yüklənir...
yüklənir...

SON DƏQİQƏ

XalqXəbər.Az
yüklənir...
yüklənir...

Ziya Məmmədovun adamının məhkəməsində bəraət - 7 kq qızıl qalmaqalı

Ziya Məmmədovun adamının məhkəməsində bəraət - 7 kq qızıl qalmaqalı
21-04-2017, 14:51 82 348 dəfə baxılıb
yüklənir...

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində mənimsəmədə təqsirləndirilən Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin sabiq nəzarətçisi Rövşən Əhmədovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.
Hakim Əfqan Hacıyevin icraatında olan prosesdə hökm oxunub.
Dövlət ittihamçısı Rövşən Əhmədovun 10 il azadlıqdan məhrum edilməsini istəyib.
R.Əhmədovun vəkili Adəm Məmmədov çıxış edərək məhkəmədə müvəkkilinə qarşı irəli sürülən ittihamın sübuta yetirilmədiyini deyib: “Həqiqətən Rövşən Əhmədov Çingiz Baxşıyevin qızıllarını götürmüşdüsə, niyə bunu 2 aydan sonra Rövşənə deyiblər? Başları qarışıq olub 7 kiloqram qızıl yaddan çıxıb? Rövşən Əhmədov günahsızdır və ona bəraət hökmü verilməsini xahiş edirik”.
Məhkəmə kollegiyasının hökmü ilə R.Əhmədova bəraət hökmü verilib və o, məhkəmə zalından azadlığa buraxılıb.
Qeyd edək ki, R. Əhmədov sabiq nəqliyyat naziri Ziya Məmmədovun müşaviri Çingiz Baxşıyevin qohumudur. O, Çingiz Baxşıyevdən və onun qızları Fatimə İbrahimova ilə Sevil Baxşiyevadan, ümumilikdə 800 min manat məbləğində qızıl və nağd pul alaraq qaytarmayıb.
Qeyd edək ki, Çingiz Baxşiyev Nəqliyyat nazirinin sabiq müşaviri olub. Bundan əvvəl isə Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin rəisi vəzifəsində işləyib.


www.xalqxeber.az

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
yüklənir...
yüklənir
OXŞAR XƏBƏRLƏR
VİDEO ÇARX
XƏBƏR LENTİ

22-09-2017

BÜTÜN XƏBƏRLƏR

Sunayla Hüquqdan Danış

[email protected]


/sunayla_huquq_danish/

GÜNDƏM
KÖŞE YAZARLARI
yüklənir...
İDMAN
ŞOU-BİZNES
DÜNYA
FACEBOOK SƏHİFƏMİZ
SON DƏQİQƏ