SON DƏQİQƏ
XalqXeber.Az » Aktual » At kəsib satanlar niyə həbs olunmur?

At kəsib satanlar niyə həbs olunmur?

Tarix:

3-04-2017, 13:47

/ 14 151 dəfə oxundu.
At kəsib satanlar niyə həbs olunmur?

Azərbaycanda son günlər at və eşşək ətinin kəsilib istehlakçılara satılması məsələsi müzakirə olunmaqdadır.
Dövlət Baytarlıq Xidməti də bu istiqamətdə işlər aparır və ictimaiyyətə məlumat verir. Bəzən elə hallar olur ki, bir şəxs bir dəfədən çox bu işlə məşğul olduğu aşkarlanır.
Bəs maraqlıdır ki, həmin şəxslərə qarşı hansısa hüquqi məsuliyyət nəzərdə tutulubmu?
Dövlət Baytarlıq Xidmətinin mətbuat katibi Yolçu Xanvəlinin sözlərinə görə, xidmət tərəfindən bu kimi hallar ilk dəfə aşkarlandıqda həmin şəxs 200 manat cərimə olunur: “Əgər ikinci dəfə baş verərsə, 300 manat cərimə müəyyən olunur. Bundan əlavə, məsələni hüquq-mühafizə orqanları tərəfindən də araşdırılır.”
Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov bildirib ki, İnzibati Xətalar Məcəlləsinin 447-ci maddəsinə əsasən istehlakçını aldatma faktı 40 manatadək olduqda, fiziki şəxslər üç yüz əlli manatdan beş yüz manatadək, vəzifəli şəxslər min beş yüz manatdan iki min manatadək, hüquqi şəxslər dörd min manatdan altı min manatadək məbləğdə cərimə edilir: “Bu fakt 100 manat olduqda isə cinayət məsuliyyəti yaradır. CM-nin müvafiq maddəsinə əsasən, insan ölümü ilə nəticələnən hadisə baş verərsə, 3 ildən 7 ilədək həbs gözlənilir.”

Şərhlər

XƏBƏR LENTİ