SON DƏQİQƏ
XalqXeber.Az » Aktual » Prezident İlham Əliyev: “Bizim dövlətimizin sosial siyasəti çox uğurludur”

Prezident İlham Əliyev: “Bizim dövlətimizin sosial siyasəti çox uğurludur”

Tarix:

11-05-2017, 10:12

/ 35 651 dəfə oxundu.
Prezident İlham Əliyev: “Bizim dövlətimizin sosial siyasəti çox uğurludur”

“Bu gün Azərbaycan iqtisadiyyatı bütün parametrlərə görə bütün ölkələr üçün nümunə ola bilər”

“Son illər ərzində - 2004-cü ildən bu yana ümumi daxili məhsul 3 dəfə artıb, 1 milyon 700 min yeni iş yeri yaradılıb, bütün infrastruktur demək olar ki, yeniləşib. Xarici borc ümumi daxili məhsulun 20 faizini təşkil edir. Valyuta ehtiyatlarımız xarici borcdan beş dəfə çoxdur. Valyuta ehtiyatlarımız təxminən ümumi daxili məhsula bərabərdir”.

Bunu Prezident İlham Əliyev ümummilli liderin anadan olmasının 94-cü ildönümünə həsr olunan təntənəli mərasimdə deyib.

Dövlət başçısı bildirib ki, Davos Dünya İqtisadi Forumu rəqabətqabiliyyətliliyinə görə iqtisadiyyatımızı 37-ci yerə layiq görüb.

"İnkişafda olan ölkələrin reytinqinə gəldikdə isə Davos Forumu bizi 1-ci, 2-ci yerə layiq görür. Budur, bu gün Azərbaycan iqtisadiyyatı və bizim uğurlu iqtisadi siyasətimiz", - deyə İlham Əliyev qeyd edib.

Prezidentin sözlərinə görə, bunu sosial siyasətə də aid etmək olar:

"Məktəblər, xəstəxanalar. Hər il beş milyondan çox insan pulsuz tibbi müayinədən keçir. Məncə, heç bir başqa ölkədə belə bir praktika yoxdur. Bizim dövlətimizin sosial siyasəti çox uğurludur. Həmişə demişəm ki, biz bütün işləri xalq üçün edirik və siyasətimizin mərkəzində Azərbaycan vətəndaşı dayanır".

Şərhlər

XƏBƏR LENTİ