yüklənir...
yüklənir...

SON DƏQİQƏ

XalqXəbər.Az
yüklənir...
yüklənir...

Hərbi paltarların Ermənistan istehsalı olduğunu sübut edən - VİDEO

Hərbi paltarların Ermənistan istehsalı olduğunu sübut edən - VİDEO
24-03-2017, 16:51 849 dəfə baxılıb
yüklənir...

OVS mağazalar şəbəkəsinin Ermənistan istehsalı olan uşaq paltarlarının satışını təşkil etməsi ilə bağlı əməlini aşkara çıxardıqdan sonra şəbəkə rəhbərliyi BakiPost.az saytının ünvanına əsassız ittihamlar səsləndirməyə başlayıb.
Mağaza fakt və sübutlar olmasına rəğmən "Made in Armenia” yazılı heç bir paltar satmadığı iddia edir.
Baş redaktoru Elçin Zahiroğlundan məsələ ilə bağlı açıqlama aldıq.
Baş redaktor bildirib ki, mağaza öz utancverici hərəkətini ört-basdır etmək üçün başqa bir şəxsə, bir media orqanına qara yaxır: "Bu mağazada Ermənistan məhsullarının satılması faktını aşkar edəndə, düşündüm ki, bu, bir təsadüfdi, yanlışlıqdır və yəqin ki, mağaza sahibinin bundan xəbəri olmayıb. Buna görə çıxıb Ermənistan məhsulu geyindirdikləri şəxslərdən üzr istəyib, bundan sonra idxal etdikləri mallarda daha diqqətli olacaqları barədə söz verəcəklər. Məntiqlə heç bir şəxs risk etməz ki, Bakıda Ermənistan məhsulu olsun. Lakin təəssüf ki, mağaza yaydığı məlumatda bütün məsuliyyəti öz boyunlarından atdı, əvəzində bizi yalançılıqda, təxribatda suçladı və digər yalan informasiyalar verdi. Necə ola bilər ki, adam öz utancverici hərəkətini ört-basdır etmək üçün başqa bir şəxsə, bir media orqanına qara yaxsın? Bu necə insanlıq, necə azərbaycançılıqdır? Əxlaqı yerində olan bir adam bunu edə bilərmi?”
E.Zahiroğlu deyib ki, o, öz işini yerinə yetirib. Həmin dükanlarda erməni mallarının satıldığı barədə məlumat alandan sonra, şəxsən OVS-in "Gənclik Mall”dakı dükanına getdiyini deyən müsahib sözügedən informasiyanın doğruluğuna şahid olub: "Həmin malları tapıb şəkillərini çəkmişəm. Qeyd eləyim ki, mağazanın hər yerində kamera var. Yəni mənim ora getməyimi və şəkil çəkməyimi sübut eləmək çox sadə məsələdir. Qayıdandan sonra əməkdaşlarımız mağaza ilə əlaqə saxlayıblar. Onlar məlumatı qəti şəkildə təkzib ediblər. Ona görə də çəkdiyim şəkillə materialı yayımlamışam və bu məlumat rezonans doğurub. Bu elə bir materialdır ki, bunun təkzib edilməsi, üstəlik bizim ittiham olunmağımız ağlıma da gəlməzdi. Sonradan məlum oldu ki, məsələ ictimailəşəndən sonra həmin malları mağazalardan yığışdırıblar. Yəqin ki, aidiyyəti qurumlar istəsələr, kameralar vasitəsi ilə bunu aşkarlaya bilərlər. Mağaza sahibləri hər vəchlə elədikləri bu ayıb, həm də qanunsuz işləri ört-basdır etməyə çalışsalar da, fikrimcə, buna müvəffəq ola bilməyəcəklər. Çünki məsələ ictimailəşəndən sonra bir çox oxucularımız bizə məsələ ilə bağlı müraciətlər edirlər. Oradan aldıqları malların şəkillərini, videolarını göndərirlər. Həmin şəxslərdən biri bir neçə gün əvvəl həmin şalvardan övladı üçün aldığını yazmışdı. Biz ondan xahiş elədik və həmin məhsulu bizə təqdim etdi. Yəni bizim şəkillərimizin montaj, nə bilim qurama olduğunu iddia edən mağaza sahiblərinə və aidiyyəti qurumlara lazım olsa maddi sübutumuz da var. Hər halda "BakuPost”un tikiş sexinin olmadığını hamı bilir”.

Baş redaktor fotoşop olduğu iddia edilən paltarın videosunu da təqdim edib.

musavat


www.xalqxeber.az

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
yüklənir...
yüklənir
OXŞAR XƏBƏRLƏR
VİDEO ÇARX
XƏBƏR LENTİ

24-06-2017


23-06-2017

BÜTÜN XƏBƏRLƏR
yüklənir...
GÜNDƏM
KÖŞE YAZARLARI
yüklənir...
İDMAN
ŞOU-BİZNES
DÜNYA
FACEBOOK SƏHİFƏMİZ
SON DƏQİQƏ