SON DƏQİQƏ
XalqXeber.Az » Aktual » Dövlət başçısı: Azərbaycan islamofobiyaya qarşı mübarizə aparır

Dövlət başçısı: Azərbaycan islamofobiyaya qarşı mübarizə aparır

Tarix:

5-05-2017, 14:13

/ 141 456 dəfə oxundu.
Dövlət başçısı: Azərbaycan islamofobiyaya qarşı mübarizə aparır

“Biz hər zaman xalqlar və dinlər arasında anlaşmanın səviyyəsini artırmağa çalışırıq”.
Məlumata görə, bunu IV Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun rəsmi açılış mərasimində çıxış edən Azərbaycan prezidenti İlham Əliyev deyib.
Dövlət başçısı bildirib ki, Azərbaycanın tarixi, mədəniyyəti uğur qazanmağa imkan verir: “Biz birləşməliyik. Bu gün bu Forumda beynəlxalq ictimaiyyətin nümayəndələri təmsil olunur. Biz sübut etməliyik ki, multikulturalizm yaşayır. Bu, dünyanın təhlükəsizliyi üçün yeganə yoldur”.
Prezident İlham Əliyev qeyd edib ki, 2008-ci ildə “Bakı prosesi”nə start verilib: “2008-ci ildə Avropa Şurası ölkələri nazirlərinin toplantısını keçirən zaman müsəlman ölkələri nazirlərini dəvət etdik, mədəniyyətlərarası dialoqu müzakirə etdik. 2009-cu ildə müsəlman ölkələri nazirlərinin toplantısına isə Avropa ölkələrinin nazirlərini dəvət etdik. Azərbaycan mədəniyyətlərarası dialoqda bu rolu oynamaqla fəxr edir. Təklif edilib ki, Bakı prosesi mükafatı təsis olunsun, mədəniyyətlərarası dialoqa töhfə verən insanlara təqdim edilsin”.
Dövlət başçısı bildirib ki, 2015-ci ildə Bakıda ilk Avropa Oyunları keçirilib: “Azərbaycanın təşəbbüsü olmasaydı, Avropa Oyunları keçirilməzdi. İlk Avropa Oyunlarının Azərbaycanda keçirilməsi ölkəmizdə multikulturalizmin daha bir nümayişidir. Bu il biz IV İslam Həmrəyliyi Oyunlarını keçirəcəyik, 3 mindən artıq idmançı ölkəmizə gələcək. Biz bununla xalqları, xüsusən müsəlman xalqlarını birləşdiririk. Azərbaycan İslam dəyərlərini təşviq etmək üçün müxtəlif tədbirlər keçirir. Azərbaycan islamofobiyaya qarşı mübarizə aparan ölkələrin ön cərgəsində dayanır”.

Şərhlər

XƏBƏR LENTİ