SON DƏQİQƏ

XalqXəbər.Az
Yüklənir...

İlham Əliyev Sankt-Peterburq görüşünün detallarını açıqladı-FOTO

İlham Əliyev Sankt-Peterburq görüşünün detallarını açıqladı-FOTO
26-06-2016, 09:43497Oxunub.

 

Danışıqlar mənalı, predmetli olmalıdır, sadəcə olaraq görüntü, imitasiya naminə aparılmamalıdır.

"Müsbət hal ondan ibarətdir ki, Vyana görüşündən bir ay keçəndən sonra artıq Rusiya tərəfinin təşəbbüsü ilə Sankt-Peterburq şəhərində növbəti görüş keçirilmişdir. Bu görüşü biz müsbət qiymətləndiririk. Xarici İşlər Nazirliyi Azərbaycanın rəsmi mövqeyini bildirmişdir və bu mövqe, təbii ki, ictimaiyyət üçün də açıqdır”.

Bunu Azərbaycan prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev Bakının Xətai rayonunda hərbçilər üçün inşa edilmiş binanın açılışında hərbçilərlə görüşdə söyləyib.  

Dövlət başçısı deyib ki, Sankt-Peterburq görüşünün müsbət nəticələri var: "Ümid edirəm ki, bu proses sürətlə davam etdiriləcək. Yenə də heç bir şərt qəbul etmədən biz bu danışıqlara gedirik.

Danışıqlar mənalı, predmetli olmalıdır, sadəcə olaraq görüntü, imitasiya naminə aparılmamalıdır. Sankt-Peterburq görüşünün nəticəsi olaraq birgə bəyannamə qəbul edilib. 

O da ictimaiyyət üçün təqdim edildi. O bəyannamədə hər şey, xüsusilə, məsələnin həlli yolları göstərilir. Bununla bərabər, ATƏT sədrinin şəxsi nümayəndəsinin ofisinin işçilərinin say tərkibinin artırılması məsələsi də müzakirə edilib.

Düzdür, orada say göstərilmir, ancaq mən deyə bilərəm ki, əgər bu gün o ofisdə 6 nəfər işləyirsə, bu, maksimum 2 dəfə, 2,5 dəfə artırıla bilər. Yəni, burada böyük missiyadan söhbət getmir.

Nəzərə alsaq ki, təmas xətti on kilometrlərlə ölçülür, bu işlərin başqa mənasını axtarmaq lazım deyil. Ofisin mandatı da yerindədir, heç bir dəyişiklik yoxdur. Sadəcə olaraq, 6 nəfərin əvəzinə 12, ya 13, ya 14 nəfər olacaq, vəssalam. O ki qaldı ermənilərin şərt kimi ortaya qoyduqları insidentlərin araşdırılması mexanizminin tətbiqinə, hesab edirəm ki, buna indiki mərhələdə ehtiyac yoxdur.

Birincisi, bu mexanizmlər yoxdur. Bizə heç kim konkret demir ki, bu, nədən ibarət olacaq. Belə olan halda, bu məsələyə bu gün baxmaq düzgün olmazdı. İkincisi, bunun mənası nədən ibarətdir? Əgər bunun mənası ondan ibarətdir ki, münaqişə dondurulsun və təmas xəttində hansısa əlavə tədbirlər görülsün, əlbəttə, Azərbaycan buna getməyəcək.

Bu, o vaxt ola bilər ki, danışıqlar prosesində müsbət dinamika davam etdirilsin, biz konkret nəticələri görək, bilək ki, nə vaxt bizim torpaqlarımız işğaldan azad olunacaq, onda əlbəttə, müxtəlif mexanizmlər işlənə və o vaxt bu məsələyə baxıla bilər”.

Dövlət başçısı Sankt-Peterburqda qəbul edilən bəyanatdakı bir mühüm məsələyə də toxunmaq istədiyini bildirib:

"Orada qeyd edildi ki, son vaxtlar təmas xəttində vəziyyət sabitdir, atəşkəs bərpa edilib və bu, müsbət hal kimi qiymətləndirilir. Belə olan halda, heç bir insidentlərin araşdırılması mexanizminin tətbiqinə ehtiyac qalmır. Yəni, o şərt də qəbul edilmədi. Bir daha demək istəyirəm ki, biz məsələnin mahiyyəti əsasında danışıqlar aparmalıyıq.

Ermənistanın işğalçı siyasətinə son qoyulmalıdır. Biz bilməliyik ki, torpaqlarımızın azad edilməsi prosesi nə vaxt başlanacaq. Əlbəttə ki, bu proses olacaq. Azərbaycan tərəfi və mən şəxsən dəfələrlə qeyd etmişdim ki, biz bu münaqişəni ancaq mərhələli yolla həll edə bilərik. Çünki başqa cür mümkün deyil.

