SON DƏQİQƏ
XalqXeber.Az » Aktual » Kreditlər Nəsib Piriyevin Əfqanıstandakı şirkətinə "ofşor" yolla köçürülüb - "Beynəlxalq Bank işi"

Kreditlər Nəsib Piriyevin Əfqanıstandakı şirkətinə "ofşor" yolla köçürülüb - "Beynəlxalq Bank işi"

Tarix:

15-04-2019, 14:47

/ 944 dəfə oxundu.
Kreditlər Nəsib Piriyevin Əfqanıstandakı şirkətinə "ofşor" yolla köçürülüb - "Beynəlxalq Bank işi"

Azərbaycan Beynəlxalq Bankı” ASC-nin İdarə Heyətinin sabiq sədri Cahangir Hacıyev, onun bacanağı İsmayıl Hidayət-zadə, sabiq deputat Dünyamin Xəlilov, Camal Həsənov, Sərxan Rəsulov, Natiq İmanov, Samir Hacıyev, Təbriz Əbdülhəmidov, Mahir Qafarov, Sadıx Murtuzayev, Tərlan Məhərrəmov, Fəxrəddin Heybətov, Ramin Əhmədov, Fariz Muradov, Səlahəddin Qədirov, Erxan Cavad, Arif Ramazanov, Navai Şirinov, Svetlana Əsədullayeva, Arif Mədətov, Adil Mikayılov, Ramis Kərimovun cinayət işi üzrə məhkəmə prosesi davam edib.

ONA-nın məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Faiq Qəniyevin sədrliyi ilə keçirilən prosesdə şahid qismində 2002-2012-ci illərdə bankın İdarə Heyətinin sədr müavini işləmiş Rövşən İsmayılov ifadə verib.

R.İsmayılov deyib ki, vəzifəsi bankda aparılan maliyyə işlərinə nəzarət etmək olub: “Layihələrlə bağlı məsələlər Cahangir Hacıyevə məruzə edilirdi. Bankın Moskva filialına da kreditlərin verilməsi ilə bağlı məsələlər idarə heyətində müzakirə edilirdi”.
Sonra təqsirləndirilən Erxan Cavad ifadə verərək, bankdan götürülən kreditlərin brilyant mağazasına yönəldildiyini bildirib: "Həmin mağazanın 50 faizi Nəsib Piriyevin, 50 faizi isə anamın idi. İttihamda qeyd edilən məbləğ hazırda axtarışda olan Nəsib Piriyevin Əfqanıstanda olan şirkətinə "ofşor" yolla köçürülüb".

Prosesdə fasilə elan olunub.

