SON DƏQİQƏ
XalqXeber.Az » Aktual » Ziya Məmmədovun 15 il işlədiyi bina kimlərə qaldı? - Fotolar

Ziya Məmmədovun 15 il işlədiyi bina kimlərə qaldı? - Fotolar

Tarix:

11-05-2017, 17:02

/ 55 361 dəfə oxundu.
Ziya Məmmədovun 15 il işlədiyi bina kimlərə qaldı? - Fotolar

Prezident İlham Əliyevin sərəncamı ilə Nəqliyyat Nazirliyinin ləğv olunaraq Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə birləşdirilməsindən sonra qurumun inzibati binası istifadəsiz qalmayıb.
Əməkdaşımız ləğv edilmiş nazirliyin binasına baş çəkərək oradakı son vəziyyətlə maraqlanıb.
Müxbirimiz nazirliyin binasının fəaliyyətdə olduğunu öyrənib. Binanın girişində yazılmış Nəqliyyat Nazirliyi lövhəsi götürülsə də, içəridə işləyənlər hələ də var.
Mühafizəçinin sözlərinə görə, keçmiş nazirliyin işçilər yerində qalıblar. Ancaq bütün müraciət və suallar yeni nazirliyə ünvanlanlandırılır.
Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyin mətbuat xidmətindən bildirilib ki, hazırda həmin inzibati binada keçmiş Nəqliyyat Nazirliyinin aparatının strukturuna daxil olan əməkdaşları yerləşir.
Yeni nazirlikdə ixtisarlar aparılmadığı üçün NN-nin aparat strukturuna daxil olan əməkdaşlar fəaliyyətini həmin inzibati binada davam etdirirlər.
Qeyd edək ki, Ziya Məmmədov vəzifəsindən kənarlaşdırılandan sonra nazirlik ləğv edilərək RYTN-ə birləşdirilib.
Keçmiş nazirin müavini Musa Pənahov isə yeni nazirlikdə də eyni vəzifəni daşıyır. NN-ə daxil olan Beynəlxalq Avtovağzal Kompleksi əvvəlcə Prezidentin İşlər İdarəsinə, oradan isə NRYT-nin tabeliyinə verilib.
Ziya Məmmədov 8 avqust 2002-cı il tarixdən 13 02 fevral 2017-ci ilə kimi Nəqliyyat naziri vəzifəsində çalışıb.

BakiPost.az
Ziya Məmmədovun 15 il işlədiyi bina kimlərə qaldı? - Fotolar
Ziya Məmmədovun 15 il işlədiyi bina kimlərə qaldı? - Fotolar
Ziya Məmmədovun 15 il işlədiyi bina kimlərə qaldı? - Fotolar
Ziya Məmmədovun 15 il işlədiyi bina kimlərə qaldı? - Fotolar

Şərhlər

XƏBƏR LENTİ