SON DƏQİQƏ
XalqXeber.Az » Aktual » Məşhur hüquqçu ilə həkimin qurduğu cinayətkar şəbəkə - Dələduzluq içində hansı məmurların adı hallanır...

Məşhur hüquqçu ilə həkimin qurduğu cinayətkar şəbəkə - Dələduzluq içində hansı məmurların adı hallanır...

Tarix:

11-04-2019, 13:28

/ 1 116 dəfə oxundu.
Məşhur hüquqçu ilə həkimin qurduğu cinayətkar şəbəkə - Dələduzluq içində hansı məmurların adı hallanır...

"Mən Rafael Qasımovu tanışımın vasitəsi ilə 10-12 il bundan qabaq tanımışam. İlk baxışdan bu adam normal insandır, müəllim işləyir. Bir gün mənə zəng etdi ki, oğlunu prezident aparatına işə düzəldəcəm, təcili gəl, görüşüb danışaq. Getdim danışdım, bu məsələnin həlli üçün 34 min dollar pul istədi. Bunun 4 min dollarının dövlət qulluğuna, qalanının isə işi düzəldənə çatacağını dedi”.
Bu sözləri "Bakupost”a açıqlamasında cinayətkar qrup tərəfindən aldadılan M.Bayramov deyib. O, Bakıda işədüzəltmə vədi ilə dələduzluğa məruz qaldığını bildirir.
Rafael Qasımov Baku Medical Plazanın keçmiş baş həkim müavini dələduzluğa görə məhkum olunmuş Feyzulla Qasımovun oğludur. F.Qasımov isə Bakı Dövlət Universitetinin hüquq fakültəsinin keçmiş dekanı Məhəmməd İmanlının qayın atasıdır. Diqqətli oxucu adıçəkilən şəxsləri həkim Hüseyn Ələkbərov və onun oğlu, tanınmış cərrah Cəmil Ələkbərova qarşı da eyni dələduzluğu törətdikləri barədə Bakupost.az-ın hazırladığı araşdırmalardan tanıyır. Həmin mövzuyla buradan tanış ola bilərsiniz (https://www.bakupost.az/nazirin-adiyla-50-min-dollarliq-deleduzluq-etdiler-meshur-huquqcunun-ve-hekimlerin-sok-mehkeme-ekismesi/#.XK7mC5gzaM8, https://www.bakupost.az/nazirin-adindan-deleduzluq-eden-hekimle-bali-inanilmaz-qerar-mehkemeye-kim-tesir-etdi/, https://www.bakupost.az/bakida-hekim-olu-hakim-ve-mehemmed-imanlidan-film-kimi-deleduzluq-teferrat/, https://www.bakupost.az/mehemmed-imanli-ve-qayinatasinin-aldatdii-hekim-prezidente-muraciet-etdi-tam-metn/#.XK7nLZgzaM8 )
M.Bayramovun sözlərinə görə, sonrakı görüşlərə R.Qasımovun atası da F.Qasımov da gəlib: "Onun atası da tanınmış həkim Feyzulla Qasımovdur. Belə baxırsan ki, ziyalı, mədəni insana oxşayır. Feyzulla Qasımov mənə dedi ki, bu işi o aparır. Dedi, işi görən adam Naxçıvan daxili işlər nazirinin keçmiş müavini Telman Əliyevdir. Bu ada görə mən inandım. Guya Telman Əliyev xəstələnəndə həkim F.Qasımov onu ölümdən qurtarıb. Sonra bildirdilər ki, mənə dövlət qulluğu sertifikatı veriləcək. Ona görə də 4 min dollar verməliyəm. Mən aparıb dediyi məbləği verdim.

Nazir müavini və MTN-nin polkovnik-leytenantdı...
Bir neçə gün sonra R. Qasımov bildirdi ki, bir nəfər bizi görmək istəyir, oğlumu da götürüb gəlim. Getdik ki, səliqəli geyimdə bir cavan oğlan da oturub. O günlərdə mən Rafaelə çox sual verirdim. Dedi, mən bu adamla sizi ona görə görüşdürürəm ki, sizdə inam yaransın. Guya həmin oğlan da Telman Əliyevin bacısı oğludur. Özü də MTN-də işləyir, polkovnik-leytenantdır, vəsiqəsini də göstərdi. Həmin şəxsin də adı Natiq idi. Bu görüşdən üç gün sonra Rafael yenə zəng elədi ki, oğlunu da götür gəl Prezident Administrasiyasının yanına. MTN-nin işçisi olan Natiq də ordaydı. Mən gözlədim, onlar harasa getdilər ki, sənədlərə qol çəkilsin. Sonradan bildim ki, onlar XDMX-nin Ovçular İdarəsinə gediblər, kağızda iki yerə qol çəkdiriblər.

