yüklənir...
yüklənir...

SON DƏQİQƏ

XalqXəbər.Az
yüklənir...
yüklənir...

Siyasi sığınacaq alan müstəntiq DİN-dən xaric edilibmiş

Siyasi sığınacaq alan müstəntiq DİN-dən xaric edilibmiş
15-05-2017, 19:05 75 885 dəfə baxılıb

Daxili İşlər Nazirliyi Nəsimi rayon Polis İdarəsinin müstəntiqi Elşən Qarayevin polis sıralarından xaric edildiyini təsdiqləyib.

Xalqxeber.Az xəbər verir ki, Nazirliyin mətbuat xidmətinin şöbə rəisi İlham Babayev açıqlamasında bildirib ki, Nəsimi RPİ-nin İstintaq Şöbəsinin müstəntiqi Elşən Qarayev üzərinə düşən vəzifəyə məsuliyyətsiz yanaşdığı üçün xidmətdən kənarlaşdırılıb: “Həmin əməkdaş vəzifəsinə məsuliyyətsiz yanaşaraq qəbahətlərə və prosessual pozuntulara yol verib. Bu səbəbdən də barəsində dəfələrlə intizam tədbirləri görülüb. Lakin həmin intizam tədbirlərindən də nəticə çıxarmadığı üçün Daxili İşlər Nazirliyinin sıralarından xaric edilib”.

E.Qarayev barəsində qərar təxminən 1 həftə əvvəl verilib.

Qeyd edək ki, E.Qarayevlə bağlı ilk xəbəri gununsesi.info saytı yayıb. Bildirilib ki, müstəntiq xidməti yerini özbaşına tərk edərək İsveçrəyə yollanıb və bu ölkədən siyasi sığınacaq istəyib.


www.xalqxeber.az

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər: edilibmish, alan, siginacaq, DN den, Siyasi, xaric, mustentiq
ŞƏRH YAZ
yüklənir...
yüklənir
OXŞAR XƏBƏRLƏR
VİDEO ÇARX
XƏBƏR LENTİ

13-12-2017

BÜTÜN XƏBƏRLƏR

Sunayla Hüquqdan Danış

[email protected]


/sunayla_huquq_danish/

GÜNDƏM
KÖŞE YAZARLARI
yüklənir...
İDMAN
ŞOU-BİZNES
DÜNYA
FACEBOOK SƏHİFƏMİZ
SON DƏQİQƏ