyevlə Samir Şərifov savaşı qızışdı: nazirin kabusu bitmir - Şok ittihamlar

Tarix:

17-05-2017, 09:56

/ 64 525 dəfə oxundu.
Cahangir Hacıyevlə Samir Şərifov savaşı qızışdı: nazirin kabusu bitmir - Şok ittihamlar

Azərbaycan Beynəlxalq Bankının həbsdə olan sabiq rəhbəri Cahangir Hacıyevlə maliyyə naziri Samir Şərifovun savaşı yenidən qızışıb
Sabiq bankir nazirlə bağlı faktlar və bacısının vasitəsi ilə ittihamlar irəli sürməkdə davam edir. Təkcə manatın kursunun qorunmasına görə yox, ölkənin maliyyə sisteminin bərbad gündə olmasına görə S.Şərifov məsuliyyət daşıyır.
Ümumiyyətlə isə, manatın devalvasiyasının əsas səbəbkarı kimi bilinən Samir Şərifovun və yaxın ətrafının devalvasiyalar, dolların məzənnəsinin idarə olunmasından külli miqdarda gəlir əldə etdikləri barədə də yetərincə məlumatlar var idi.
İndi S.Şərifovun nəzarəti altında olan banklarda gözlənilməz dəyişikliklər də bu məlumatların əsassız olmadığını ortaya çıxarır.
Cahangir Hacıyevin bacısı Əminə Hacıyeva ovqat.com-a deyib ki, Beynəlxalq Bankın batırılması məqsədyönlü və qəsdən yürüdülən siyasətdir:
“Məqsəd bütün məsuliyyəti Cahangir Hacıyevin üzərinə atmaqla Beynəlxalq Bankda indiyədək yoxa çıxarılan külli miqdarda maliyyə vəsaitini təmizləməyə, sudan quru çıxmağa xidmət edir.
Cahangir Hacıyevin rəhbərlik etdiyi dövrlərdə Beynəlxalq Bank yüksək qazanc göstəricisiylə hər ili rentabelli başa vururdu.
Onun Beynəlxalq Bankın sədri olduğu 14 il ərzində bu qurum nəinki ziyanla işləyir, əksinə hər ay öz maliyyə potensialını böyüdürdü.
Hesabatlara nəzər salsaq görərik ki, bu 14 ilin ən zəif göstəricisi 2014-ci ildə qeydə alınıb. Həmin il belə, bankin xalis gəliri 25 milyon dollar həcmində olub”.
S.Şərifov üçün təhlükə sovuşsa da, yenidən ona hücumlar başlanıb.
Ə.Hacıyeva bildirib ki, Beynəlxalq Bank məqsədli şəkildə iflasa sürüklənib: “ABB-nin Nyu-York məhkəməsinə 3,3 mlrd. dollar borcun restrukturizasiyası ilə bağlı müraciət etməsi də fikirlərimi təsdiqləyir. Azərbaycan dövlətinin bu qədər fədakarlığı nəticəsində Maliyyə Nazirliyi niyə heç bir tədbir görə bilməyib?
Müşahidə Şurasının üzvləri isə Maliyyə Nazirliyinin yüksək çinli məmurlarıdır. Həmin vaxt onların arasında Samir Şərifovun ən yaxın adamı kimi tanınan Emil Mustafayev də vardı. Emil Mustafayevin çox yüksək səlahiyyətləri var idi.
Cahangir Hacıyevin müavini olmasına baxmayaraq, Emil Mustafayev onun ölkədə olmadığı zamanlar əvəzinə sənədlərə qol çəkmək hüququna malik idi.
Bir çox sənədlərə də Cahangir Hacıyevlə məsləhətləşmədən imza atmışdı. Bu fakt məhkəmədə şahidlərin dilindən Emil Mustafayevin üzünə qarşı deyildi”.
Məlumata görə, nazir vəzifəsinbi itirə bilər və ölkə rəhbərliyinin konkret mövqeyi dəqiqləşməyib.
Nazir həm manatın qatili, həm dolların qara bazarda at oynatmasının səbəbkarı, üç ölkənin casusu ittihamını mətbuatın gündəmindən çıxarmağın yolunu tapıb. İddialara görə, Samir Şərifov mediada özünə dostlar tapıb.
Onun çevrəsinə yaxın kadrlar mətbuatla danışıqlar aparır, elektron və yazılı mediada maliyyə nazirindən gedən materialların qabağını almağa cəhd edir.
Hacıyevin bacısının dediklərinə diqqət edək: “Samir Şərifov Cahangir Hacıyevin istər beynəlxalq arenada, istərsə də ölkə rəhbərliyi nəzdində qazandığı nüfuzu qəbul edə bilmirdi.
Görünür, öz qabiliyyətsizliyinə yaxşı bələd olduğundan, bir başqasında gördüyü parlaq zəkanı şəxsi karyerası üçün təhlükə kimi qəbul edir və əlinə fürsət düşən kimi təhlükəni sıradan çıxarmağa çalışırdı.
2010-ci ildən etibarən şiddətlənən bu düşmənçilik 2014-cü ildə beynəlxalq iqtisadi böhranın Azərbaycana təsiri ilə münbit zəmin əldə etdi və yanlış devalvasiya siyasətilə son zərbəsini endirdi”.

Şərhlər

XƏBƏR LENTİ