Feyzulla Qasımov
Mənə söz vermişdilər ki, 45-60 gün ərzində iş qutaracaq. 45 gün keçəndən sonra əlaqə saxladım. Onda pulun hamısını məndən almışdılar. Həm Rafael Qsımov, həm də atası Feyzulla mənə dedi ki, PA-da Fərhad Muxtarov adında adam var, bu işləri o həll eləyir. Sonra bizi üç aylıq kurs keçmək adı ilə Strateji Araşdırmalar Mərkəzinə göndərdilər. Rafael də bizimlə getmişdi, içəridən maraqlandı ki, guya, SAM-ın rəhbəri Fərhad Məmmədov işdə yoxdur. F.Qasımovla təkrar əlaqə saxladıq, dedi ki, gedib üç gündən sonra gəlin. Üç gün sonra isə dedilər ki, guya Fərhad Məmmədov xaricə gedib, on beş gün sonra gələcək. Bu gedişlə məni on ay süründürdülər. Təsəvvür edin, hər gün oğlumu geyindirib-keçindirib kimləsə görüşəcəyimiz ümidi ilə evdən çıxarırdım. Sonrada saatlarla hansısa idarənin qarşısında durub, stress keçirirdik...”
Məhəmməd İmanlı yeni dələduzluq işində peyda oldu
Şikayətçi deyir ki, bir müddət sonra F. Qasımov oğluna deyib ki, gedin PA-ya, Elçin adlı bir adam işi həll edəcək: "Xeyli gözləyəndən sonra zəng elədilər ki, qəbul edə bilmirik, ayın axırları sizin əmriniz veriləcək. Sonra da hansısa şöbə müdirinin müşaviri olan Orxan adlı adam çıxdı. Bu şəkildə bizi aldatmaqda davam etdilər.
Bir dəfə məni restorana dəvət etdilər. Getdim ki, Rafaellə bərabər iki nəfər də var. Mən oturan kimi, Rafael durub getdi. Oturan adamlardan biri bildirdi ki, mən Rafaelin bacısının həyat yoldaşıyam, adım Məhəmməddir. Sonrada bildim ki, bu BDU-nun hüquq fakültəsinin keçmiş dekanı Məhəmməd İmanlıdır. O dedi ki, guya onları aldadıblar, iş düzəlməyib. Pulunu qaytaracağına söz verdi”.
Bunun ardınca isə M.Bayramov R.Qasımovdan şikayətçi olmağa qərar verib: "Sonra mən şikayətçi olmağa qərar verdim. Məhəmməd adlı şəxs hər gün Rafaelin anası, xalası, qayınanası ilə bizə gəlirdi ki, şikayətçi olmayım. Həmin ərəfədə Rafael, Feyzulla və Məhəmməd İmanlının aldatdığı başqa adamlar da mənimlə əlaqə saxladılar. Məlum oldu ki, Medikal Plazada bir işçini də aldadıblar, sonra Tovuz rayon sakini Vidadi adlı şəxs də bildirdi ki, onun da 50 min dollar pulunu alıblar. Daha sonra Dilqəm və Cəmil adlı vətəndaşları da aldadaraq külli miqdarda pullarını mənimsəyiblər.
Əgər mən də şikayətçi olsaydım, onların məhkəmədə olan işləri daha da çətinləşərdi. Buna görə hər gün mənə xahişə gəlirdilər ki, şikayətçi olmayım. Başqa adamları aldatdığından və işlərinin məhkəmədə olduğundan xəbərim yox idi. Mən şikayətçi olmayım deyə gətirib 20 min dollar pul verdilər. Məni bu şəkildə təkrar aldatdılar. Qalan pulumu vermədilər.
Bir gün Feyzulla Qasımov mənə zəng etdi ki, təcili gəl restorana. Getdim ki, Rafael də ordadır, çox narahat haldadırlar. Mənə sənət verdilər, hardasa 4 hektar torpaq var. Onun sənədləridir: "O torpağı sataq, sənin də, başqalarının da pulunu qaytaraq”. Mən sənədi götürdüm, amma bu məsələ üçün kiməsə ağız açmadım.
Onlar mütəşəkkil dəstədirlər, böyük cinayətlər törədillər. Və ondan yayınmağın yollarını, bütün incəliklərini bilirlər. Bu işdə əlbəttə ki, əsas rolu Məhəmməd İmanlı oynayır.
Məhəmməd İmanlı açıq şəkildə deyirdi ki, qanun kitablarını o hazırlayıb, nəyi necə etməyi hamıdan yaxşı bilir. Bir gün gətirib müstəntiqin yanında mənə 7 min dollar pul vermək istədi. Mən etiraz elədim ki, pulu bu adama yox, Rafaelə vermişəm. Uzun söz-söhbətlərdən sonra mənim 7 min dollarımı da qaytardılar. Hazırda onlar, yəni Rafael Qasımov, Feyzulla Qasımov və Məhəmməd İmanlı mənə 7 min dollar pul verməlidirlər”.

Hazırda Bakı şəhər Baş Polis İdarəsində M.Bayramovun şikayəti üzrə araşdırma aparılır. R.Qasımova qarşı dələduzluq ittihamı ilə iş başladılıb.
Qeyd edək ki, M.Bayramovun dələduzluqda ittiham etdiyi R.Qasımovun atası F.Qasımov barədə daha əvvəl geniş yazmışdıq. Cərrah Hüseyn Ələkbərov Bakupost.az-a müraciət edərək bildirmişdi ki, F.Qasımov ondan dələduzluq yolu ilə 50 min dollar alıb. Daha sonra iş məhkəməyə çıxmış, F.Qasımov barədə həbs-qətimkan tədbiri seçilmişdi. Lakin H.Ələkbərovun iddiasına görə, BDU-nun keçmiş dekanı Məhəmməd İmanlı Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Cavid Hüseynovla dostluq münasibətlərindən istifadə edərək, yaxın qohumu F.Qasımovun cəza almamasına nail olmuşdu. Məhkəmə F.Qasımov barədə dələduzluq maddəsi ilə hökm çıxarsa da, onu çox az cəza ilə həbsdən azad etmişdi. Üstəlik, zərərçəkən H.Ələkbərova dəyən külli miqdarda ziyanın da ödənməsi barədə qərar çıxarılmamışdı. Hazırda bu iş də Bakı Apellyasiya Məhkəməsinin baxışındadır. İşə hakim Qədir Məmmədovun sədrliyi ilə baxılacaq.

Şərhlər

XƏBƏR LENTİ