SON DƏQİQƏ
XalqXeber.Az » Aktual » Baytarlıq rəisinin xalqı necə zəhərləməsinin yeni dəhşətli faktları

Baytarlıq rəisinin xalqı necə zəhərləməsinin yeni dəhşətli faktları

Tarix:

20-01-2017, 00:22

/ 2 593 dəfə oxundu.
Baytarlıq rəisinin xalqı necə zəhərləməsinin yeni dəhşətli faktları

Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarəti Xidmətinin müvəqqəti rəisi Azər Süleymanov əhalini yüksək patogenli quş qripi xəstəliyi təhlükəsi ilə üz-üzə qoyub

Bu barədə bizə məlumatlı mənbədən deyilib. Mənbə qeyd edir ki, İranla sərhəddə yerləşən Astara rayonunda baş verən bir neçə fakt təhlükəli tendensiyanın yaxınlaşmasından xəbər verir:

[media=https://m.youtube.com/watch?v=YK5Uc6VzLD0&feature=youtu.be]

“Bəs A.Süleymanov niyə susur? Baytarlıq oqanlarının susmasının arxasında çox ilginc faktlar var. Bu yolla ölkəyə malqara əti və eləcə də quş əti və yumrta idxal edən iş adamları sıxışdırılır.

Əvvəllər ABŞ dollarının “meyit” vaxtı toyuq yumurtasının hər ədədi üçün 1 sent rüşvət aldığı halda, hazırda “ixracatçı ölkədə xəstəlik var, gətirə bilməzsən” adı ilə qiymətlər 2 dəfə artırılıb.

Ölkədə heyvandarlıq (quşçuluq) məhsullarının ixrac-idxalına baytarlıq nöqteyi-nəzərdən sağlam olması barədə icazə verilməsi Dövlət Baytarlıq Nəzarəti Xidmətinin əlindədir. Buna görə də bir kq ət və ya bir ədəd yumurta belə bu qurumun təmənnalı icazəsi olmadan ixrac və ya idxal edilə bilməz.

Bir müddət öncə Azərbaycanda erməni məhsulu olması barədə xəbərlər yayılmışdı. Həmin məlumatda ermənilərin Türkiyə şirkəti vasitəsilə türk məhsulu kimi toyuq əti və damazlıq yumurta ixrac etdiyi müəyyən olması faktı yer alırdı.

Əgər belə deyilsə, Azər müəllim niyə mətbuata açıqlama vermədi? Beləliklə, onun “yaxından köməyi” vasitəsilə yerli istehsal məhsulların bazarının qarşısı alınır.
Bu günlərdə Azər Süleymanov AZTV-yə müsahibə verib. Müsahibədə Azər müəllim “EVRİKA” ya imza atıb. Onun dediyini olduğu kimi təqdim edirik:
“İlk dəfə şəffaflığı təmin etmək üçün büdcə vəsaiti hesabına alınmış biopreparatların satışının qarşısını almaq məqsədilə vaksinlərin üzərində qırmızı hərflərlə “SATILA BİLMƏZ” sözləri yazılıb”.

Hörmətli Azər müəllim,

Bununla bağlı bilgili mütəxəssisə istinadən bioloji preparatların satışını qadağan edən qanunvericilik bu gün “torba tikib” işdən uzaqladırdığınız mütəxəssilər tərəfindən sizin rəhbərliyinizdən öncə işlənib hazırlanmışdır.
[media=http://www.vet.gov.az/az/content/news/1103]

Siz əyalətdə kiçik bir baytarlıq kollektivinə rəhbərlik edən vaxt büdcə vəsaiti hesabına idarənizə ayrılmış dabaq, quşların taunu, bradzot, emkar və çiçək xəstəlikləri əleyhinə olan vaksinləri Xanlar (indiki Göygöl) rayonunda özünüzə məxsus baytarlıq aptekində satdıran zaman sizinlə işləməyə “layiq” bilmədiyiniz mütəxəssislər - Emin Şahbazov, Eldəniz Zeynalov habelə, Ramiz Salmanov, Tofiq Atazadə (sektor müdiri vəzifəsindən istefa verməyə məcbur edilənlər), Ramiz Səfərov, Cəmil Əsgərov, Ümid Vəliyev, İsrail Cavadovvə digərləri bu gün özünüzə “qalxan” edərək pul qazandığınız “Baytarlq haqqında” Azərbaycan Respublikası Qanununun və “Milli Baytarlıq Qanunvericiliyi”nin layihəsini hazırlamışlar. (“Milli Baytarlıq Qanunvericiliyi” kitabının içliyinə nəzər yetirin!). Bu gün isə onun “xeyrini” bu sahədə zəhməti olmayanlar görür.

