yüklənir...
yüklənir...

SON DƏQİQƏ

XalqXəbər.Az
yüklənir...
yüklənir...

Arif Əsgərovun qohumları haqda yeni iddialar - VƏKİLDƏN SƏRT İTTİHAM

Arif Əsgərovun qohumları haqda yeni iddialar - VƏKİLDƏN SƏRT İTTİHAM
5-04-2017, 17:47 130 142 dəfə baxılıb

Dünənki sayımızda Bakı şəhər sakinləri- Hüseynov İsmayıl Qara oğlu, onun oğlu-Hüseynov Rahib İsmayıl oğlu və sonuncunun anası Hüseynova Lətifə Tapdıq qızı Rahib Hüseynovun Baş Prokuror cənab Zakir Qaralova ünvanlı şikayət ərizəsi dərc olunmuşdu. Şikayətçilər pozulmuş hüquqlarının bərpası üçün Baş prokurordan və “Təzadlar” qəzetindən kömək istəyirdilər... Dünən şikayətçi Rahib Hüseynov və onun vəkili, Azərbaycan Vəkillər Kollegiyasının üzvü Sevil Hacıyeva redaksiyamızda oldular. Vəkil bəzi suallarımızı cavablandırdı, hüquqlarını müdafiə etdiyi Rahib Hüseynovla onun keçmiş qayınatası, «Azəravtoyol» ASC-nin sədr müavini Əvəz Qocayev arasında baş verən qalmaqala aydınlıq gətirdi:
-Sevil xanım, hüquqlarını müdafiə etdiyiniz şəxslə onun keçmiş qohumları arasında baş verən qalmaqal və problemlər doğrudanmı həlledilməzdir? O, ərizəsində bildirirdi ki, qayınatası onu öldürməklə hədələyir, təhdid edir və s…
-…Tərəflər arasındakı bu münaqişə 2013-cü ildən başlayıb. Belə ki, həmin vaxt R.Hüseynovun qayınatası, «Azəravtoyol» ASC-nin sədr müavini Əvəz Qocayevin əvvəlcədən məlumatı olmuşdur ki, onun kürəkəni Rahib Hüseynovun barəsində istintaq orqanı tərəfindən həbs qətimkan tədbiri seçiləcək… Ona görə də «Azəravtoyol» ASC-nin sədr müavini Əvəz Qocayev R.Hüseynov həbs olunmamışdan 4 gün əvvəl məhkəməyə nikahın pozulması ilə bağlı ərizə ilə müraciət etmişdir. 27 avqust 2013-cü il tarixdə DİN-nin Baş Mütəşəkkil Cinayətkarlığa Qarşı Mübarizə İdarəsi R.Hüseynovu saxlamışdır və 11 ay istintaq aparıldıqdan sonra bu qənaətə gəlinmişdir ki, həmin iş mülki məsələ olduğundan məhkəmədə baxılmalıdır. Bundan sonra Rahib Hüseynov həbsdən buraxılmış, həmin cinayət işinə xitam verilmişdir. Sonradan məlum olmuşdur ki, Rahib Hüseynovun qayınatası, «Azəravtoyol» ASC-nin sədr müavini Əvəz Qocayev hesab edib ki, kürəkəni R.Hüseynov artıq həbs edildi, deməli uzun müddətə azadlıqdan məhrum ediləcək… Və o, bu qənaətlə də dərhal R.Hüseynovun birgə nikah dövründə aldığı, həyat yoldaşı Qocayeva Xatirə Əvəz qızının adına sənədləşdirdiyi külli