SON DƏQİQƏ
XalqXeber.Az » Aktual » Cahangir Hacıyevin işi yenidən məhkəmədə

Cahangir Hacıyevin işi yenidən məhkəmədə

Tarix:

1-05-2017, 11:29

/ 61 382 dəfə oxundu.
Cahangir Hacıyevin işi yenidən məhkəmədə

“Azərbaycan Beynəlxalq Bankı” ASC-nin həbsdə olan sabiq sədri Cahangir Hacıyev və digərlərinin məhkəmə işi yenidən apellyasiya instansiyasında davam etdiriləcək.

xalqxeber.az-ın verdiyi xəbərə görə, Bakı Apellyasiya Məhkəməsinin dekabrın 9-da keçirilən iclasındakı ilkin qərardan verilən kassasiya şikayətinə 2017-ci il martın 14-də Ali Məhkəmədə baxılıb.

İlk iclasda müdafiə tərəfinin proses tam istintaqla keçirilməsi vəsatəti təmin edilməyib və C.Hacıyevin vəkilləri qərardan şikayət ediblər.

Hakim Fərhad Kərimovun sədrliyi ilə keçirilən prosesdə şikayət təmin edilməyib. Bundan sonra işə baxılması yenidən Bakı Apellyasiya Məhkəməsində davam etdirilib. Artıq növbəti iclas təyin edilib. Proses mayın 5-i hakim Əflatun Qasımovun sədrliyi ilə davam etdiriləcək.

Qeyd edək ki, C.Hacıyev 15 il müddətinə azadlıqdan məhrum edilib. O, mənimsəmə, vəzifə səlahiyyətlərini aşma və rüşvət almaqda təqsirləndirilir.

Şərhlər

XƏBƏR LENTİ