yüklənir...
yüklənir...

SON DƏQİQƏ

XalqXəbər.Az
yüklənir...
yüklənir...

KTN savaşı alovlandı: Heydər Əsədov ifşa olundu - korrupsiya faktları

KTN savaşı alovlandı: Heydər Əsədov ifşa olundu - korrupsiya faktları
16-05-2017, 09:43 61 817 dəfə baxılıb
yüklənir...

Kənd təsərrüfatı naziri Heydər Əsədova qarşı bir həmlə başlanıb
KTN rəhbəri ətrafında kampaniya gedir.
Onun istefasına bir hazırlıq mərhələsi olan bu prosesə müxtəlif qruplaşmalar və qüvvələr qoşulub.
Qudası Ziya Məmmədovdan sonra vəziyyəti mürəkkəbləşən Heydər Əsədovun postunun laxladığı müşahidə olunurdu.
Aqrar nazirin istefasını istəyən güclər var və H.Əsədov onlara bata bilmir. Eyni zamanda nazir prezidentin etimadını doğrulda bilməyib.
Aqrar sektor məhv edilib və kənd təsərrüfatının inkişafına yarılan pullar mənimsənilib. İş o yerə çatıb ki, keçmiş işçisi də naziri hədəfə alıb və ciddi faktlar açıqlayıb.
Kənd Təsərrüfatı Nazirliyinin sabiq idarə rəisi Sabir Vəliyev müsahibəsində deyib ki, kənd təsərrüfatı naziri Heydər Əsədov nazirliyin ixtisaslı kadrların çıxarıb, yerinə institutu yenicə bitirmiş maliyyəçiləri ixtisası kənd təsərrüfatına uyğun olmayan adamları nazirliyə gətirib:
“Burada adi şöbə müdirləri belə düzgün seçilməyib.Onların bəziləri nazirin qohumlarıdır, çoxu da rüşvətlə işə götürülüb.
Bu, kənd təsərrüfatını çox böyük tənəzzülə aparır. Yəqin ki, ölkə başçısı, I vitse prezident bunları oxuyur və olanlardan xəbərdardır.
Ümumiyyətlə, Kənd Təsərrüfatı Nazirliyində rəhbər işçilərin heç biri mütəxəssis deyil. Məsələn, nazir Heydər Əsədov kənd təsərrüfatı sahəsinə dair heç nə bilmir. Müavini İlham Quliyev kiminsə yaxın adamıdır.
O, tikinti işçisidir, nazirlikdə təftişi, maliyyəni ona veriblər. Onun kənd təsərrüfatından anlayışı yoxdur, ümumiyyətlə, bu sahədən başı çıxmır. Kənd təsərrüfatı nazirinin müavini Seyfəddin Talıbova 17 institut tabedir.
O kənd təsərrüfatında elmi-tədqiqat aparılması işlərini nə bilir ki, elmi müşavirə keçirib, istiqamət versin? O, baytarlığın, bitki mühafizəsinin, eləcə də elmin digər sahələri üzrə alimlərə nə deyə bilər? Heç nə bilməyən mütəxəssisləri gətirib nazir müavini qoymağın mənası yoxdur”.
S.Vəliyev bilikli kadrdır. Onun bu açıqlamalarını mətbuata həmişə yazıb. Ancaq bu dəfə mütəxəssisin deməsi nazirliyi fakt qarşısında qoyur.
Sitat: “Kadrlar idarəsində işə götürülənlər rüşvətdən başqa heç nə bilmir. İdarə rəislərinin hamısından 60-70 min manat pul alıblar.
Ora pul verib girən adamların hamısı da peşiman olub. Əvvəllər belə şey olmamışdı. Bu, biabırçılıqdı. Belə nazirlik olmaz. Vaxtilə 1 milyon ton pambıq istehsal etmişdik. İndi MKT şirkətləri yəni, “alverçi”lər rayonlarda pambıq emalının ələ alıblar.
Pambıq sənayesində emalçılar yerlərdə özləri qəbul etməlidir, hətta istehlak bazarına qədər nəzarət etməlidir. Alverçilər pambığı camaatdan ucuz götürür.Nəticədə maraq ölür, emal aşağı düşür”.
S.Vəliyev bildirib ki, Almaniyadan 150 min dollara pambıqyığan texnika gətirirlər: “O qədər pulu bir texnikaya vermək olmaz. Bu, Heydər Əsədovun öz uydurmasıdır ki, o pulu “yesin”. Texnikanın öz qiymətini ödəyib yarısını “yeyirlər”.
Problem ondadır ki, buna da nəzarət yoxdur. Adam göndərib yerində həmin texnikanın qiymətini öyrənmək lazımdır. Bu qədər vəsaiti dağıtmaq olmaz.
Çindən Azərbaycana tut tingi gətiriblər. Ölkənin istənilən regionunda tut ağacının tingini əksən, bitəcək. Bunun üçün dövlət büdcəsindən o qədər vəsait ödəmək düzgün deyil”.

Ulus.Az


www.xalqxeber.az

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər: savashi, faktlari, Heyder, olundu, ifsha, , alovlandi, Esedov, korrupsiya, KTN
ŞƏRH YAZ
yüklənir...
yüklənir
OXŞAR XƏBƏRLƏR
VİDEO ÇARX
XƏBƏR LENTİ

20-09-2017

BÜTÜN XƏBƏRLƏR

Sunayla Hüquqdan Danış

[email protected]


/sunayla_huquq_danish/

GÜNDƏM
KÖŞE YAZARLARI
yüklənir...
İDMAN
ŞOU-BİZNES
DÜNYA
FACEBOOK SƏHİFƏMİZ
SON DƏQİQƏ