yüklənir...
yüklənir...

SON DƏQİQƏ

XalqXəbər.Az
yüklənir...
yüklənir...

Agentlərin ifşası və Eldar Mahmudovun baş nazir olmaq iddiası - yeni şok faktlar

Agentlərin ifşası və Eldar Mahmudovun baş nazir olmaq iddiası - yeni şok faktlar
16-05-2017, 09:25 60 780 dəfə baxılıb

DTX agentlərin deşifrə olunması ilə bağlı araşdırmaya başladı; Sülhəddin Əkbər: “Ziyanlı bir prosesin şahidləriyik”
Ötən həftə “MTN işi” üzrə məhkəmədə gözlənilməz agent siyahısının açıqlanması gündəmin əsas mövzuna çevrilib. Versiyalar isə “havada uçuşur”. Contakt.az saytı yazır ki, Samir Əliyev kimi iqtisadçılar ciddi şəkildə əmindirlər ki, bu sirlər düşünülmüş şəkildə tirajlanır ki, xalqın diqqəti Azərbaycan Beynəlxalq Bankının müflis olmasından yayındırılsın.
“Bütün bu işlər Eldar Mahmudovun hakimiyyətə gəlməsi üçün olub”
KİV sahəsi üzrə hüquqşünas ekspert Rəşid Hacılı isə ehtimal edir ki, cəmiyyətə “verbovka” olunmuş baş redaktor və hüquq müdafiəçisi haqda əvvəlcədən düşünülmüş yalan məlumatlar ötürülür. Məqsəd isə siyasi müxalifəti gözdən salmaqdır.
Başqaları isə ləğv olunmuş MTN zabitlərinin sabiq naziri, qeyri-hökumət təşkilatı sədrini və baş redaktoru həqiqətən də “verbovka” etdiklərini düşünürlər.
Məsələn, nəyə görə jurnalist, dövlətə xəyanətdə ittiham olunmuş Rauf Mirqədirovun məhkəməsi qapalı keçdiyi bir vaxtda MTN-in Antiterror Mərkəzinin sabiq rəisi general-mayor Elçin Quliyev və başqalarının işi üzrə məhkəmə prosesi qapalı keçirilmir və məhkəmədə milli təhlükəsizliyə aid sirlər açıqlanır?
“MTN əməkdaşlarının hər yerdə hər kəsi ”verbovka" etmələrinə şübhə etməyə dəyməz - onların işi budur. Amma agentlər hansı məqsədlərlə istifadə olunub?"
Bu haqda özünün bloqunda sabiq MTN zabiti Ərəstun Oruclu yazır. O, geniş spektrdə, az da olsa məlumatlı olan vətəndaşların “verbovka” olunmasından hələ 2005-ci ildən xəbərdar olduğunu təsdiqləyir. Qeyd edir ki, bütün bu işlər Eldar Mahmudovun əmri əsasında aparılıb. Məqsəd isə hakimiyyətə gəlmək olub.
Ə.Oruclu iddia edir ki, E. Mahmudov 2015-ci ildə vəzifəsindən çıxarılsa da, həbs edilməyib. Bu gün də Bakının elit rayonunda, Badamdar qəsəbəsində inşa etdirdiyi imarətində yaşayır.
Avropa Şurasında Azərbaycan nümayəndəliyinin sədri olmuş Arif Məmmədov özünün feysbuk divarında Mahmudovun vəzifədən qovulması üçün bir çox səbəblərin olduğunu yazıb və həmin səbəblərdən bir neçəsini sadalayıb. “Vaxt olub ki, Mahmudov şantaj yolu ilə böyük bir biznes strukturundan böyük məbləğdə pul götürüb. Bunu ölkə rəhbərliyi bilib və həmin vaxt Mahmudovun karyerası tükdən asılı vəziyyətə düşüb. Amma Mahmudov həmin vaxt vəziyyətdən çıxa bilib. Mahmudov Beynəlxalq Bankdan böyük məbləğdə pul götürüb və həmin pulların bir hissəsi ”yanıb".
Bundan başqa, Mahmudov özünün biznes tərəfdaşı olan, Türkiyədə tanınan milyarder vasitəsi ilə Ərdoğanın ətrafına çıxış tapıb və özünün Azərbaycanın baş naziri təyin olunmasında dəstək istəyib. Bu səbəbdən ölkə başçısı onunla bağlı qəti qərar verib".
Sayt yazır ki, Arif Məmmədov və Ərəstun Oruclu Eldar Mahmudovun İsrail xüsusi xidmət orqanları ilə sıx əlaqəsinin olması haqda məlumat veriblər və qeyd ediblər ki, ölkəmizdə İsrail xüsusi xidmət orqanları ilə fəaliyyəti o qədər geniş olub ki, Pentaqonu belə narahat etməyə başlayıb.
“Ə.Oruclu Eldar Mahmudovu MTN-i məqsədyönlü şəkildə dağıtmaqda, 200-ə yaxın təcrübəli, professional xəfiyyəni işdən çıxararaq onları quldurlaşmış polislərlə əvəzləməkdə ittiham edir. MTN-də vəzəfə almış keçmiş polislərin təsadüfi şəxsləri agent şəbəkəsinə cəlb etdiklərini və beləcə başdansovdu agent şəbəkəsinin formalaşdırılıb büdcədən həmin şəbəkəyə pul ayrılmasını və mənimsənilməsini təmin etdiklərini nəzərə çatdırıb. Agentlər elə sahələr üzrə əməliyyatlara cəlb olunublar ki, həmin sahələr haqda bilikləri, uzaqdan-yaxından tanışlıqları belə olmayıb.
Ə.Oruclu özünü erməni saytlarını dağıdan təcrübəli xaker kimi təqdim edən “Bacıoğlu” ləqəbli agentin əslində qəzetlərdən birinin ofisində işlədiyini, eyni zamanda siyasilərdən birinin ofisində çalışdığını da xatırlayır. “Bacıoğlu”nun maliyyələşməsi üçün büdcədən böyük pullar ayrılıb, amma onun özünə qəpik-quruş çatıb. Həmin agentin kuratoru sonradan Bakı İstintaq Təcridxanasındakı kamerasında asılmış vəziyyətdə aşkarlanan MTN-in Antiterror Mərkəzinin rəis müavini İlqar Əliyev olub. “Bacıoğlu”nun kimliyi 2005-ci ildə Ruslan Bəşirli məsələsində faş olunandan sonra o, siyasətçiyə, yazıçıya, deputat köməkçisinə, hətta deputatlığa namizədə belə çevirilib. Amma deputat olmasına onun kuratoru İ.Əliyev kömək edə bilməyib.
Gözəlçədən ATM rəisinə: “Bəs sən kişi deyilsən?”
Ərəstun Oruclu MTN-dəki “agent işi” adlanan iş çərçivəsində hazırda məhkəmə qarşısına çıxarılan ATM rəisi Elçin Quliyevin beynəlxalq təşkilatlardan birində çalışan xanıma “Hunday” markalı maşın bağışladığını qeyd edir. Sonradan həmin xanım deputat olmaq eşqinə düşüb və Quliyev ona kömək edə bilməyəndə gözəlçə ona sms yazıb: “Bəs sən kişi deyilsən?” Bütün bunları contact .az saytı yazır.