miqdarda əmlakları mənimsəmə yolu tutmuşdur… Və belə də edilir… Onu da bildirirəm ki, hüquqlarını müdafiə etdiyim Rahib Hüseynov Qocayeva Xatirə Əvəz qızı ilə 08 dekabr 1998-ci ildə rəsmi nakaha daxil olaraq, ailə həyatı qurmuşdur. Nikah 05.11.2013-cü il tarixdə məhkəmə qətnaməsi əsasında pozulmuşdur. Nikah pozulmamışdan əvvəl isə birgə nikahda olan zaman həyat yoldaşının adına Bakı şəhəri, Binəqədi rayonu Cəfər Xəndan-28 mənzil-3 ünvanında sahəsi 155 kv.m olan 4 otaqlı mənzil, “Oba” MTK-da sahəsi 120 kv.m olan “NN” Gözəllik salonu, həmin salonun içinə 70.000 manat dəyərində avadanlıq, “Oba” MTK-da sahəsi 180 kv.m olan 4 otaqlı mənzil,Varovski qəsəbəsində 6 sot torpağın icində 3 mərtəbəli villa, “Star-M” MTK-da ümumi sahəsi 320 kv.m olan 7 otaqlı iki mənzil, “Real” MTK-da 4 otaqlı sahəsi 185 kv.m olan mənzil, “Yeni Həyat” MTK “Port Baku”nun üstündə sahəsi 130 kv.m olan 3 otaqlı mənzil, Novxanıda bağ evi, evin əşyaları 250.000 manat, Novxanıda bağ evi, evin əşyaları 400.000 manat dəyərində, “Real” MTK-də ofis sahəsi 380 kv.m olan ofis, ofisin işinə alınmış avadanlıq 60.000 manat “S klass -20R Mersedes” markalı, 10-RX-050 dövlət qeydiyyat nişanlı avtomaşın və “Karavella Volsvagen” markalı, 90-NN-400 dövlət qeydiyyat nişanlı avtomaşın əldə etmişdir. Bundan başqa, o, birgə nikah dövründə həyat yoldaşının adına bankda depozitə pul qoymuşdur. Həmçinin birgə nikah dövründə evə 200.000 manat dəyərində qızıl zinət əşyaları almışdır... İndi bunların hamısı qayınatası tərəfindən ələ keçirilib və qaytarılmır. Əksinə, bunları qanuni yolla tələb etdikdə «Azəravtoyol» ASC-nin sədr müavini Əvəz Qocayev onu hədələyir, şikayətlərindən əl çəkməyi tələb edir, övladlarının üzünə həsrət qoyub, bağ evinə belə getməyə icazə vermir və s. Rahib Hüseynov istintaq dövründəki 11 aylıq həbsdən çıxandan sonra bilmişdir ki, onun yuxarıda sadaladığım əmlakları qayınatası tərəfindən ələ keçirilmişdir.
-Siz həmin əmlakların qaytarılması tələbi ilə məhkəmədə iddia qaldırmısınızmı?
-Bəli, 2016-cı ilin noyabr ayında birgə nikah dövründə qazanılmış əmlakların bölgüsü ilə bağlı məhkəmədə mülki iddia qaldırılmışdır. Bundan xəbər tutan «Azəravtoyol» ASC-nin sədr müavini Əvəz Qocayev dərhal Rahib Hüseynova müxtəlif vəd və ya sonradan təzyiq yolu ilə onun bu iddianı geri götürməsinə nail olmuşdur…

