XalqXəbər.Az

İcraların ləğvi, meriyaların yaranması yenidən gündəmdə...

yüklənir...
İcraların ləğvi, meriyaların yaranması yenidən gündəmdə...
29-04-2019, 12:04
yüklənir...

Azərbaycanda yerli özünüidarəetmə orqanları özünü doğrultmur. Təəssüf ki, insanların yaddaşında bu yerli özünüidarəetmə orqanları torpaq satmaq prosesini həyata keçirən bir qurum kimi qalıb. Halbuki inkişaf etmiş ölkələrin təcrübəsində görürük ki, yerli özünüidarəetmə orqanları, bələdiyyələr dövlətin əsas və çox vacib bir elementi hesab edilir.

Bu sözləri Axar.az-a iqtisadçı ekspert Natiq Cəfərli yerli özünüidarəetmə orqanlarının inkişafı, Böyük Şəhər bələdiyyələrinin yaradılmasının gecikməsi problemindən danışarkən deyib.

İqtisadçı bildirib ki, yerli özünüidarəetmə orqanlarının inkişafı həm də mərkəzi aparatın, mərkəzi orqanların yükünü azaldır, yerlərdə olan problemlərin mərkəzi hökumətin üstünə yıxılmasına imkan vemir:

“Bu, əslində çox vacib məqamdır. Ona görə də Azərbaycanda hər hansısa bir problem yaranarkən bir çox hallarda Prezidentin müdaxiləsinə ehtiyac yaranır. Bu da təbii olaraq Prezidentin yükünü artırmış olur.

Prezident daha qlobal - ölkənin daxili-xarici siyasəti, təhlükəsizlik, işğal altında olan torpaqların həlli məsələləri ilə məşğul olmalıdır. Yerli bələdiyyələrin güclü olması ən azından mərkəzi hökumətin həm məsuliyyətini, həm də yükünü azaldacaq, həm də sakinlərin bu qurumlardan tələbkarlığlarını artıracaq. Belə olduğu təqdirdə vətəndaşlar problemlərinin həllini Bakıdan, mərkəzdən yox, elə yerli özünüidarəetmə orqanından tələb edəcək”.

N.Cəfərli bildirib ki, qonşu ölkələrin əksəriyyətində yerli özünüidarəetmə orqanlarının işi bu şəkildə təşkil olunur:

“Bu həm seçkili mer institutunun formalaşmasına, həm investisiya mühitinin yaxşılaşmasına, həm də idarəetmənin keyfiyyət və dinamikasının artmasına səbəb olur.

Azərbaycanda bununla bağlı ciddi Konstitusiya dəyişikliklərinə ehtiyac var. Çünki Böyük Şəhər bələdiyyələrinin yaranması Konstitusiya dəyişikliklərindən keçir. Bu da ciddi struktur islahatlarının mühüm tərkib hissəsi kimi yaddaşlarda qalacaq. Yerli özünüidarəetmə institutlarının səlahiyyətləri qanunla çox dəqiq şəkildə müəyyənləşdirilməldir”.

İqtisadçının fikrincə, yerli icra strukturları, icra orqanları isə təmərküzləşmiş şəkildə qala bilərlər:

“Fikrimcə, rayonlar üzrə olan icra hakimiyyətləri bölgələrə müvafiq birləşdirilsə, daha məqsədəuyğun olar. Bu yerli özünüidarəetmə orqanlarının işini də yüksəldəcək”.

yüklənir...
GÜNDƏM
DÜNYA
FACEBOOK SƏHİFƏMİZ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.