yüklənir...
yüklənir...

SON DƏQİQƏ

XalqXəbər.Az
yüklənir...
yüklənir...

MTN polkovnikinin intihardan əvvəlki ifadəsi - Pullar necə bölünürdü?

MTN polkovnikinin intihardan əvvəlki ifadəsi - Pullar necə bölünürdü?
3-05-2017, 18:00 58 187 dəfə baxılıb
yüklənir...

Təcridxanada özünü asaraq intihar edən MTN polkovniki İlqar Əliyevin ölmədən öncə istintaqa dedikləri bəlli olub.
İ.Əliyev intihar etmədən 5 gün əvvəl, 2015-ci il dekabrın 15-də müstəntiqə ifadə verib.
O, ifadəsində Maqsud Mahmudov epizodu üzrə danışıb. İ.Əliyev bildirib ki, Tərlan adlı şəxs barəsində məlumat toplanılması üçün nazir Eldar Mahmudov anti-terror Mərkəzinin rəisi Elçin Quliyevə şifahi göstəriş verib. E.Quliyev isə bu işi İ.Əliyevə tapşırıb: “Mən Tərlanın telefon danışıqlarını dinlədikdə onun Mark Şamilovla konflikti olduğunu bildim. Biz də Markı çağırıb Tərlanın qanunsuz hərəkətləri haqda məlumat toplayıb nazirə məruzə etdik. Sonra Tərlan Bakı şəhər prokurorluğunda istintaqı aparılan başqa bir cinayət işinə görə həbs edildi”.
Mərhum polkovnik etiraf edib ki, M.Şamilov növbəti dəfə özü onlara müraciət edərək kömək istəyib: “O, Maqsud Mahmudov adlı şəxsin onun torpağını ələ keçirdiyini dedi. Elçin Quliyevdən razılıq aldıqdan sonra Maqsudu nazirliyə çağırdıq, Azər Mehdiyev onu dindirərkən hədə-qorxu gəlmişdi. Mənə dedilər ki, Maqsud qorxusundan qusub. Onların yanına getdim, Maqsud 50 min dollar verə biləcəyini dedi. Elçin Quliyevə məlumat verdim, razı olmadı, ən azı 200 min dollar verməli olduğunu dedi. Mən də bunu Azər Mehdiyevə çatdırdım. Bir qədər sonra Azər gəlib Maqsudun yalnız 150 min verə biləcəyini dediyini çatdırdı. Elçin Quliyevin yanına gedib bunu dedim. O da nazirə məruzə etdi, nazir razılıq verdikdən sonra Maqsudu buraxdıq. O, bir neçə dəfəyə pulları gətirib Azərə, o da mənə verirdi. Bir-iki dəfə pul verə bilmədiyi üçün əvəzində MTN-in əməkdaşı olan tanışı Ayaz Gərayzadə vasitəsilə brilliant və qızıl göndərmişdi. Onları geri qaytarıb yalnız pul verməsini dedim. Maqsud birdən pulları verməz deyə onun çıxışına STOP qoyulmasını Azər Mehdiyevə tapşırdım”.
Etirafedici ifadələr verən MTN polkovniki deyib ki, M.Mahmudov onlara ümumilikdə 120 min dollar verib: “Mən yenə bunu Elçin Quliyevə dedim, o isə nazir Eldar Mahmudova məruzə etdi. Nazir tapşırdı ki, həmin puldan 70 min dollar köməkçisi Vüqar Mahmudova verilsin, qalan 50 min isə Baş idarə daxilində bölüşdürülsün. Elçin Quliyev belə də etdi, qalan 50 minin 20 mini özü götürdü, 10 min mənə, 10 min Azər Mehdiyevə, 10 min də ərizəçi Mark Şamilova verdi”.
Xatırladaq ki, dekabrın 20-də İ.Əliyev intihar etdikdən sonra general Elçin Quliyev həbs edilib. Onun, Azər Mehdiyevin və digər iki əməkdaşın cinayət işi üzrə məhkəmə prosesi hazırda davam etdirilir.
Qeyd edək ki, general –mayor E.Quliyev MTN-də Antiterror Mərkəzinin rəisi olub. Nazir Eldar Mahmudov vəzifədən çıxarılandan və “MTN olayları” başlayandan sonra o, nazirliyin akademiyasına kafedra rəisi təyin olunub. Onun müavini İlqar Əliyev isə həbs edilib. Polkovnik İ.Əliyev təcridxanada özünü asaraq intihar etdikdən sonra E.Quliyev cinayət işinə təqsirləndirilən şəxs qismində cəlb edilib.


www.xalqxeber.az

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər: intihardan, nece, polkovnikinin, , MTN, evvelki, ifadesi, Pullar, bolunurdu
ŞƏRH YAZ
yüklənir...
yüklənir
OXŞAR XƏBƏRLƏR
VİDEO ÇARX
XƏBƏR LENTİ

25-07-2017

BÜTÜN XƏBƏRLƏR
yüklənir...
GÜNDƏM
KÖŞE YAZARLARI
yüklənir...
İDMAN
ŞOU-BİZNES
DÜNYA
FACEBOOK SƏHİFƏMİZ
SON DƏQİQƏ