SON DƏQİQƏ
XalqXeber.Az » Aktual » “Əks halda dünya təhlükəli bir yer olardı” - İlham Əliyev

“Əks halda dünya təhlükəli bir yer olardı” - İlham Əliyev

Tarix:

5-05-2017, 15:13

/ 141 501 dəfə oxundu.
“Əks halda dünya təhlükəli bir yer olardı” - İlham Əliyev

“Azərbaycan əsrlər boyunca müxtəlif sivilizasiya və mədəniyyətlərin görüş yeri olub. Bizim coğrafiyamız, tariximiz və Azərbaycandakı inkişaf onu göstərir ki, mədəniyyətlərarası dialoq ən vacib məsələlərdən biridir. Bu dialoq olmadan dünya daha təhlükəli bir yer olardı".
Bunu Azərbaycan prezidenti İlham Əliyev IV Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun açılışında çıxışı zamanı deyib. İlham Əliyevin sözlərinə görə, Azərbaycanın tarixi, ənənələri və coğrafiyası həqiqətən də diktə edib ki, ölkə sivilizasiyaların görüşdüyü yer ola bilər və olmalıdır: "Yüzilliklər boyunca Azərbaycanda insanlar müxtəliflik şəraitində yaşayıblar. Multikulturalizm, etnik və dini müxtəliflik - bu bizim tariximizdir, bügünkü reallıqdır və biz bununla fəxr edirik. Bu gün Azərbaycan çoxmillətli, çoxkonfessiyalı ölkədir və bütün etnik qrupların və dinlərin nümayəndələri burada dinc şəraitdə yaşayırlar".
Prezident vurğulayıb ki, ölkənin tarixi abidələri də Azərbaycanın mədəni müxtəlifliyini və qədim tarixə malik olduğunu əyani şəkildə nümayiş etdirir.
Prezident deyib ki, Azərbaycanda mövcud olan məscidlər, kilsələr, sinaqoqlar dövlət tərəfindən qorunur və onların əksəriyyətinin tikintisi dövlət tərəfindən maliyyələşdirilib: “Bu bizim tariximizi, eləcə də siyasətimizi nümayiş etdirir”.
İlham Əliyev bildirib ki, mədəniyyətlərarası dialoqa həsr olunmuş forumun təşkili ilə bağlı qərarın qəbul edilməsinə səbəb Azərbaycanın tarixi və reallıqları, eləcə də bu məsələlərin həlli üçün geniş formatın yaradılması niyyəti olub: “Hazırda bunu etməyə bəlkə də daha çox ehtiyac var. İlk növbədə ona görə ki, dünyada bəzi tendensiyalar təəssüf ki, mədəniyyətlərarası dialoqa deyil, uzaqlaşmağa, özgələşməyə gətirib çıxarır. Biz mütəmadi olaraq dünyanın müxtəlif yerlərində anlaşılmazlıq üzündən müxtəlif dinlər və entik qrupların nümayəndələri arasında münaqişələr və vətəndaş müharibələrinin baş verdiyini görürük”.

Şərhlər

XƏBƏR LENTİ