SON DƏQİQƏ
XalqXeber.Az » Aktual » Çovdarovun məhkəməsinə jurnalistlər yenə buraxılmadı

Çovdarovun məhkəməsinə jurnalistlər yenə buraxılmadı

Tarix:

30-05-2019, 13:05

/ 863 dəfə oxundu.
Çovdarovun məhkəməsinə jurnalistlər yenə buraxılmadı

Keçmiş MTN əməkdaşları - general-mayor Akif Çovdarov, polkovnik Səlim Məmmədov və digərlərinin kassasiya şikayəti üzrə məhkəmə keçirilib.

Bakupost.az xəbər verir ki, Ali Məhkəməin hakimi Əziz Seyidovun sədrliyi ilə keçirilən iclasda keçmiş MTN-çilər iştirak etməyib.

Qapalı keçirilən məhkəməyə jurnalistlər də buraxılmayıb.

Hakimlər cinayət işinin həcminin böyük olduğunu və bu səbəbdən materiallarla tam tanış olmadıqlarını bildirib. Proses təxirə salınıb.

Məhkəmə iyunun 27-ə təyin edilib.

Qeyd edək ki, A.Çovdarov və digərləri 2015-ci ildə həbs edilib. Bakı Hərbi Məhkəməsinin hökmü ilə Akif Çovdarov 12 il, Səlim Məmmədov 11 il, Akif Əliyev 5 il və Orxan Osmanov 4 il müddətinə azadlıqdan məhrum edilib. Onların 33 milyon manatlıq əmlaklarının əksəriyyəti müsadirə edilib və rütbələrinin alınması üçün təqdimat verilib. Hökmdən narazı qalan məhkumlar və zərərçəkmiş şəxslərin bir qismi apelyasiya şikayəti verib. Bundan başqa, A.Çovdarovun ailə üzvləri - oğlu Ruslan Çovdarov, həyat yoldaşı İbadət Çovdarova, qızları - Günay Əmircanova və Aidə Qadımova da apelyasiya şikayəti ilə məhkəməyə müraciət ediblər. Bakı Apellyasiya Məhkəməsi A.Çovdarov və digərlərinin apelyasiya şikayətini təmin etməyib. A.Əliyev cəza müddət başa çatdığı üçün bir müddət əvvəl azadlığa buraxılıb.

Şərhlər

XƏBƏR LENTİ