yüklənir...
yüklənir...

SON DƏQİQƏ

XalqXəbər.Az
yüklənir...
yüklənir...

Ziya Məmmədovun keçmiş müşaviri həbsdən yayına biləcəkmi? - Çingiz Baxşıyev özü ittiham obyektinə çevrilir

Ziya Məmmədovun keçmiş müşaviri həbsdən yayına biləcəkmi? - Çingiz Baxşıyev özü ittiham obyektinə çevrilir
10-04-2017, 09:33 57 406 dəfə baxılıb
yüklənir...

Sabiq nazir Ziya Məmmədovun keçmiş müşaviri Çingiz Baxşıyevin özü istintaq orqanlarının diqqət mərkəzinə gəlib. Onun fəaliyyətinin yoxlanılacağı haqda məlumatlar var.

Bu haqda redaksiyamıza daxil olan məlumatda deyilir ki, hazırda Bakı Ağır Cinayətlər Məhkəməsində Çingiz Baxşiyevin şikayəti əsasında 1 il əvvəl həbsə alınmış Nəqliyyat Nazirliyinin Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin nəzarətçisi Rövşən Əhmədovun cinayət işi üzrə məhkəmə prosesi yekunlaşmaq üzrədir. Məhkəmədə aydın oldu ki, Ç.Baxşıyevin iddiasında yer alan Rövşən Əhmədovun onun 50 kiloqram qızılını oğurlaması məsələsi sabiq müşavirin uydurmasından başqa bir şey deyil. Məsələnin daha dərin detalları var. Sabiq müşavir öz qohumunu yanından buraxmaq istəməyib deyə onu həbs etdirməklə hədələyib. Hədələrə əhəmiyyət verməyən R.Əhmədovu saxta iddia əsasında həbs ediblər. Aylardır iş üzrə proses davam edir. Üzə çıxanlar isə onu deməyə əsas verir ki, deyəsən istintaqçılar R.Əhmədovun yaxasını buraxıb Çingiz Baxşıyevin yaxasından bərk-bərk yapışmalı olacaqlar.

Çingiz Baxşıyevin qaranlıq biznes fəaliyyəti, oğlunun narkotikə aludəçiliyi barədə iddialar mətbuatda kifayət qədər yer alıb. Rövşən Əhmədov və onun həyat yoldaşı açıq mətnlə keçmiş müşavirin narkotik ticarəti ilə məşğul olduğu barədə iddia irəli sürüb, hətta bu istiqamətdə araşdırma aparılması üçün kifayət qədər ciddi məlumatları da ictimailəşdiriblər. Çingiz Baxşıyevin “xaricdən Azərbaycana ət idxal etməsi” adı altında, Əfqanıstandan və İrandan narkotik gətirdiyi və bu biznesdən külli miqdarda pul qazandığı iddia edilir. Vaxtilə Qırğızıstanda çox böyük bir yük nəqliyyatı müəssisəsinə rəhbərlik etməsi ilə əlaqədar onun elə həmin dövrdən beynəlxalq narkotrafikə giriş imkanlarının olduğu da ehtimallar arasındadır. İndinin özündə də siyasi xaosdan qurtula bilməyən Qırğızıstanın regional narkotrafikin mərkəzinə çevrilməsi bu ehtimalları gücləndirir.

İstintaq araşdırması başlayacağı təqdirdə Çingiz Baxşiyevin keçmiş və indiki ticarət və nəqliyyat əlqalələrinin yoxlanılması çox ciddi məqamları üzə çıxara bilər. Bundan başqa bir müddət əvvəl “Yeni Müsavat”da “8 il sonra Rail Rzayevin qətlinin şahidi ortaya çıxdı” başlıqlı məqalədə R.Əhmədovun həyat yoldaşının Milli Təhlükəsizlik Xidmətinə general Rail Rzayevin öldürülməsi, ölkəyə hansı yollarla narkotiklərin daşınması haqda ifadə vermək istədiyi bildirilmişdi. Qalır araşdırmaların başlanacağı günü gözləmək...

Xatırladaq ki, Rövşən Əhmədov keçmiş nəqliyyat naziri Ziya Məmmədovun sabiq müşaviri Çingiz Baxşıyevin külli miqdarda əmlakını mənimsəməkdə təqsirləndirilir. O, Çingiz Baxşıyevə, qızları Fatimə İbrahimova ilə Sevil Baxşıyevaya ümumilikdə 800 min manat məbləğində maddi ziyan vurmaqda ittiham olunur. Rövşən Əhmədova qarşı Cinayət Məcəlləsinin 178-ci (dələduzluq) maddəsi ilə ittiham irəli sürülüb. Barəsində Nərimanov Rayon Məhkəməsinin qərarı ilə 4 aylıq həbs-qətimkan tədbiri seçilib. Sonradan ona Cinayət Məcəlləsinin 179.3.2-ci maddəsi ilə yeni məzmunda ittiham elan edilib. R.Əhmədov ittihamları rədd edir.


www.xalqxeber.az

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər: Çingiz, Baxşıyevin, Rövşən, Əhmədovun, keçmiş, iddia, ittiham, Əhmədov, haqda, barədə, nəqliyyat, kifayət, narkotik, Cinayət, sabiq, Məcəlləsinin, ciddi, müşaviri, həyat, başqa
ŞƏRH YAZ
yüklənir...
yüklənir
OXŞAR XƏBƏRLƏR
VİDEO ÇARX
XƏBƏR LENTİ

20-10-2017

BÜTÜN XƏBƏRLƏR

Sunayla Hüquqdan Danış

[email protected]


/sunayla_huquq_danish/

GÜNDƏM
KÖŞE YAZARLARI
yüklənir...
İDMAN
ŞOU-BİZNES
DÜNYA
FACEBOOK SƏHİFƏMİZ
SON DƏQİQƏ