Ermənistan həmişə çalışırdı ki, vəziyyəti daha da mürəkkəbləşdirsin, danışıqlar prosesini və mərhələli həll variantını pozsun. Ancaq bizdə olan fikirlərə görə, bu yol ən məqbul yoldur. Bu, tezliklə məsələnin həllinə gətirib çıxara bilər. Azərbaycan dövlətinin məsələnin həlli ilə bağlı prinsipial mövqeyi ortadadır. Bu mövqedə heç bir dəyişiklik olmamışdır və olmayacaq.

Məsələ Azərbaycanın ərazi bütövlüyü çərçivəsində öz həllini tapmalıdır. Heç vaxt Dağlıq Qarabağa müstəqillik verilməyəcək, heç vaxt Azərbaycanın tarixi torpaqlarında ikinci erməni dövləti yaranmayacaq. Bu, əsas məsələdir. O ki qaldı Dağlıq Qarabağın statusuna, bu, sonranın işidir.

Əlbəttə ki, müəyyən status ola bilər. Azərbaycanın tərkibində Naxçıvan Muxtar Respublikası mövcuddur. Bunun muxtariyyət statusu var. Avropada, digər ölkələrdə mütərəqqi təcrübə və müxtəlif statuslar var. Ancaq bu status ölkəmizin ərazi bütövlüyünü pozmamalıdır”

"Azərbaycanda hərbi sənaye kompleksi sürətlə inkişaf edir. Azərbaycanda 1000-dən çox adda hərbi təyinatlı məhsul istehsal edilir. Bu, həm ordumuzun ehtiyacını ödəyir, həm də biz artıq xarici bazarlara da çıxmışıq”.

Bunu Azərbaycan prezidenti, Silahlı Qüvvələrin Ali Baş komandanı İlham Əliyev Bakının Xətai rayonunda hərbçilər üçün inşa edilmiş binanın açılışında hərbçilərlə görüşdə söyləyib. 

Dövlət başçısı deyib ki, Bakıda keçirilmiş hərbi sərgi bir daha göstərir ki, Azərbaycan bu istiqamətdə də böyük uğurlara imza atıb:

"Çünki birinci sərgiyə çox böyük maraq var idi. Orada nümayiş etdirilən hərbi təyinatlı məhsullar dünyanın aparıcı şirkətləri tərəfindən istehsal edilmişdi. Azərbaycan onlardan bir hissəsini artıq əldə edib. Beləliklə, müxtəlif ölkələrdə ənənəvi olaraq keçirilən hərbi sərgilərlə yanaşı Azərbaycan da bu sahədə öz imzasını qoyub”.

Prezident İlham Əliyev bildirib ki, müxtəlif yerlərdə müharibələrdə, toqquşmalarda müşahidə olunan mənzərə ondan ibarətdir ki, texnoloji inkişaf, texniki tərəqqi digər amillərlə bərabər hərbi üstünlüyü təmin edir:

"Ona görə də Azərbaycana gətirilən silah, sursat, texnika ən yüksək texnoloji səviyyəyə cavab verir. Mən bu yaxınlarda maddi-texniki təminatı daha da yaxşılaşdırmaq üçün müvafiq göstərişlər vermişəm”.

Dövlət başçısı deyib ki, Azərbaycanın kifayət qədər maddi imkanlanı var,  müxtəlif ölkələrdən hərbi texnika, silah alır:

"Bir mənbədən asılı deyilik. Bu sahədə də şaxələndirmə yolu ilə gedirik. Gələcəkdə də çalışmalıyıq ki, Azərbaycan ordusuna ən müasir texnika və silahı gətirək. Hərbçilərimiz də təlimlər keçərək, bu texnikadan istifadə etmək sahəsində böyük peşəkarlığa malikdirlər. Son vaxtlar təmas xəttində baş verənlər də bunu təsdiqlədi”.

Dövlət başçısı qeyd edib ki, ordunun döyüş qabiliyyətində əsgər və zabitlərin döyüş ruhu da böyük yer tutur:

"Tam əminliklə deyə bilərəm ki, Azərbaycan ordusu güclü ordular sırasındadır. Ordumuzun döyüş qabiliyyəti artır, mənəvi-psixoloji vəziyyət çox müsbətdir, vətənpərvərlik ruhu, nizam-intizam yüksək səviyyədədir. Mən son illər dəfələrlə bəyan etmişdim ki, Azərbaycan ordusu dünya miqyasında güclü ordular sırasındadır və aprel döyüşləri bunu bir daha sübut etdi”.

