SON DƏQİQƏ
XalqXeber.Az » Aktual » MTN işinin sonu: Eldar Mahmudovla Əli Abbasov bayram edir

MTN işinin sonu: Eldar Mahmudovla Əli Abbasov bayram edir

Tarix:

20-01-2017, 00:24

/ 3 235 dəfə oxundu.
MTN işinin sonu: Eldar Mahmudovla Əli Abbasov bayram edir

Milli təhlükəsizlik naziri olmuş Eldar Mahmudovla sabiq rabitə naziri Əli Abbasov bayram edir

Verilən məlumatda iddia edilir ki, hər iki eks-nazir həbs olunmadıqlarına sevinirlər.

MTN və Rabitə Nazirliyinin birgə əməliyyatları və qanunsuzluqlarına görə mühakimə olunanlar isə hər iki strukturda nazirlərdən aşağı vəzifə tutanlardır.

MTN işinə görə general Akif Çovdarov, rabiti işi üzrə sabiq aparat rəhbəri Vidadi Zeynalov əsas fiqur kimi təqsirləndirilir.

İki nazirin təlimatlarına boyun əymiş və onların əmrlərini icra etmiş bu məmurların üzərində fokuslaşan proses Mahmudovla Abbasovun xəta-bəlasız keçid etməsi ilə müşayiət olundu. Faktiki olaraq, məsuliyyətə cəlb ediləcək bu iki keçmiş nazir həbsdən yaxasını qurtara bildi.

Baxmayaraq ki, məhkəmə və istintaq ifadələri, ayrı-ayrı deputatların sözləri və ortadakı çılpaq reallıq hər iki nazirin həbsinə dəlalət edirdi.

Lakin onlar hazırda villasında dincəlir, Vidadi Zeynalovla Akif Çovdarovun çıxışlarını izləyir, əllərini-əllərinə ovuşdurub azadlığın sevincini yaşayırlar.

Verilən məlumatda iddia edilir ki, ilk vaxtlarda E.Mahmudovla Ə.Abbasovun həbsinə hazırlıq gedib.

Hətta eks-nazirlər özləri də tutularaq mühakimə ediləcəklərini gözləyirmiş. Amma proseslərin gedişi onların xeyrinə olub və ev dustaqlığına cəlb ediliblər.

Qeyd edək ki, ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin ikinci dəstə generalları – Sübahir Qurbanov, Teymur Quliyev, Natavan Mürvətova və əməkdaşlarının cinayət işləri üzrə məhkəmə prosesi başlamaq ərəfəsindədir.

Generalların ittiham olunduğu Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin yüksək vəzifəli şəxslərindən hər ay külli miqdarda rüşvət alınması epizodu üzrə keçmiş nazir Əli Abbasov ifadə verib.

Ə.Abbasov şahid qismində dindirilərək MTN generalları S.Qurbanov və T.Quliyevə hər ay “paket” verdiklərini etiraf edib, bunun səbəbi kimi isə sabiq milli təhlükəsizlik naziri Eldar Mahmudovdan qorxduğunu deyib.

Bundan sonra isə rabitə naziri baş çekistin əmrlərini icra etməyə başlayıb: “Ardıyca da Eldar Mahmudovun təkidi ilə Beytulla Hüseynovu Bakı Telefon Rabitəsi İstehsalat Birliyinin baş direktoru vəzifəsinə təyin edilməsi ilə bağlı əmr verdim.

Təxminən 6 ay sonra Beytulla Hüseynovun təşkilatçılığı ilə Eldar Mahmudovla ona məxsus “Kristal Plazada” yerləşən restoranda görüşüb birlikdə yemək yedik.

Daha sonra Eldar Mahmudovun xahişi ilə əmisi oğlu Mahmud Mahmudovu 2008-ci ildə “Azərpoçt MMC”-nin tərkibində olan “Mərkəzi xüsusi rabitə idarəsinin” direktoru vəzifəsinə təyin etdim. Eyni zamanda beynəlxalq rabitə kanalları ilə əlaqənin bilavasitə Eldar Mahmudovun xahişi ilə onun təklif etdiyi “Catburg” şirkəti vasitəsilə həyata keçirildi”.

Qeyd edək ki, E.Mahmudov 2015-ci il oktyabrın 17-də, Ə.Abbasov isə həmin ilin noyabrın 12-də tutduqları vəzifədən azad olunublar. Sabiq nazirin həmkarı haqda ifadələri belə onların həbsinə gətirib çıxarmayıb.

Şərhlər

XƏBƏR LENTİ