«Tovuz rayon İcra Hakimiyyətinin başçısı Tofiq Zeynalovun oğlu Qoşqar Zeynalov 2013-cü ildə bacanağı, yəni «Azərdəmiryolu»nun keçmiş sədri Arif Əsgərovun oğlu Elnar Əsgərova külli miqdarda borc pul vermişdi, amma…»

-Bəs qarşı tərəfin vədi nə olmuşdu?
-«Azəravtoyol» ASC-nin sədr müavini Əvəz Qocayev keçmiş kürəkəninə vəd etmişdir ki, həmin əmlaklar ədalətli yolla bölünüb ona qaytarılacaq. Lakin o, vədinə əməl etməmiş, R.Hüseynovu aldatmışdır… «Azəravtoyol» ASC-nin sədr müavini Əvəz Qocayev bununla kifayətlənməmişdir və 2 gün sonra yaxın qohumu Qoşqar Zeynalovun şikayəti əsasında yenidən Rahib Hüseynovun həbsinə nail olmuşdur… Hətta onlar R.Hüseynovun digər qardaşının da həbsinə nail olmuşdur… Bundan sonra isə yenə də «Azəravtoyol» ASC-nin sədr müavini Əvəz Qocayev və onun həyat yoldaşı tərəfindən qeyd olunan əmlaklar birdəfəlik ələ keçirilmişdir. Hazırda Binəqədi rayon Məhkəməsində həmin əmlaklarla bağlı icraatda mülki iş vardır… Həmçinin məhkəmədə «Azəravtoyol» ASC-nin sədr müavini Əvəz Qocayev və həyat yoldaşı Tamella Qocayevaya qarşı əmlakların bölünməsi, uşaqla ünsiyyət hüququnun tanınması barədə də mülki iddiamıza baxılır… Münasibətlərin bu mərhələyə gəlməsindən sonra «Azəravtoyol» ASC-nin sədr müavini Əvəz Qocayev Rahib Hüseynova uşağı ilə görüşməyi də qadağan edib.
-Qeyd etdiniz ki, R.Hüseynov ikinci dəfə Qoşqar Zeynalovun şikayəti əsasında həbs edilib. Qoşqar Zeynalov kimdir?
-Qoşqar Zeynalov Tovuz rayon İcra Hakimiyyətinin başçısı Tofiq Zeynalovun oğludur. Qoşqar Zeynalov 2013-cü ildə bacanağı, yəni «Azərdəmiryolu»nun keçmiş sədri Arif Əsgərovun oğlu Elnar Əsgərova o vaxt külli miqdarda borc pul vermişdir… 2013-cü ildə isə Rahib Hüseynovun barəsində DİN-də araşdırma aparılarkən Qoşqar Zeynalov ərizə vermişdir ki, onun Rahib Hüseynovla bağlı heç bir kommersiya əlaqəsi və s. olmamışdır. Bununla da sübut olunmuşdur ki, Q.Zeynalovun əlaqəsi Elnar Əsgərovla olmuşdur… Lakin sonradan Qoşqar Zeynalov atasının, əmisinin qohumluq əlaqələrindən və vəzifə səlahiyyətlərindən istifadə edərək ötən ilin oktyabrında R.Hüseynovun barəsində DİN-ə ərizə vermiş, noyabrın 4-də isə onu həbs etdirmişdir… Ki, guya R.Hüseynov onu aldatmış və pulunu mənimsəmişdir. İstintaqın gedişində əsil həqiqət üzə çıxdı və R.Hüseynov ev dustaqlığına buraxıldı…