Müsahibədə güya Dövlət Baytarlıq Nəzarəti Xidmətində heyvandarlıq məhsullarının dxal–ixracında şəffaflıq təmin edilərək qondarma “İdxal-ixrac əməliyyatları şöbəsi”ndə iş adamlarından icazə sənədləri Dövlət Baytarlıq Nəzarəti Xidmətinə gəlmədən elektron qəbul edərək, elektron variantda da cavab verilir.
Bildiririk ki, Dövlət Baytarlıq Nəzarəti Xidmətinin Strukturunda “İdxal-ixrac əməliyyatları şöbəsi” yoxdur və nəzərdə də tutulmayıb.

Azər Süleymanov özü-özünü ifşa edib. Belə ki, mətbuata açıqlanan məqalədən sitat: “Dövlət baytarlıq nəzarətində olan yüklərin, o cümlədən heyvan və heyvan mənşəli yüklərin, baytarlıq preparatları, yem və yem əlavələrinin idxal–ixracı zamanı rəyin verilməsi, eləcə də baytarlıq preparatları, yem və yem əlavələrinin dövlət reyestrinə alınması elektron formada həyata keçirilir. Həmçinin sənədlərin qəbulu elektron formada vətəndaşların iştirakı olmadan qəbul edilir və cavablandırılır. Müvafiq sənədlərin Dövlət Gömrük Komitəsinə ötürülməsi üçün komitə ilə xidmət arasında Vahid Avtomatik İnformasiya Sistemi (VAİS) yaradılıb”.

Məqalədə deyilənlərin əksini görürük:

Dövlət Baytarlıq Nəzarəti Xidmətinin strukturunda olmayan qondarma “İdxal-ixrac əməliyyatları şöbəsi”nin “oyun” zalında bu quruma müraciət edən iş adamları və onların nümayəndələri baytarlıq xidmətinin işçiləri ilə canlı ünsiyyətdə sənəd verib, sənəd almaları əks etdirilir. Hətta Aztv–yə elə zaldan “Milla” şirkətinin nümayəndəsi Xosrov müəllim müsahibəsində “icazə sənədinin alması üçün hərdəfə baytarlıq xidmətinə gəlməsini və 20-25 dəq. cavab almasını” deyir. Əgər vətandaşlara elrktron xidmət gostərilirsə, vətandaşlar Xidmətə gəlmirlərsə onda Xosrov müəllim və digər videoda əks olunan iş adamları (onların nümayəndələri) nə gəzir? (vet.gov.az-a bax). “Elektron Xidmət”in işini isə yaxın adamı sektor müdiri təyin etdiyi Aydın Hüseynov onun üçün düzəldilmiş Arakəsmə-kassada” yerinə yetirir.

Görəsən bu ucuz şou kimə lazımdır? Hanı bəs elektron xidmət-sənədlərin elektron formada vətəndaşların iştirakı olmadan qəbulu və cavablandırılması? Danışıqda bir söz, görüntü isə daha real faktdan xəbər verir.

Dövlət Baytarlıq Nəzarəti Xidməti ilə Dövlət Gömrük Komitəsi arasında Vahid Avtomatik İnformasiya Sistemi (VAİS) isə hələ Azər bəyin rəhbərliyindən əvvəl yaradılıb və işləyirdi. Azər müəlim bu sistemin qurulmasını öz adına çıxması ona başucalığı gətirmir.

Yanvar ayının 13–də Müasir Musavat Partiyasının sədri Hafiz Hacıyev Politika.Az xəbər portalına “Hafiz Hacıyev nazirləri və müxalifəti yıxıb-sürüdü: "Heydər Əsədovla Azər Süleymanov xalqı məhvə aparır" başlıqlı geniş video-müsahibə verib.

Cənab Azər Süleymanov,

Ölkənin dövlət qeydiyyatından keçmiş fəaliyyətdə olan partiya sədrinin ictimailəşmiş müsahibəsində iliyinizə qədər işləyən sübutlarlar ortaya qoymuş, ölkəmizin inkişafına tormozlayıcı fəaliyyətinizin iç üzünü bütün çılpaqlığı ilə qabartmışdır.

Görünür tənqidin gücündən xoflanaraq, daha doğrusu bir məhşur Azərbaycan filmində Kəlbəlayının dediyi kimi: “üyüdərək” ictimayyətə açıqlama vermirsiniz? Deməli, “susmaq razılıq əlamətidir” el məsəli ilə razılaşırsınız.

