yüklənir...
yüklənir...

SON DƏQİQƏ

XalqXəbər.Az
yüklənir...
yüklənir...

Çingiz Baxşıyev həbs oluna bilər - Keçmiş müşavirin başı dərddə...

Çingiz Baxşıyev həbs oluna bilər - Keçmiş müşavirin başı dərddə...
3-04-2017, 12:16 7 505 dəfə baxılıb
yüklənir...

Aprelin 4-də Bakı Ağır Cinayətlər Məhkəməsində keçmiş Nəqliyyat Nazirliyinin Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin nəzarətçisi işləmiş və yaxın qohumu, keçmiş nəqliyyat nazirinin keçmiş müşaviri Çingiz Baxşiyevin şikayəti əsasında bir il əvvəl həbsə alınmış Rövşən Əhmədovun cinayət işi üzrə növbəti məhkəmə prosesi keçiriləcək. Altı aydan çoxdur təxirə salına-salına gedən bu prosesin uzadılmasının əsl səbəbləri, hələ ki, ölkə ictimaiyyətinə məlum deyil...
Ötən ilin elə bu çağlarında “bir dövlət məmurunun 50 kiloqram qızılının yoxa çıxması” barədə medianın gündəminə bomba kimi düşmüş xəbərin sonralar çox qəribə və maraqlı nüansları ortaya çıxdı. Əslində, tezliklə dövlət məmurunun da kimliyi məlum oldu, onun qızıllarını mənimsəməkdə ittiham edilən adamın da... Və ölkə ictimaiyyətini, ilk növbədə, nəqliyyat sistemində yüksək vəzifə tutan məmurun – Çingiz Baxşiyevin külli miqdarda qızılı necə əldə etməsi maraqlandırdı. Bu maraqla araşdırma aparan jurnalistlər keçmiş məmurun təkcə külli miqdarda qızıl-zinət sahibi deyil, həm də iri bir mülkədar olduğunu, var-dövlətinin, sözün həqiqi mənasında, sərhəd tanımadığını aşkara çıxardılar.

Sonra onun həbs etdirdiyi qohumu Rövşən Əhmədovun məhkəməsi başlandı. Ötən ilin sonunda hakim Rasim Sadıqovun sədrliyi ilə finişə yaxınlaşan və... bu ilin əvvəlində hakim Əfqan Hacıyevin sədrliyi ilə yenidən start götürən prosesin hansı sonuca varacağını indidən söyləmək mümkün deyil. Amma Novruz tətilindən qabaq keçirilmiş iki iclasa zərərkənin – Çingiz Baxşiyevin gəlməməsi və təqsirləndirilən şəxslə onun həyat yoldaşının elə həmin iclaslarda sabiq müşaviri müxtəlif cinayət əməlləri törətməkdə ittiham etmələri bu işin necə başa çatacağına ictimai marağı daha da artırıb.

Əslində, əvvəllər də bir sıra KİV-də Çingiz Baxşiyevin qaranlıq biznes fəaliyyəti, oğlunun narkotikə aludəçiliyi barədə iddialar yer almışdı. Bu dəfə isə Rövşən Əhmədov və onun həyat yoldaşı açıq mətnlə keçmiş müşavirin narkotik ticarəti ilə məşğul olduğu barədə iddia irəli sürüb, hətta bu istiqamətdə araşdırma aparılması üçün ipucları da veriblər. Çingiz Baxşiyevin “xaricdən Azərbaycana ət idxal etməsi” adı altında, Əfqanıstandan və İrandan narkotik gətirdiyi və bu “biznes”dən külli miqdarda pul qazandığı iddia edilir. Vaxtilə Qırğızıstanda çox böyük bir yük nəqliyyatı müəssisəsinə rəhbərlik etməsi ilə əlaqədar onun elə həmin dövrdən beynəlxalq narkotrafikə giriş imkanlarının olduğu da ehtimallar arasındadır. İndinin özündə də siyasi xaosdan qurtula bilməyən Qırğızıstanın regional narkotrafikin mərkəzinə çevrilməsi bu ehtimalları gücləndirir.