Qeyd edək ki, 2001-2015-ci illərdə “Azərbaycan Beynəlxalq Bankı” ASC-nin İdarə Heyətinin sədri vəzifəsində işləmiş C.Hacıyevin göstərişləri əsasında ayrı-ayrı ölkələrdə yaradılmış hüquqi şəxslərlə real dəyəri olmayan sadə veksellərin alqı-satqısına dair 3,4 milyard ABŞ dolları və 987 milyon avro məbləğində (müvafiq dövrün məzənnəsi ilə 3,8 milyard manat) müqavilələr bağlanılaraq qanunsuz veksel əməliyyatları aparılmasına, C.Hacıyevin göstərişləri əsasında həmin dövrdə qeyriləri vasitəsilə çoxsaylı kredit müqavilələri bağlanaraq manat və xarici valyutalarla rəsmiləşdirməklə 900 milyon manat həcmində pul vəsaitinin bankdan digər hesablara köçürülərək mənimsənilməsinə dair əsaslı şübhələr müəyyənləşib. Aparılmış istintaqla C.Hacıyevin tanışı Dünyamin Xəlilov, digər 20 nəfər və qeyriləri ilə birlikdə qanunsuz maliyyə əməliyyatları aparılan və real dəyəri olmayan veksellərin alınması, eləcə də təminatı olmayan kreditlərin verilməsi yolu ilə ümumilikdə 4,7 milyard manat məbləğində pul vəsaitinin mənimsəmə və digər cinayətlər yolu ilə 2,5 milyard manat hissəsini ələ keçirməklə cinayət yolu ilə əldə edilmiş həmin vəsaitin 2 milyard manatını leqallaşdırmasında, digər 2,2 milyard manat məbləğində pul vəsaitinin isə müxtəlif əməliyyatlara yönəltməklə “Azərbaycan Beynəlxalq Bankı” ASC-yə ziyan vurduğu üzə çıxıb. İstintaqla həmçinin C.Hacıyevin D.Xəlilovla birlikdə faktiki rəhbərlik etdiyi “Aztorq” MMC üzrə 2011-2014-cü illərdə dövlət büdcəsinə 1 milyon 752 min manat vergiləri ödəməkdən yayınmasına əsaslı şübhələr müəyyən edilib. Qeyd edilən epizodlar üzrə Cahangir Hacıyevə mütəşəkkil dəstə tərəfindən küllü miqdarda mənimsəmə, cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin leqallaşdırılması, vergidən yayınma və digər maddələrlə, D.Xəlilov və digər 20 şəxsə isə mənimsəmə və digər maddələrlə ittiham elan olunmaqla cinayət işinin istintaqı tamamlanaraq baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Xatırladaq ki, C.Hacıyev Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 15 il, D.Xəlilov 13 il və İ.Hidayət-zadə isə 7 il müddətinə azadlıqdan məhrum edilib. Bakı Apellyasiya Məhkəməsinin qərarı ilə D.Xəlilovun cəzası 13 ildən 12 il 9 aya, Ali Məhkəmənin qərarı ilə İ.Hidayət-zadənin cəzası 5 ilə endirilib.

***

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində mənimsəmədə təqsirləndirilən “Azərbaycan Beynəlxalq Bankı” ASC-nin İdarə Heyətinin sabiq sədri Cahangir Hacıyev, onun bacanağı İsmayıl Hidayət-zadə, sabiq deputat Dünyamin Xəlilov, Camal Həsənov, Sərxan Rəsulov, Natiq İmanov, Samir Hacıyev, Təbriz Əbdülhəmidov, Mahir Qafarov, Sadıx Murtuzayev, Tərlan Məhərrəmov, Fəxrəddin Heybətov, Ramin Əhmədov, Fariz Muradov, Səlahəddin Qədirov, Erxan Cavad, Arif Ramazanov, Navai Şirinov, Svetlana Əsədullayeva, Arif Mədətov, Adil Mikayılov, Ramis Kərimovun cinayət işi üzrə məhkəmə iclası davam etdirilib.

"Report"un xəbərinə görə, hakim Faiq Qəniyevin sədrliyi ilə keçirilən prosesdə şahid qismində adı keçən Rəşad Hacıyevin məhkəməyə teleqram göndərdiyi elan olunub. O, hazırda ölkə xaricində olduğunu, istintaqa verdiyi ifadəsini təsdiq etdiyini deyib.

Hakim söyləyib ki, digər şahid Rauf Xəlilov hazırda Kanadadadır, lakin o, bununla bağlı məhkəməyə teleqram göndərməyib.

Daha sonra şahid qismində Rövşən İsmayılov dindirilib. O, 1997-ci ildən Beynəlxalq Bankda çalışdığını, 2002-2012-ci illər arasında bankın İdarə Heyətinin sədr müavini vəzifəsində işlədiyini qeyd edib.

Veksel əməliyyatı ilə bağlı danışan şahid söyləyib ki, protokolları bankın sədri və katibləri imzalayıb: "Mənim işim isə bankda maliyyə məsələlərinə nəzər yetirib, məlumat vermək olub. Həmin əməliyyatlara xəzinədarlıq deportamenti nəzarət edirdi. Amma bankda kimin bilavasitə nəzarət etməsini dəqiq bilmirəm. Layihələrlə bağlı məsələlər Cahangir Hacıyevə məruzə edilirdi. Bankın Moskva filialında kreditlərin verilməsi ilə bağlı məsələlər idarə heyətində müzakirə olunub".

