SON DƏQİQƏ
XalqXeber.Az » Aktual » Qızına 400 minlik toy etmiş məmur ipdən qurtulub xaricə getdi - Pərdəarxası

Qızına 400 minlik toy etmiş məmur ipdən qurtulub xaricə getdi - Pərdəarxası

Tarix:

16-05-2017, 09:42

/ 62 901 dəfə oxundu.
Qızına 400 minlik toy etmiş məmur ipdən qurtulub xaricə getdi - Pərdəarxası

Qızına 400 minlik toy etməsi ilə gündəmə gəlmiş Bakı Liftlər İdarəsinin direktoru Qüdrət Şükürovun özünü xilas etməsinin təfərrüatı məlum olub
Onun vəzifədən çıxarılması haqda xəbərləri mediaya özünün sızdırdığı üzə çıxıb.
Mətbuatın gündəmindən çıxmaq üçün dəridən-qabıqdan çıxan Şükürov arzusuna çatıb. Guya işdən azad olunduğu haqda məlumatlar çap etdirib və özünü ipdən qurtarıb.
Baş liftçi işdən çıxmasını əvəvlcə təkzib etdi, sonra bu barədə susdu. Məqsəd mətubatın yadından çıxmaq idi. Amma məmur barəsində heç bir araşdırma aparılmadı.
Qüdrət Şükürovun qardaşı Mətləb Şükürovun sözlərinə görə, qardaşı vəzifəsindən uzaqlaşdırılmayıb və hazırda məzuniyyətdədir.
Ölkə əhalisinin böyük əksəriyyəti çörək, işıqpulu, kredit və s. bu kimi qayğılarla yaşayarkən məmurlar cah-cəlal içində üzür. 400 min dollara başa gələn toy məclisi, Maldiv adalarında istirahət, bahalı maşınlar, özəl yaxtalar və s.
Özü də bütün bunlar Azərbaycanda oliqarx kimi tanınan nazirlərə yox, ilk baxışdan sıradan bir məmur kimi görünən adamlara da aiddir.
Əgər kimsə iddia etsə ki, Bakı Lift İdarəsinin baş direktoru Qüdrət Şükürov və onun ailəsinin hər bir üzvü milyonlara sahibdir, buna az adam inanardı.
Q.Şükürov xaricdə dincəlir və qardaşının da dediyi kimi məzuniyyətə çıxıb. Onun bu pulları hardan qazanmasını təftiş etmək yerinə istirahətinə şərait yaradılır.
Bakının çoxmərtəbəli yaşayış binalarının sakinlərindən az qala hər gün liftin xarab olması, yaxud yerli-dibli işləməməsi barədə şikayətləri eşitmək olar.
Və heç kimə sirr deyil ki, əksər hallarda xarab olan liftləri elə sakinlər öz aralarında topladıqları pulla təmir etdirir. Bunlar azmış kimi son illərdə dəfələrlə Bakı şəhərində insan ölümləri ilə nəticələnən lift qəzaları baş verib.
Bu toy barədə mətbuat yəqin ki, xəbər tutmazdı, əgər Şükürovun keçmiş kürəkəni Elşən Əsgərli bu haqda aləmə car çəkməsəydi. Əvvəlcə mətbuatda Qüdrət Şükürov qızının toyuna 400 min manat xərc çəkdiyini yazmağa başladılar.
Bu rəqəm toya dəvət edilən qonaqların sayı və həmin şadlıq sarayında hər masa üçün təyin edilmiş qiymət əsasında hesablanıb ortaya çıxarılmışdı.
Əslində xərcin birbaşa “Bakı Lift-Təmir İstehsalat Birliyi”nin rəisi tərəfindən çəkildiyini iddia etmək korrekt görünmürdü, axı toya dəvət olunanlar bahalı masaya görə sanballı nəmər də atıblar. Yəni toyun xərcini Şükürov yox, ora dəvət edilənlər çəkib deyilsə, daha düzgün olardı.
Qeyd edək ki, Bakı şəhərində çoxmərtəbəli yaşayış binalarının liftlərinin təmiri və yenilərinin quraşdırılması üçün 2008-2015-ci illər tərəfindən dövlət büdcəsindən prezidentin fərmanı ilə üst-üstə 30 milyon manat (3 dəfəyə) ayrılıb.
Bu, “Bakı Lift-Təmir İstehsalat Birliyi”inin sərəncamına verilən vəsaitin ancaq bir qismidir. Həmin vəsait Bakı sakinlərini lift əzabından qurtarmağa xərclənməliydi.
Ancaq belə məlum olur ki, Qüdrət Şükürovun çoxsaylı daşınmaz əmlakına, superkarlarına, imarətlərinə və s. sərf olunub.

Şərhlər

XƏBƏR LENTİ