yüklənir...
yüklənir...

SON DƏQİQƏ

XalqXəbər.Az
yüklənir...
yüklənir...

Səfirlik Moskvada erməni təxribatı ilə bağlı bəyanat yayıb

Səfirlik Moskvada erməni təxribatı ilə bağlı bəyanat yayıb
10-05-2017, 12:35 37 394 dəfə baxılıb
yüklənir...

Azərbaycanın Rusiyadakı səfirliyi 9 may 2017-ci il tarixində Moskvada “Bessmertnıy polk” (“Ölməz alay”) hərəkatının yürüşü zamanı azərbaycanlı və erməni gənclər arasında baş vermiş insidentlə bağlı bəyanat yayıb.

Səfirlikdən verilən məlumata görə, bəyanatda bildirilir ki, iki millət arasında gərginliyin yaradılması məqsədi ilə təxribat törədilib.

Qeyd olunur ki, hadisə ilə əlaqədar və gələcəkdə belə halların təkrarlanmaması məqsədi ilə səfir Polad Bülbüloğlu Rusiya Xarici İşlər Nazirliyi, Moskva şəhər rəhbərliyi və digər müvafiq federal strukturlarla danışıqlar aparıb.

Eyni zamanda vurğulanır ki, səfirlik insident zamanı zərərçəkmiş soydaşlarımızla əlaqə yaradaraq onların vəziyyətini nəzarətdə saxlayır.

Xatırladaq ki, Moskvada hər il keçirilən ənənəvi “Ölməz alay” adlı aksiya zamanı erməni diasporu təxribata əl atıb. Aksiya zamanı erməni diasporunun nümayəndələri əllərində qondarma separatçı rejimin bayraqlarını tutaraq “Artsax” deyə qışqırıblar.

“Belarusskaya” metro stansiyasının yanında ermənilərlə Azərbaycan diasporunun gənc fəalları arasında mübahisə yaranıb. Azərbaycanlı gənc diaspor fəalları ermənilərdən qondarma rejimin bayrağının yığışdırılmasını tələb ediblər. Bu zaman ermənilər azərbaycanlılara hücum edib. Nəticədə azərbaycanlı iştirakçılardan bəziləri xəsarət alıb. Hadisə yerində olan polis əməkdaşları dərhal müdaxilə ediblər.


www.xalqxeber.az

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər: Sefirlik, Moskvada, ile, texribati, ermeni, yayib, beyanat, bagli
ŞƏRH YAZ
yüklənir...
yüklənir
OXŞAR XƏBƏRLƏR
VİDEO ÇARX
XƏBƏR LENTİ

22-07-2017

BÜTÜN XƏBƏRLƏR
yüklənir...
GÜNDƏM
KÖŞE YAZARLARI
yüklənir...
İDMAN
ŞOU-BİZNES
DÜNYA
FACEBOOK SƏHİFƏMİZ
SON DƏQİQƏ