Əlbəttə, istitintaq araşdırması başlayacağı təqdirdə Çingiz Baxşiyevin keçmiş və indiki ticarət və nəqliyyat əlqalələrinin yoxlanılması, dəqiqləşdirilməsi mümkün ola bilər. Hər halda belə araşdırma aparılması üçün sabiq müşavirin hüquq-mühafizə orqanına çağırılıb dindirildiyi barədə xəbər bir dəfə mediada görünüb. Ancaq rəsmi açıqlama olmadığından bunun nə qədər dəqiq olub-olmadığını müəyyənləşdirmək mümkünsüzdür.
Bundan başqa bir müddət əvvəl internet portallarında yerləşdirilmiş “8 il sonra Rail Rzayevin qətlinin şahidi ortaya çıxdı” başlıqlı məqalədə R.Əhmədovun həyat yoldaşının Milli Təhlükəsizlik Xidmətinə “hətta ölkə başçının müşaviri olan generalın zəhərlənməsi, general Rail Rzayevin öldürülməsi, ölkəyə hansı yollarla narkotiklərin daşınması haqda ifadə vermək istədiyi” bildirilmişdi. Çingiz Baxşiyevdən yan keçməyəcəyi ehtimal edilən bu ifadənin həmin xanımdan alınıb-alınmadığı da hələ məlum deyil.

Bütün bunların fonunda keçmiş müşavirin məhkəmə iclaslarına gəlməməsi onun prosesin nəticələrinə marağının tamam itməsi və öz canının hayına qalaraq, oğlu üçün guya “biznes cənnəti” yaratdığı Avstriyaya qaçıb getməsi barədə şübhələrə əsas verib...

Hər halda aprelin 4-də Çingiz Baxşiyev Bakı Ağır Cinayətlər Məhkəməsinin binasındakı iclas zalında ön sırada zərərçəkmiş kimi boynunu büküb əyləşməklə bu şübhələri xeyli zəiflədə bilər.

Xatırladaq ki, Rövşən Əhmədov keçmiş nəqliyyat naziri Ziya Məmmədovun sabiq müşaviri Çingiz Baxşıyevin külli miqdarda əmlakını mənimsəməkdə təqsirləndirilir. O, Çingiz Baxşıyevə, qızları Fatimə İbrahimova ilə Sevil Baxşiyevaya ümumilikdə 800 min manat məbləğində maddi ziyan vurmaqda ittiham olunur. Törətdiyi əmələ görə 18 aprel 2016-cı ildə Rövşən Əhmədova qarşı Cinayət Məcəlləsinin 178-ci (dələduzluq) maddəsi ilə ittiham irəli sürülüb. Barəsində Nərimanov Rayon Məhkəməsinin qərarı ilə 4 aylıq həbs-qətimkan tədbiri seçilib. Sonradan cinayət işinin istintaqının davam etdirilməsi DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin İstintaq şöbəsinə həvalə olunub və 17 sentyabr 2016-cı ildə ona Cinayət Məcəlləsinin 179.3.2-ci maddəsi ilə yeni məzmunda ittiham elan edilib.

moderator


www.xalqxeber.az

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər: Çingiz, keçmiş, Baxşiyevin, ittiham, Rövşən, barədə, nəqliyyat, külli, miqdarda, deyil, müşaviri, cinayət, məlum, prosesin, sabiq, həmin, müşavirin, araşdırma, həyat
ŞƏRH YAZ
yüklənir...
yüklənir
OXŞAR XƏBƏRLƏR
VİDEO ÇARX
XƏBƏR LENTİ

20-10-2017

BÜTÜN XƏBƏRLƏR

Sunayla Hüquqdan Danış

[email protected]


/sunayla_huquq_danish/

GÜNDƏM
KÖŞE YAZARLARI
yüklənir...
İDMAN
ŞOU-BİZNES
DÜNYA
FACEBOOK SƏHİFƏMİZ
SON DƏQİQƏ