-Dediniz ki, «Azəravtoyol» ASC-nin sədr müavini Əvəz Qocayev vəzifəsindən və digər səlahiyyətlərindən istifadə edərək keçmiş kürəkəninin cəzalandırılmasını həyata keçirir, əmlakını ələ keçirib və s. Əvəz Qocayevin bu hərəkəti barədə yuxarı instansiyalara şikayət etmisinizmi?
-«Azəravtoyol» ASC-nin sədr müavini Əvəz Qocayevin qanunsvuz hərəkətləri barədə Baş Prokuror Zakir Qaralova, istintaq orqanına rəsmi ərizələr göndərmişik. Həmçinin Rahib Hüseynovun təhlükəsizliyi ilə bağlı istintaq orqanına müraciət etmişik. Çünki Əvəz Qocayev öz vəzifə səlahiyyətlərindən və ətrafından istifadə edərək H.Hüseynovun atası İsmayıl Hüseynova, anası Lətifə Hüseynovaya dəfələrlə zəng edərək şikayətlərindən əl çəkməsələr ailəni bütünlüklə məhv edəcəyini, yer üzündən sildirəcəyini bildirmiş, hədələmişdir.
-Tərəflər arasında orta məxrəcə gəlmək imkanı yoxdurmu?
-Qarşı tərəfin Binəqədi rayon Məhkəməsində hüquqlarını müdafiə edən Azər adlı vəkili var, biz onunla dəfələrlə müzakirə etmişik ki, barışıq sazişi imzalansın və bu münaqişəyə son qoyulsun. Əvəz Qocayev şərt irəli sürdü ki, onda Rahib Hüseynov mətbuatda çıxış edərək təkzib verib üzr istəsin ki, belə şeylər olmayıb. Biz də onun şərtlərini qəbul etmədik… Belə çıxacaqdı ki, biz böhtan atmışıq… Bu işdə vasitəçi kimi İbrahim Məmmədov da var idi, Rahibin dayısı, Əvəz Qocayevin işçisidir… Amma mümkün olmadı…
***
Rahib Hüseynov:
-İbrahim Məmmədov, mənim dayımdır və o da anama zəng vurub dəfələrlə bildirmişdi ki, bu şikayətlərdən əl çəkin, Rahib təkzib versin, ortada mən varam, başımla cavabdehəm… Mən də ona zəng etdim ki, İbrahim Məmmədov, mən ortada bu qədər zərər çəkmişəm, əmlaklarımı əlimdən alıblar, quru yurdda qalmışam, sən Əvəz Qocayevi başa sal, bu münaqişəyə son qoyaq. O da mənə dedi ki, mən Əvəz Qocayevin yanında başımı hərləyirəm, mən ona başqa heç nə diqtə edə bilmərəm, amma sən onun dediyini elə… Amma Əvəz Qocayev əvvəl bir dəfə məni aldatmışdı deyə, mən artıq ona inanmırdım, ona görə də şərtinə razı olmadım. Sonra bir neçə dəfə şikayətlərimi dayandırdım ki, bəlkə nəsə düzəldi, yola gəldilər… Bir neçə gün əvvəl məni DİN-nin Baş MCQMİ-nə dəvət etdilər, vəkilim Sevil Hacıyeva orada çıxış etdi, məsələyə aydınlıq gətirdik… Orada da dedim ki, Əvəz Qocayev məni təhdid etməkdədir… Əvəz Qocayevin çoxlu pulu və vəzifəsi var, mənim də Allahım var, arxamda Prezidentimizi görürük və ona arxayınıq… Bu günlərdə isə geniş mətbuat konfransı keçirərək Azərbaycanın 1-ci vitse-Prezidenti Mehriban xanım Əliyevaya müraciətimiz olacaq. Ailəmiz təhlükədədəir, «Azəravtoyol» ASC-nin sədr müavini Əvəz Qocayev bizi ölümlə hədələyir…
Dinlədi: Azad
P.S.Təəssüflər olsun ki, qarşı tərəf olaraq «Azəravtoyol» ASC-nin sədr müavini Əvəz Qocayevin 3 mobil telefonuna zəngimiz hələki cavabsız qalır, yalnız dünən onun Anar adlı sürücüsü zəngimizə cavab verdi. Ona Əvəz Qocayevə olan suallarımızı yetirdik, mövqeyini dinləmək istədiyimizi bildirdik. Həmçinin eyni suallarla və sorğularla «Azəravtoyol» ASC-nin Mətbuat Xidmətinin rəhbəri Anar Nəcəfliyə də zəng vurub bildirdik. Lakin hələki qarşı tərəfdən cavab yoxdur…
P.P.S.Zəruri qeyd: “Azərbaycan Dəmir Yolları” QSC-nin marketinq şöbəsinin sabiq müdiri Rahib Hüseynov və qardaşı Emin Hüseynov sabiq nəqliyyat nazirinin müavini Arif Əsgərovun baldızı övladlarıdır, Rahib Hüseynov və Emin Hüseynovun barəsində gedən istintaq prosesindən bəlli olur ki, onlar 2016-cı ilin noyabrında Tovuz RİH-nin başçısı T.Zeynalovun oğlu Qoşqar Zeynalovun şikayəti əsasında həbs olunublar. Q.Zeynalov qardaşlardan 3 milyon dollara yaxın pul tələb edir. "Qoşqar Zeynalov 7 milyon ABŞ dollarını 2011-2012-ci illərdə faizlə, Rahib Hüseynov vasitəsilə Arif Əsgərovun oğlu Elnar Əsgərova verib. 2013-cü ildə isə Qoşqar Zeynalov Rahib Hüseynova pul vermədiyi barədə ifadə vermişdir, çünki Elnar Əsgərov o pulu özünün verəcəyini vəd etmişdir. Amma indi görünür Rahib Hüseynovu qurban vermək qərarına gəliblər”, -deyir vəkil...


www.xalqxeber.az

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər: Rahib, Hüseynov, müavini, «Azəravtoyol», Qocayev, Hüseynovun, Qoşqar, Zeynalov, həmin, sahəsi, Zeynalovun, Qocayevin, istintaq, mənzil, qayınatası, sonra, keçmiş, edərək, Elnar, bağlı
ŞƏRH YAZ
yüklənir...
yüklənir
OXŞAR XƏBƏRLƏR
VİDEO ÇARX
XƏBƏR LENTİ

17-11-2017

BÜTÜN XƏBƏRLƏR

Sunayla Hüquqdan Danış

[email protected]


/sunayla_huquq_danish/

GÜNDƏM
KÖŞE YAZARLARI
yüklənir...
İDMAN
ŞOU-BİZNES
DÜNYA
FACEBOOK SƏHİFƏMİZ
SON DƏQİQƏ