SON DƏQİQƏ
XalqXeber.Az » Aktual » Aydın Əliyev yanındakı Səfər Mehdiyevdən xəbərsizdir? - DGK şefinə görə şikayətçi yoxdursa, problem də yoxdur...

Aydın Əliyev yanındakı Səfər Mehdiyevdən xəbərsizdir? - DGK şefinə görə şikayətçi yoxdursa, problem də yoxdur...

Tarix:

19-01-2017, 15:19

/ 4 265 dəfə oxundu.
Aydın Əliyev yanındakı Səfər Mehdiyevdən xəbərsizdir? - DGK şefinə görə şikayətçi yoxdursa, problem də yoxdur...

Elə bu gün səhər məlumat vermişdik ki, Dövlət Gömrük Komitəsi sədrinin birinci müavini, gömrük generalı Səfər Mehdiyevin Hindistandan ölkəmizə gətirilən bütün ət məhsullarını inhisara alması hələ də davam edir.

Qeyri-ərzaq və bəzi ərzaq növlərinin idxalı üzrə monopoliya aradan götürülsə, əsas ərzaq növləri üzrə monopoliya qalmaqdadır.Bu barədə monopoliyadan əziyyət çəkən iş adamlarından biri məlumat verib.

Mənbənin məlumatına görə, hazırda bazarda Hindistandan mal ətinin idxalı və satışı ilə S.Mediyevin yaxın adamı – bacanağı Gündüz adlı şəxs məşğul olur.

“Babək” və “Orxan” şirkətlərinin sahibi olan Gündüz adlı bacanaq Hindistandan ölkəmizə idxal olunan ətlərinin monopolistidir. Bu gün Gündüzdən başqa heç kim Azərbaycana dondurulmuş ət və ət məhsulları gətirə bilməz.

Onu da bildirək ki, hər ay ölkəyə Hindistandan 1000 tona yaxın ət idxal edilir. Bu, ildə 12 min ton ət deməkdir. Hər kiloqramdan 2,1 manat gəlir götürülürsə, bu, ildə milyonlarla manat gəlir deməkdir.

Mənbənin bildirdiyinə görə, gömrükdə idxalın xeyli dərəcədə liberallaşmasına rəğmən, S.Mehdiyevin binezsi hələ də himayə olunmaqda davam edir: Bu məsələ ilə bağlı Prezident Administrasiyası və Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsinə müraciət etmişik, cavab gözləyirik.

S.Mehdiyevin adı həm də komitə sədrliyinə namizədlər arasında ilk üçlükdə çəkilir. Aydın Əliyev ilə rəqabət apardığı deyilən nazir müavini digər rəqiblərindən şanslı sayılır.

***

Nədənsə hər zaman bu kimi faktlar DGK tərəfindən reaksiyasız buraxılıb. Sanki belə şeylər baş vermir. Əslində bunun səbəbi aydındır. Çünki elə inhisar faktının başında dayanan şəxsin özü gömrükdə mühüm post tutmaqdadır.

Amma bu gün jurnalistlərə açıqlamalar verən DGK sədri Aydın Əliyev inhisar barədə də danışıb. "Gömrük Komitəsi inhisarların yaradılması ilə məşğul olmur". Bu barədə bu gün keçirilən mətbuat konfransında Dövlət Gömrük Komitəsinin sədri Aydın Əliyev bildirib.

“Buradan bir daha iş adamlarına və vətəndaşlara müraciət edirəm: kimdəsə belə faktlar varsa, onları açıqlasınlar. Bildiyimə görə, guya gömrükdə inhisarların yaradılması faktına görə ötən il Prezident Administrasiyasına cəmi bir şikayət daxil olub. Bu cür hallar baş versəydi, həmin şikayətdən yüzlərlə olardı”, - iş adamlarını əllərində olan faktları bir daha açıqlamağa çağıran Aydın Əliyev deyib.

***

Hər halda komitə sədri elə açıqladığımız faktı diqqətə alsa, çox ciddi iş görmüş ola bilər.

Bütün maraqlı tərəfləri dia.az olaraq dinləməyə hazırıq...

Şərhlər

XƏBƏR LENTİ