Baş nazir, sonra isə...
“Agenturaya cəlb olunan bu zir-zibili Eldar Mahmudovun işə götürdüyü polislər bir yerə cəm etmişdilər, məqsədləri də, gizli şəkildə gördükləri iş də Eldar Mahmudovu baş nazir, sonra isə prezident kürsüsünə yülsəltməkdən ibarət idi” - deyə, sayt Ərəstun Orucluya istinadən yazır. “2015-ci ildə baş tutan parlament seçkiləri bu yolda son həlledici etap idi. Buna görə də MTN parlament seçkilərinə bu qədər xüsusi diqqət ayırmışdı. Əlaltıları Eldar Mahmudova xoş olmayan namizədləri şantaj edir, barələrində ləkələyici materiallar toplayıb mətbuata ötürürdülər. Azay Quliyev haqda həmin dövrdə mətbuatda və sosial şəbəkədə peyda olan materiallar həmin sıradan idi
Ə.Oruclu hesab edir ki, Eldar Mahmudovun adamlarının jurnalistləri, hüquq müdafiəçilərini, məmurları agent şəbəkəsinə cəlb etmələri nazirlərini ölkədə daha yüksək posta təyin etdirmək üçün bazanın yaradılmasına xidmət edib. Bu əməliyyatda Mahmudov xarici qüvvələrə arxayın idi, ölkə rəhbəri olandan sonra onlarla işləyib Azərbaycanda planlarının həyata keçirilməsinə şərait yaradacağını vəd etmişdi. Mahmudovun Türkiyədən dəstəklənməsi haqda da yuxarıda qeyd etmişdik. Amma sabiq nazirin düşündükləri baş tutmadı.