Digər şahid Şahin Rəsulov deyib ki, daha əvvəl Beynəlxalq Bankda çalışıb, 2010-cu ildə öz istəyi ilə işdən ayrılıb. O, istintaqa verdiyi ifadəsini təsdiq etdiyini, hazırda nə barədə danışdığını xatırlamadığını vurğulayıb.

Hakim qeyd edib ki, Ş.Rəsulov Beynəlxalq Bankın Kredit Komitəsinin üzvü olub.

O isə söyləyib ki, Komitənin iclaslarında heç iştirak etməyib: "Mənə filial müdiri sənəd göndərirdi ki, onu imzalayım. İstəsəm də, istəməsəm də imzalayırdım. Bankda vəzifəm əməliyyat şöbəsinin müavini idi. Əmək haqqım isə 2500 manat idi".

Məhkəmədə elan olunub ki, təqsirləndirilən Erxan Cavadın "Buta kithcin" əməliyyatı zamanı Beynəlxalq Bankdan götürdüyü kredit sənədlərinin birində imzası yoxdur.

E.Cavad da onu təsdiqləyib.

Hakim deyib ki, E.Cavad ifadəsində götürülən kreditlərin briliant mağazasına yönəldildiyini bildirib.

E.Cavad qeyd edib ki, həmin mağazanın 50 faizi Nəsib Piriyevin və 50 faizi isə onun anasının idi: "İttihamda qeyd edilən məbləğ Nəsib Piriyevin Əfqanıstanda olan şirkətinə "ofşor" yolla köçürülüb".

Prosesdə fasilə elan olunub.

Qeyd edək ki, rəsmi məlumata əsasən, aparılmış istintaqla 2001-2015-ci illərdə “Azərbaycan Beynəlxalq Bankı” ASC-nin İdarə Heyətinin sədri vəzifəsində işləmiş C.Hacıyevin göstərişləri əsasında ayrı-ayrı ölkələrdə yaradılmış hüquqi şəxslərlə real dəyəri olmayan sadə veksellərin alqı-satqısına dair 3,4 milyard ABŞ dolları və 987 milyon avro məbləğində (müvafiq dövrün məzənnəsi ilə 3,8 milyard manat) müqavilələr bağlanılaraq qanunsuz veksel əməliyyatları aparılmasına dair əsaslı şübhələr müəyyən edilib.

Aparılmış istintaqla C.Hacıyevin tanışı Dünyamin Xəlilov, digər 20 nəfər və qeyriləri ilə birlikdə qanunsuz maliyyə əməliyyatları aparılan və real dəyəri olmayan veksellərin alınması, eləcə də təminatı olmayan kreditlərin verilməsi yolu ilə ümumilikdə 4,7 milyard manat məbləğində pul vəsaitinin mənimsəmə və digər cinayətlər yolu ilə 2,5 milyard manat hissəsini ələ keçirməklə cinayət yolu ilə əldə edilmiş həmin vəsaitin 2 milyard manatını leqallaşdırmasında, digər 2,2 milyard manat məbləğində pul vəsaitinin isə müxtəlif əməliyyatlara yönəltməklə “Azərbaycan Beynəlxalq Bankı” ASC-yə ziyan vurmasına əsaslı şübhələr müəyyən edilib.

Xatırladaq ki, C.Hacıyev Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 15 il, D.Xəlilov 13 il və İ.Hidayət-zadə isə 7 il müddətinə azadlıqdan məhrum edilib. Bakı Apllyasiya Məhkəməsinin qərarı ilə D.Xəlilovun cəzası 13 ildən 12 il 9 aya, Ali Məhkəmə isə İ.Hidayət-zadənin cəzasını 5 ilə endirib

Şərhlər

XƏBƏR LENTİ