XalqXəbər.Az

“Xəzərin sahili bir ailənin, beş ailənin ixtiyarına verilməli deyil”- Deputat

yüklənir...
“Xəzərin sahili bir ailənin, beş ailənin ixtiyarına verilməli deyil”- Deputat
27-06-2019, 13:52
yüklənir...

“Xəzər dənizinin sahilini başdan başa turizm məkanına çevirmək olar”.

Bunu bu gün millət vəkili Fəzail Ağamalı Milli Məclisin növbədənkənar sessiyasının iclasında “Xəzər dənizinin dəniz ətraf mühitinin mühafizəsi haqqında” Çərçivə Konvensiyasına Transsərhəd kontekstdə ətraf mühitə təsirin qiymətləndirilməsi barədə Protokolun təsdiq edilməsi haqqında” qanun layihəsinin müzakirəsi zamanı bildirib.

Xəzər sahillərinin çirklənmiş vəziyyətdə olmasından şikayətlənən F. Ağamalı deyib ki, biz Allahın verdiyi neməti qiymətəndirmirik: “Xəzər dənizinin sahilini hasarlayıb, qamışdan, taxtadan gecəqondularla oranı çimərliyə çeviriblər, hərə bir qiymət qoyur. Bu Konvensiyanın tələblərinə uyğun olaraq qanunvericilikdə ciddi dəyişiklik edilməlidir. Yaxşı olardı ki, bunun üçün hərrac keçirilsin. Hasarlayanın imkan varsa, özü orada yaxşı hotellər tiksin, həm yeni iş yerləri açılsın, həm də Xəzər dənizinin sahili insanların ixtiyarına verilsin. Xəzərin sahii bir ailənin, beş ailənin ixtiyarına verilməli deyil. Biz Milli Məclis olaraq bu məsələyə sərt reaksiyamızı ortaya qoymalıyıq”.
Vitse-spiker Valeh Ələsgərov isə qeyd edib ki, bu məsələlər qanunda əksini tapıb: “Bu məsələləri həyata keçirmək isə müvafiq icraedici orqanların işidir”.

Layihə səsverməyə çıxarılaraq qəbul edilib.
скачать dle 10.6фильмы бесплатно

yüklənir...
GÜNDƏM
DÜNYA
FACEBOOK SƏHİFƏMİZ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.