Eldar Mahmudov özünü tələyə salıb
Buna baxmayaraq, həmin xarici qüvvələr bu gün də Eldar Mahmudovu müdafiə edirlər, gələcəkdə onun şəbəkəsindən istifadə etməyi planlayırlar.
Ə.Oruclu Donald Trampın hakimiyyətə gəlməsi ilə bu planların sıfırlandığını, buna görə də Eldar Mahmudovun həbsinin çox da uzaqda olmadığı qənaətini bölüşür".


Milli təhlükəsizlik nazirinin sabiq müavini nə deyir?
Vaxtilə milli təhlükəsizlik nazirinin müavini olmuş Sülhəddin Əkbər “Yeni Müsavat”a deyib ki, korrupsiya mexanizmindən söhbət gedirsə, xüsusi xidmət orqanı ilə məxfi əməkdaşlığa cəlb olunan şəxslərin istintaqa cəlb olunması zərurəti yaranır: “Amma belə işlər üzrə məhkəmə prosesləri qapalı keçirilməlidir ki, agentlərin adları geniş ictimaiyyətə açıqlanmasın. Çünki deşifrə olunduqları halda onlar sistemdən çıxdaş olunmalı, arxivə göndərilməlidirlər. Burada xüsusi xidmət orqanının gələcək fəaliyyəti ilə bağlı məsələlər var. Etik baxımdan hər hansı bir xüsusi xidmət orqanı öz əməkdaşlarını, etibarlı şəxslərini qorumalıdır ki, sistemə etibar yaransın. Bu etibar olmasa, yeni məxfi əməkdaşların cəlb olunması müşkülə çevrilər. Bütün dünyda xüsusi xidmət orqanları məxfi əməkdaşlarını çox ciddi şəkildə qoruyurlar. Digər məsələ məxfi əməkdaşlığa cəlb olunan şəxslərin təhlükəsizliyi ilə bağlıdır. Bu şəxslər ifşa olunursa, onlar müxtəlif təhlükələrlə üz-üzə qala bilərlər. Onların ailə üzvləri, yaxınları var və belə məlumatların açıqlanması onlara ciddi psixoloji zərbə ola bilər. Belə şəxslərə cəmiyyətdə münasibətin dəyişməsi də baş verə bilər. Bütün bunlar cəm şəkildə qiymətləndirdikdə, ziyanlı bir prosesin şahidləriyik. Ona görə də zərurət yaranmayana qədər məxfi əməkdaşların adı gizli saxlanmalı, zərurət yarananda isə qapalı məhkəmə keçirib həmin şəxslərlə bağlı araşdırma aparılmalı idi. Bundan sonra onlar sistemdən çıxarılıb arxivə göndərilməli idi”.


Bu iş hərtərəfli araşdırılmalıdır
S.Əkbər məhkəmənin açıq keçirilməsinin səbəbini anlamadığını deyir. Bunu qeyri-peşəkarlıqla əlaqəli olacağını da istinsna etmir: “Həmin məhkəməyə sədrlik edən bu iş üzrə yaranan suallara cavab verməlidir. Bu iş hərtərəfli araşdırılmalıdır. Əgər həmin şəxslər korrupsiyadan xəbərsiz olublarsa, onların adları gizli saxlanmalı idi. Məxfi əməkdaşlığa cəlb olunan şəxs barəsində onu məxfi işə cəlb edən zabit və həmin zabitin rəhbərliyi məlumatlı ola bilər. Ortada korrupsiya faktı varsa, bu məsələ çox həssaslıqla araşdırılmalı idi. Ortaya peşəkar yanaşma qoyulmalı idi. Təəssüf ki, biz bunu görmədik. Bu həssas məsələyə peşəkar yanaşılmayıb, bu da Azərbaycanının milli təhlükəsizlik sistemi üçün ziyanlıdır”.