Çünki, əmməllərinizdə saflıq, ürəyinizdə isə haqq-ədalətdən əsər-əlamət belə yoxdur. Ona görə ki, iş fəaliyyətinizdə yol verdiyiniz qanun pozuntularının hələki qarşısını alan tapılmır...?

Azər müəllimin şoulardan biri də yendə gündəmdə qalması üçün iş adamlarını şərləməkdir. Belə ki, Bərdə rayonunda Seyfəddin adlı sahibkara məxsus soyuducu-kamerada saxlanılan çəkisi 25 ton olan kəsilmiş iribuynuzlu heyvanın cəmdəklərindən “müayinə götürülməsi daydaları”nı pozaraq cəmi 12 nümunənin laborator göstəricilərinə əsaslanaraq güya 25 ton ətin hamısı yararsız hesab edilərək basdırılmasından sonra cəzasız qalması onu daha da “ruhlandıraraq” növbəti qanunsuz hərəkətlərini davam etdirir.

Bu günlərdə Dövlət Baytarlıq Nəzarəti Xidmətinin sosial şəbəkələrdə, eləcədə efirlərdə güyü “Təzə bazar MMC-yə məxsus sexdən 445 kq yararsız iribuynuzlu heyvan əti aşkar edilməsi barədə açıqlaması yayımlanmışdır.

Bu sahədə bilgili mütəxəssisdən aldığımız məlumata əsasən, “Təzə bazar” MMC-yə məxsus anbardan “yararsız hesab edilərək heyvan cəmdəklərinin götürülməsində mövcud Qayda pozuntularına yol verilib.

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 5 oktyabr 156 nömrəli qərarı ilə təsdiq edilmiş “Heyvanların və əhalinin sağlamlığı üçün təhlükəli olan xəstəliklərə tutulmuş heyvanların, onlardan alınan məhsulların və xammalın təhlükəlilik dərəcəsindən asılı olaraq götürülməsi, məhv edilməsi və ya götürülmədən məcburi zərərsizləşdirilməsi, emalı və ya təkrar emalı Qaydaları”nın 3.1 bəndi pozularaq 445 kq ətin ( yükün) müvafiq müayinəsi və ekspertizası aparılmadan, əti sahibinə məhsuliyyətli-saxlanca vermədən, sahibkar üçün ətdən götürülmüş nümünə vahidi saxlamadan və “Təzə bazar” MMC-nin nümayəndəsinin iştirakı olmadan sahibkara məlum olmayan yerə aparılmışdır. “Təzə bazar” MMC-nin sədri Məmmədağa müəllimin efirlərdə müsahibəsində bu halı qeyri-qanunu qiymətləndirməklə Dövlət Baytarlıq Nəzarəti Xidmətinin sahibkarın işinə növbəti müdaxilə etməsini və qərəzli olmasını bildirir.

Baytarlıq Nəzarəti Xidmətinin rəhbərliyi ikilistandartlardan istifadə edir. Belə ki, bu günlərdə yenə də Dövlət Baytarlıq Nəzarəti Xidmətinin bir qrup “hucumçuları” Bakı şəhərində fəaliyyət göstərən “ESE” MMC-nin soyuducu kamerasına “yürüş“ təşkil etmiş, 2500 kq “yararsız” ət aşkar edərək, hətta soyuducu kameranın qapısını plomlamışlar. Lakin bu səfər necə deyərlər “daş qayaya rast gəlir”. Əmək məzuniyyətində olan Dövlət Baytarlıq Nəzarəti Xidmətinin rəis əvəzi Azər Süleymanovun “qulağını necə burublarsa”, laboratoriya cavabını ört-basdır edərək vurduğu plombu qoparıb və ət təyinatı yerinə qaytarılıb. Budur Azər bəyin iş adamlarının başına aşdığı oyunlar. Azər müəllim kimin dalında “dayı-dayısı” olarsa ona sataşa bilmir.

Azərbaycan Prezidenti böhrana qarşı çırmanıb, xalqın sosial həyatını dirçəltmək üçün müvafiq qərarlar verir. Belə ki, dövlət başçısı tərəfindən müxtəlif sahələr üzrə “Strateji Yol Xəritəsi” təsdiqlənib.

Xəritədə göstərilən aidiyyatı tədbirləri həyata keçirmək üçün isə operativ qərarlar verən və bu qərarı həyata keçirə bilən Dövlət Baytarlıq Xidməti formalaşmalıdır.

Ancaq çətin ki, yuxarıda yol verilən davamlı qanunsuzluqlar və “şou”larla “Strateji Yol Xəritəsi”ndə baytarlıq üzrə nəzərdə tutulan hədəflərə çatmaq olsun.

Şərhlər

XƏBƏR LENTİ