SON DƏQİQƏ
XalqXeber.Az » Aktual » “Azəriqaz”da yoxlama nə verəcək?- “Əkbər Hacıyev və komandası varlanıb, borcu biz ödəyirik”

“Azəriqaz”da yoxlama nə verəcək?- “Əkbər Hacıyev və komandası varlanıb, borcu biz ödəyirik”

Tarix:

1-04-2017, 12:59

/ 35 303 dəfə oxundu.
“Azəriqaz”da yoxlama nə verəcək?- “Əkbər Hacıyev və komandası varlanıb, borcu biz ödəyirik”

Xəbər verdiyimiz kimi, yoxlama zamanı “Azəriqaz”da ciddi nöqsanlar tapılıb. Qurumun balansında olan əsas vəsaitlərin əvəzsiz olaraq digər hüquqi şəxslərin balansına köçürüldüyü üzə çıxıb. Digər bu kimi hallar “Azəriqaz” İB-nin fəaliyyətinin (auditlə əhatə olunan dövrdə) zərərlə başa vurması ilə nəticələnib.

Neftçilərin Hüquqlarını Müdafiə Komitəsinin rəhbəri Mirvari Qəhrəmanlı açıqlamasında deyib ki, 2013-cü ildən etibarən qaz itkilərindən yazır:

“Araşdırma da aparırıq. Bütün suallarımızı “Azəriqaz”a göndərmişik ki, nədən ötrü qaz itkisi var? Niyə Sovet dövründə bu qədər qaz itkisi yox idi? Bu qurumda həm ştatlar şişirdilib, həm də bir-birini təkrarlayan ştatlar var. Tenderdən düzgün istifadə edə bilmirlər. Bunlar hamısı xərclərdir. Müxtəlif şirkətlərə pul köçürülür və bu nədən ötrü edilir aydın deyil. Rayon qaz istismar sahələri ləğv olundu. Bunların hamısının kökündə düzgün olmayan idarəetmə durur. “Azəriqaz” da nə qədər qohumlar və qeyri-peşəkarlar var. Qeyri-peşəkarların idarəetmədə oturması, kadr itkisi sonunda ümumi itkini gətirir. Bu qurumda kadr siyasəti düzgün qoyulmayıb. Ümumiyyətlə, “Azəriqaz” sistemi əzəldən düzgün qurulmayıb, struktur dəyişikliyi edilməlidir”.

QHT rəhbərinin fikrincə, “Azəriqaz” İB Dövlət Neft Şirkətindən ayrılmalıdır: “Bu qurum publik şəxsə çevrilməlidir. Özəl şirkət olanda bura qohum-əqrəbanı yığmaq olmur. Həm də ümumi dövlətin idarəsidir. Araşdırılma aparılsa, “Azəriqaz” da nə qədər qohumların olduğu üzə çıxacaq. Orada mühəndis azlığı var. Strukturunda bir-birini təkrar edən şöbələr var. Onalr 17-18 nəfərdən ibarətdir. Nazirlikdə heç belə şöbələr yoxdur.

İnsanlar şöbələr üçün deyil, şöbələr insanlar üçün yaradılıb. İdarəetmənin şəffaf olmaması üzündən və ən nəhayət düzgün kadr siyasətinin aparılmaması qaz itkisinə səbəb olur. 4 ildir ki, qaz itkisi ilə bağlı müəyyən faktlar ortaya qoyuruq. Bu illər ərzində eşitməmişik ki, kimsə işdən çıxarılıb, cəzalanıb. Hamımıza ziyan vurulur. Bu qışda qriplə bağlı xəstəliyin yayılması ölkəyə gələn virusla bağlı deyildi, qazla istiliyin düzgün təmin olunmaması ilə bağlı idi. Bu qədər insanların haqqına girmək ədalətsilikdir”.

Mirvari Qəhrəmanlı hesab edir ki, qurum Dövlət Neft Şirkətinin tabeliyindən çıxarılmalı və əlahiddə bir quruma çevrilməlidir: “Cavabdehliyi tam özü daşımalıdır. Tam məsuliyyət Əkbər Hacıyevin üstündədir. Beynəlxalq Bankla məhkəmə prosesləri gedir. Ölkəyə, əhaliyə ziyan vurulandan və pullar gedəndən sonra o məhkəmələr mənə nə verir? Cahangir orada ömürlük otursun, artıq nə faydası var? İndi də “Azəriqaz” əhaliyə ziyan vurur. Bizim cibimizin hesabına niyə qaz itkisi bağlanmalıdır? Əkbər müəllim və onun komandası varlanıb, biz niyə əziyyət çəkməliyik? Bizim hesabımıza vəsaitləri yeyiblər, biz də onları ödəməliyik. Söhbət ondan gedir ki, sonradan cəzalanmaq heç kimə fayda vermir. Vaxtında bu kadrlar uzaqlaşdırılmalı, peşəkarlar ortaya gəlməli, acgözlük götürülməlidir ki, camaatın canı qurtarsın”.

Cebhe.info

Şərhlər

XƏBƏR LENTİ