SON DƏQİQƏ
XalqXeber.Az » Aktual » Cavid Qurbanov Arif Əsgərov əleyhinə kampaniya başladıb? - İddialar

Cavid Qurbanov Arif Əsgərov əleyhinə kampaniya başladıb? - İddialar

Tarix:

10-04-2017, 19:21

/ 76 133 dəfə oxundu.
Cavid Qurbanov Arif Əsgərov əleyhinə kampaniya başladıb? - İddialar

Uzun illər Azərbaycan Dəmir Yollarının rəisi işləmiş, sabiq nəqliyyat nazirinin müavini Arif Əsgərovun başı cəncəldədir. Media yazır ki, Ziya Məmmədovun müavini olmuş Arif Əsgərov həbs edilə bilər
Azərbaycan Dəmir Yollarının rəisi Cavid Qurbanovun mediasında Arif Əsgərova qarşı kampaniya gedir.
Məlumatlara görə, baş dəmiryolçuya yaxın mətbuatda sələfi əleyhinə yazılar dərc olunur, onun həbsinə hazırlıq getdiyi haqda iddialar səslənir.
Bu günlərdə A.Əsgərovun yaxın qohumu (həyat yoldaşının xalası oğlu) Emin Cəfərov barəsində həbs-qətimkan tədbiri seçilib.
Onun həbsinə səbəb isə ayrı-ayrı özəl şirkətlərin rəhbərlərindən külli miqdarda alınan vəsaitlər olub.
Araşdırmalar zamanı bəlli olub ki, Emin Cəfərov iş adamlarından Dəmir Yolları üçün tenderlərin qalibi olmağın müqabilində üst-üstə 3 milyon manat pulu dələduzluq yolu ilə ələ keçirib.
Həmin pullar Arif Əsgərovun adı ilə alındığından onun özünün də istintaqa cəlb olunacağı bildirilir.
Qeyd olunur ki, 3 milyon vəsaitinin dələduzluq yolu ilə mənimsənilməsinə dair şikayət xeyli müddət edilsə də araşdırması Nəqliyyat Nazirliyinin ləğvindən və Arif Əsgərovun işsiz qalmasından sonra başlanıb.
C.Qurbanov bir neçə dəfə Arif Əsgərovu açıq şəkildə “vurub”. O, müsahibələrində keçmiş rəisi dəmiryol sistemini məhv etməkdə, bərbad şərait yaratmaqda, ayrılan pulları mənimsəməkdə ittiham edib.
2004-2015-ci illərdə “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin (QSC) sədri vəzifəsində çalışmış A.Əsgərovun adı böyük qalmaqallarda hallanırdı. Hətta 2013-cü ildə bu qalmaqallar üzündən onun həbs ediləcəyi də gözlənilirdi.
Həmin il QSC-də külli miqdarda, daha dəqiq desək, 48 milyonluq yeyinti faktı aşkarlanıb. Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları QSC-nin marketinq şöbəsinin rəisi Arif Əsgərovun baldızı oğlu Rahib Hüseynovu həbs etdilər.
R.Hüseynov 48 milyon manat dövlət əmlakını mənimsəməkdə ittiham olunurdu. Az sonra məlum oldu ki, R.Hüseynovu qabağa verib həbs etdirən də A.Əsgərovun özü olub.
O bu yolla oğlu, “Liman Group” şirkətinin rəhbəri Elnar Əsgərovu məsuliyyətdən kənarda saxlamağı bacardı. Məsələ mətbuatda hallanmağa başlayan kimi A.Əsgərov oğlunu xaricə göndərdi.

Şərhlər

XƏBƏR LENTİ