SON DƏQİQƏ
XalqXeber.Az » Aktual » Milli Məclis şəhid əsgərimizlə bağlı bəyanat verə bilər

Milli Məclis şəhid əsgərimizlə bağlı bəyanat verə bilər

Tarix:

19-01-2017, 12:13

/ 1 785 dəfə oxundu.
Milli Məclis şəhid əsgərimizlə bağlı bəyanat verə bilər

“Ötən ilin 29 dekabr tarixində Ermənistan tərəfindən təmas xəttində həyata keçirilən təxribat nəticəsində əsgərimiz Çingiz Qurbanov şəhid olub. Çingiz Qurbanovun hüquqlarının qorunması ilə bağlı bütün Azərbaycan xalqı səfərbər olub. Bu məsələ dövlət başçısı İlham Əliyevin birbaşa diqqətindədir”.

Bunu Milli Məclisin İnsan Hüquqları Komitəsinin bu gün keçirilən iclasında deputat Hikmət Məmmədov (Babaoğlu) deyib.

Deputat bildirib ki, Ermənistan Çingiz Qurbanovun nəşini Azərbaycana qaytarmağı ləngidir:

”Dünürəm ki, Milli Məclisin İnsan hüquqları komitəsi olaraq bu məsələ ilə bağlı bəyanat qəbul edə bilərik”.

H.Məmmədov 31 mart Azərbaycanlıların Soyqırımı Günü və 20 Yanvar faciəsinin komitənin tədbirlər planına salınmasını təklif edib.

Şərhlər

XƏBƏR LENTİ