yüklənir...
yüklənir...

SON DƏQİQƏ

XalqXəbər.Az
yüklənir...
yüklənir...

Qızına 400 minlik toy edən məmura qadağa qoyulub - Şok təfsilat

Qızına 400 minlik toy edən məmura qadağa qoyulub - Şok təfsilat
12-05-2017, 10:05 85 378 dəfə baxılıb
yüklənir...

Bakı Liftlər İdarəsinin direktoru Qüdrət Şükürov susdurulub
Qızına 400 minlik toy etməsi ilə gündəmə gələn məmura danışnaq yasaqlanıb.
Onun vəzifədən çıxarılması rəsmi şəkildə təsdiqlənməsə də, deyilənə görə işindən kənarlaşdırılıb.
Ona qeyri-rəsmi olaraq mətbuata açıqlama vermək, medianın gündəminə gəlmək qadağan edilib. Q.Şükürovun məzuniyyətə çıxaraq istirahət etdiyi də iddia olunur.
Bakı Lift İdarəsinin rəisi Qüdrət Şükürov qızına 400 min dollarlıq toy etməsi ilə günlərdir ki, medianın diqqət mərkəzindədir.
“Böyük Saray”dakı toy mərasimindən, toya qədər baş tutan digər mərasimlərin videolarından belə aydın olur ki, ölkəmizin lift təsərrüfatı tapşırılmış məmur korrupsiya pulları hesabına fantastik həyat yaşayır.
Q.Şükürov uzun illərdir ki, Bakı Lift İdarəsində çalışır. O, idarədə hələ mühəndis kimi qurumdan liftlərdə istifadə edilən trosların yoxa çıxması faktı üzrə saxlanılıb.
Amma həmin iş Q.Şükürovun yenidən vəzifəsinə qayıtmağa, daha sonra idarənin rəhbərliyinə gətirilməyinə mane olmayıb.
Elşən Əsgərli məmur qızı Aysel Şükürova ilə 2012-ci ildə ailə həyatı qurub.
Həmin il “Kral” şadlıq sarayında düzənlənən toy məclisinə Q.Şükürov bu ilin yanvarında qızı ikinci dəfə ərə gedən zaman xərclədiyi puldan daha artığını xərcləyib.
Mətbuatda iddia olunur ki, həmin vaxt Q.Şükürov 500-550 min civarında pul xərcləyib. 2016-cı ilin sentyabrında isə Şükürovun qızı ilə Elşən Əsgərlinin nikahı pozulub.
Bu izdivacdan dünyaya gələn, adı Uğur olan uşaq hazırda anasının yanındadır. Hazırda tərəflər arasında uşağa görə çox ciddi qovğa yaşandığı bildirilir.
Q.Şükürov deyir ki, 550 manat rəsmi maaş alır. Bir tərəfdə 550 manat maaş, digər tərəfdə milyonlar, fantastik həyat...
Bunlar hardan əldə edilib? Belə məlumat var ki, onun keçmiş qudası Rəfail Əsgərov müxtəlif dövlət orqanlarına şahidi olduğu məsələlər haqda son dərəcə ilginc bir müraciət yazıb.
O bildirib ki, bir neçə il əvvəl Q.Şükürovun təklifi ilə Moskvaya gediblər. 2013-cü ilin aprelinə təsadüf edən səyahət zamanı Q.Şükürov içki məclisindən sonra Moskvada yaşayan bir erməni ilə əlaqə saxlayıb.
Həmin erməni Vardan Avakyan olub. “OTİS” lift zavodunun rəhbərliyində təmsil olunan V.Avakyana Q.Şükürov özünü qeyri-azərbaycanlı kimi təqdim etməklə onunla görüşmək istədiyini deyib. Növbəti gün isə onunla görüşə gedib.
R.Əsgərli yazıb ki, ermənilərin işğal etdiyi Qubadlı rayonundandır və həmin vaxt qudasını erməni ilə görüşə getməkdən imtina edib. Həmin görüşdən sonrakı günlərdə qudalar Moskvadan İstanbula uçublar.
Q.Şükürov qudasına deyib ki, “OTİS” zavodu ilə müqavilə bağlayıb. İstanbulda olarkən qudalar ən bahalı yaşayış massivlərindən birinə - “Qoru-Floriya”ya gediblər.
Orada Q.Şükürov hər birinin qiyməti 850 min dollar olan iki 4 otaqlı tam təmirli, içində bahalı mebelləri olan mənzil alıb.

Ulus.Az


www.xalqxeber.az

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər: qoyulub, , eden, tefsilat, Shok, minlik, qadaga, toy, memura, Qizina, 400
ŞƏRH YAZ
yüklənir...
yüklənir
OXŞAR XƏBƏRLƏR
VİDEO ÇARX
XƏBƏR LENTİ

25-05-2017

BÜTÜN XƏBƏRLƏR
yüklənir...
GÜNDƏM
KÖŞE YAZARLARI
yüklənir...
İDMAN
ŞOU-BİZNES
DÜNYA
FACEBOOK SƏHİFƏMİZ
SON DƏQİQƏ