yüklənir...
yüklənir...

SON DƏQİQƏ

XalqXəbər.Az
yüklənir...
yüklənir...

İrəvanda Azərbaycan almasına görə həbslər başladı - RƏSMİ

İrəvanda Azərbaycan almasına görə həbslər başladı - RƏSMİ
11-05-2017, 12:43 34 017 dəfə baxılıb
yüklənir...

Ermənistanda Azərbaycan almaları ətrafındakı qalmaqal davam edir. “newsarmenia” saytına istinadən verdiyimiz məlumata görə, artıq 4 nəfər həbs edilib.

Ermənistan Baş prokurorluğu və Xüsusi istintaq xidmətinin yaydığı məlumatda bildirilir ki, bəzi kənd təsərrufatı məhsullarını, eyni zamanda Gürcüstandan Azərbaycan almalarını ölkəyə gətirən Ermənistan vətəndaşları həbs edilib.

Məlum olub ki, İrəvan sakinləri A.F və A.E Tavuş vilayətinin sakinləri A.X və Q.T ilə birlikdə hərəkət ediblər. Maraqlıdır ki, saxlanılanların adları açıqlanmır. Onlar Baqrataşen gömrük nəzarət-keçid məntəqəsənin əməkdaşlarının səhlənkarlığı nəticəsində Azərbaycan məhsullarını gömrük nəzarətindən keçirməyərək ölkəyə gətiriblər.

İstintaq zamanı müəyyən edilib ki, Baqrataşen məntəqəsinin gömrükçüləri 2016-cı ilin dekabr ayından 2017-ci ilin aprel ayına qədər müəyyən məhsulların qeyri-qanuni şəkildə Ermənistana keçirilməsinə icazə veriblər. İstintaq davam edir.

Əslində isə Ermənistan Azərbaycan almalarına qadağa qoya bilməz. Bunu Ermənistan istehlakçılarının məsləhətləşmələr mərkəzinin rəhbəri, Kənd təsərrüfatı alyansının üzvü Karen Çilinqaryan deyib.

“Ermənistan Azərbaycan və ya Türkiyə məhsullarının idxalına qadağa qoya bilməz. “Ermənistan Ümumdünya ticarət təşkilatının üzvüdür. Buna görə də İrəvanın hansısa ölkənin məhsullarına qadağa qoymağa ixtiyarı yoxdur. Əgər həmin məhsullarda sanitar normalar pozulubsa, bunu edə bilər. Əks halda Ermənistan pis vəziyyətdə qalacaq”, - deyə K.Çilinqaryan bildirib.

Ermənistan KİV-in məlumatına görə, Azərbaycan məhsulları uzun müddətdir satılırımış. Sual olunur ki, niyə indi məsələ bu qədər gündəmdə saxlanılır. Yaxşı ki, Ermənistanda ölüm hökmü yoxdur...

Burada maraqlı məqam isə bundan ibarətdir ki, İrəvan sakinləri Azərbaycan almalarını uzun müddətdir bazarlardan alır, amma heç bir yerə şikayət etmirdilər. Görünür, dadı xoşlarına gəlib.

İrəvan bazarlarından birində Azərbaycanın Quba rayonunda fəaliyyət göstərən “DAD Fruits” şirkətinin bağlarının məhsulu olan almaların satışı Ermənistanda "bomba effekti" yaradıb və bütün müvafiq dövlət strukturları, mətbuat Azərbaycan almalarının izinə düşüb.

Məlum olub ki, Azərbaycan almalarının Ermənistan bazarlarında satışı yeni deyilmiş və əslində “DAD” almaları İrəvanın əksər bazarlarında, supermarketlərində satılırmış.

Dövlət strukturları bu məsələyə isterik reaksiya veriblər və tələm-tələsik Azərbaycan almalarını hansı yolla ölkəyə daxil olduğunu araşdırmağa başlayıblar, habelə meyvəni bazarlardan yığışdırıb məhv etməyə çalışıblar.


www.xalqxeber.az

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər: , Azerbaycan, revanda, almasina, gore, RESM, hebsler, bashladi
ŞƏRH YAZ
yüklənir...
yüklənir
OXŞAR XƏBƏRLƏR
VİDEO ÇARX
XƏBƏR LENTİ

21-07-2017

BÜTÜN XƏBƏRLƏR
yüklənir...
GÜNDƏM
KÖŞE YAZARLARI
yüklənir...
İDMAN
ŞOU-BİZNES
DÜNYA
FACEBOOK SƏHİFƏMİZ
SON DƏQİQƏ