yüklənir...
yüklənir...

SON DƏQİQƏ

XalqXəbər.Az
yüklənir...
yüklənir...

Cocuq Mərcanlının bərpası Azərbaycan xalqının heç vaxt bu işğalla barışmayacağını göstərir - Prezident İlham Əliyev

Cocuq Mərcanlının bərpası Azərbaycan xalqının heç vaxt bu işğalla barışmayacağını göstərir - Prezident İlham Əliyev
10-04-2017, 19:03 74 188 dəfə baxılıb

Cocuq Mərcanlının bərpası tarixi hadisədir. Bu fikirləri Prezident İlham Əliyev Nazirlər Kabinetinin 2017-ci ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında bildirib.

Dövlətimizin başçısı indi orada yeni qəsəbənin salındığını, birinci növbədə 50 evin, məktəbin, uşaq bağçasının, məscidin tikildiyini, yeni yol salındığını, əlavə 150 ev və tibb məntəqəsinin tikiləcəyini diqqətə çatdırıb. İlham Əliyev Cocuq Mərcanlıda tikilən məscidin Şuşa məscidinin memarlığını təkrarladığını vurğulayıb.

Erməni vəhşiləri tərəfindən dağıdılmış bütün abidələrimizin, məscidlərimizin bərpası gününün də gələcəyini bildirən dövlətimizin başçısı deyib ki, Cocuq Mərcanlının bərpası Azərbaycan xalqının heç vaxt bu işğalla barışmayacağını göstərir:

“Bu, bir daha onu göstərir ki, 20 ildən artıq başqa yerdə məskunlaşan Cocuq Mərcanlı kəndinin sakinləri öz doğma kəndinə tezliklə qayıtmaq arzusu ilə yaşayırlar. Baxmayaraq ki, orada bütün evlər dağıdılıb, ora təmas xəttinə yaxındır. Bax, budur torpaq sevgisi, Vətən sevgisi. Ona görə həm dövlət, həm bizim siyasətimiz, eyni zamanda, xalq bu məsələdə vəhdət təşkil edir. Bu vəhdət, bu birlik bizi daha da ruhlandırır və göstərir ki, biz haqq yolundayıq, ərazi bütövlüyümüzü bərpa edəcəyik”.


www.xalqxeber.az

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər: Cocuq, bərpası, göstərir, sevgisi, vəhdət, başçısı, bütün, birinci, məscidin, orada, salındığını, Əliyev, İlham, Mərcanlının, Mərcanlı, arzusu, məskunlaşan, kəndinin, sakinləri, kəndinə
ŞƏRH YAZ
yüklənir...
yüklənir
OXŞAR XƏBƏRLƏR
VİDEO ÇARX
XƏBƏR LENTİ

20-11-2017

BÜTÜN XƏBƏRLƏR

Sunayla Hüquqdan Danış

[email protected]


/sunayla_huquq_danish/

GÜNDƏM
KÖŞE YAZARLARI
yüklənir...
İDMAN
ŞOU-BİZNES
DÜNYA
FACEBOOK SƏHİFƏMİZ
SON DƏQİQƏ