SON DƏQİQƏ
XalqXeber.Az » Aktual » ANS şikayəti təmin edildi - Ali Məhkəmədə

ANS şikayəti təmin edildi - Ali Məhkəmədə

Tarix:

5-04-2017, 17:44

/ 131 497 dəfə oxundu.
ANS şikayəti təmin edildi - Ali Məhkəmədə

Azərbaycan Respublikası Ali Məhkəməsində ANS ÇM-in kasassiya şikayətləri üzrə prosses keçirilib. Bu gün 2 şikayətə baxılıb.
Heç birisində şikayət təmin edilməyib. Buna görə ANS rəhbərliyi hakimlərə etiraz edərək onların tərkibinin dəyişdirilməsini tələb edib. Kassasiya şikayətlərinin davam etdirlməsi üçün ANS Şirkətlər Qrupunun hakimlərin dəyişdirilməsinə dair şikayətinə baxılıb. Baxılan şikayətlər ANS ÇM-ə dəymiş maddi ziyan və ANS Kommers-in hüquqi şəxs kimi məhkəmədə iştirakına icazə verilməməsi ilə bağlıdır.
Məhkəmənin sonunda ANS rəhbərliyinin etirazından sonra hakimlərin dəyişdirilməsi ilə bağlı şikayət qəbul edilib. Hakimlər məhkəmənin təxirə salındığını bildirərək növbəti məhkəmə prosesinin elan ediləcəyini deyib və zalı tərk edib.

Şərhlər

XƏBƏR LENTİ