“Sovet dövründə belə milis işçilərini ”KQB"yə işə götürmürdülər"
S.Əkbər E.Mahmudov nazir təyin olunarkən onun polis keçmişini nəzərə alan peşəkarların həyəcan təbili çaldıqlarını da qeyd edir: “Sovet dövründə belə milis işçilərini ”KQB"yə işə götürmürdülər. Bu başqa bir səviyyə tələb edən işdir. Bizim dövrümüzdə hətta Xalq Cəbhəsi tərəfindən təklif olunan polis işçiləri vardı. Onları belə işə götürmürdük. 1 nəfər də olsun polis işçisini işə götürməmişdik. Bizim dövrümüzdə nazirliyin çox sağlam bir təməli qoyulmuşdu. Sonradan Namiq Abbasov da nazirliyin çirkaba bulaşmasına imkan verməmişdi, əsasən qoruyub saxlaya bilmişdi. Çox təəssüf ki, Namiq Abbasovdan sonra Eldar Mahmudov bu posta gətirildi və ölkənin milli təhlükəsizliyinə zərbə vuruldu. Milli təhlükəsizliyi təmin etməli olan orqan milli təhlükəsizlik üçün təhdidə çevrildi".

“Nə qədər ki...”
S.Əkbər düşünür ki, məxfi əməkdaşlığa cəlb olunan agentlərin deşifrə olunması haqda məlumatların yayılmasının ordumuzda düşmən tərəfə işləyən casusların ifşa olunması biabırçılığını ört-basdır etmir, əksinə, biabırçılığın masştabını bir qədər də artırır: “Azərbaycanda atılmalı olan əsas addımlardan biri ölkənin idarəçilik sistemini ”5-ci kolon"dan təmizləməkdir. “5-ci kolon” üzvləri bütün idarəçilik sisteminə sızıblar və çox aktiv şəkildə iş aparırlar. Nə qədər ki, təmizlənmə aparılmayıb, ölkədə heç bir islahatın faydası olmayacaq. Təbabətdə “klinik mənzərə” deyilən termin var. Bu termin xəstəliyin bütün əlamətləri, simptomları ilə üzə çıxmasını ehtiva edir. Hazırda peşəkarlardan fərqli olaraq Azərbaycan cəmiyyəti “klinik mənzərə”ni görmür".
S.Əkbər Azərbaycanda xüsusi “təmizləmələrə” ehtiyac olduğunu və belə “təmizləmə” prosesi aparılmayınca, görülən işlərin, kadr dəyişikliklərinin əhəmiyyətinin olmayacağını qeyd edib.
DTX araşdırmaya başladı
Dövlət Təhlükəsizliyi Xidmətinin İctimai əlaqələr şöbəsindən verilən məlumatda bildirilir ki, fakt üzrə Dövlət Təhlükəsizliyi Xidmətində araşdırma başlanılaraq, həmin məlumatlarda qeyd edilən halların düzgünlüyü, dövlət sirri təşkil edən məlumatların yayılması və açıqlanma mənbəyi ilə bağlı məsələlər cinayət işi üzrə araşdırılır.
Dövlət Təhlükəsizliyi Xidməti bəyan edir ki, kəşfiyyat, əks-kəşfiyyat və əməliyyat-axtarış fəaliyyətini həyata keçirən orqanlarla konfidensial əsaslarla əməkdaşlıq edən və əməkdaşlıq etmiş şəxslər haqqında məlumatlar dövlət sirrini təşkil edir və belə məlumatların yayılması qanunla müəyyən edilmiş qaydada cinayət məsuliyyəti yaradır.


www.xalqxeber.az

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər: shok, bash, olmaq, Mahmudovun, ifshasi, Eldar, Agentlerin, iddiasi, yeni, , nazir, ve, faktlar
ŞƏRH YAZ
yüklənir...
yüklənir
OXŞAR XƏBƏRLƏR
VİDEO ÇARX
XƏBƏR LENTİ

23-11-2017

BÜTÜN XƏBƏRLƏR

Sunayla Hüquqdan Danış

[email protected]


/sunayla_huquq_danish/

GÜNDƏM
KÖŞE YAZARLARI
yüklənir...
İDMAN
ŞOU-BİZNES
DÜNYA
FACEBOOK SƏHİFƏMİZ
SON DƏQİQƏ