"2011-ci ildə imzaladığım müvafiq sərəncam əsasında 20 il ərzində qüsursuz xidmət göstərmiş hərbçilərə dövlət vəsaiti hesabına mənzillər verilir. Bu proqram çərçivəsində artıq 900-ə yaxın hərbçi mənzillə təmin edilib, 100 hərbçinin mənzil-məişət problemi yaxın zamanlarda öz həllini tapacaq”.

Bunu Azərbaycan prezidenti, Silahlı Qüvvələrin Ali Baş komandanı İlham Əliyev Bakının Xətai rayonunda hərbçilər üçün inşa edilmiş binanın açılışında hərbçilərlə görüşdə söyləyib. 

Dövlət başçısı deyib ki, bu proqramın icrası üçün bu günə qədər dövlət büdcəsindən 100 milyon manatdan çox vəsait ayrılıb:

"Biz  ordumuzu gücləndirir, maddi-texniki bazasını möhkəmləndiririk. Bununla bərabər, hərbçilərin sosial problemləri həllini tapır. Hərbçilərin xidmət şəraiti də yaxşılaşır. Müvafiq göstərişlər əsasında bu gün Azərbaycanın müxtəlif yerlərində yerləşən hərbi hissələrdə, hərbi şəhərciklərdə təmir-bərpa işləri aparılır.

Yeni hərbi bazalar tikilir. Keçən il Silahlı Qüvvələr Günü ərəfəsində Bakıda Xəzər sahilində tikilmiş Hərbi Dəniz Qüvvələrinin bazasının açılışını qeyd etmişdik. Bu baza Xəzərdə ən böyük hərbi obyektlərdən biridir və orada bütün şərait yaradılıb.

Digər hərbi hissələrdə də təmir-bərpa işləri aparılır. Vəzifə qoymuşam ki, bir dənə də təmirsiz hərbi hissə olmasın. Hərbçilərin xidmət və yaşayış şəraiti yaxşı olmalıdır. Bu, bir daha Azərbaycanda ordu quruculuğu prosesinə çox böyük diqqət göstərildiyini göstərilir və bu da təbiidir. Hər bir ölkə, xüsusi ilə müharibə şəraitində yaşayan ölkə bunu etməlidir”.

Prezident İlham Əliyev bildirib ki, Azərbaycanın iqtisadiyyatı inkişaf edir, maliyyə imkanları genişlənir:

"Dövlət büdcəsinin əsas xərcləri hərbi məqsədlərə sərf olunur. Büdcə xərclərinin artması nəticəsində son illər Azərbaycanda görülən işlər göz qabağındadır. Bu gün maddi-texniki təchizat baxımından güclü ordular sırasındadır.

Son illər əldə etdiyimiz silah, sursat, texnika ən yüksək standartlara cavab verir. Bu gün ordumuz yüksək dəqiqliyə və çox böyük dağıdıcı qüvvəyə malik olan silahlardan istifadə edir. Yəni ordumuzun bütün ehtiyacları təmin edilir”.

Dövlət başçısı qeyd edib ki, son illər hərbi hissələrdə əsgərlər mülki işlərə də cəlb olunmurlar:

"Onların yerinə mülki şəxslər cəlb edilib. Biz burada iki məqsəd güdürük. İlk növbədə əsgərlər orduda xidmət etməlidir və öz peşəkarlığını artırmalıdırlar. Digər tərəfdən, bu. Mülki şəxslər üçün yeni iş yerlərinin açılması deməkdir.

Artıq bu proqram çərçivəsində minlərlə mülki şəxs hərbi hissələrdə işləyir, yaxşı maaş alırlar. Mən hərbi hissələrdə olarkən onlarla da söhbət edirəm və görürəm ki, onlar da bu işlərdən çox razıdırlar. Azərbaycanda ordu quruculuğu məqsədli və planlı şəkildə aparılır”

Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş komandanı İlham Əliyev iyunun 25-də Bakının Xətai rayonunda hərbçilər üçün inşa edilən binada yaradılan şəraitlə tanış olub.

Müdafiə naziri Zakir Həsənov dövlətimizin başçısı, Silahlı Qüvvələrin Ali Baş komandanı İlham Əliyevə raport verib.

Bildirilib ki, bina Müdafiə Nazirliyinin həqiqi hərbi xidmət hərbi qulluqçularının sosial müdafiəsinin gücləndirilməsi tədbirləri barədə Prezident İlham Əliyevin 2010-cu ildə imzaladığı sərəncama uyğun olaraq tikilib.

Yeni bina bir girişli olmaqla 14 mərtəbəlidir. Burada ümumilikdə 65 mənzil var. Onlardan 39-u iki otaqlı, 26-sı isə üç otaqlıdır.

Prezident İlham Əliyev mənzillərdə yaradılan şəraitlə tanış olub.

Sonra dövlət başçısı hərbiçilərlə görüşüb.

Prezident İlham Əliyev görüşdə çıxış edib.

Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş komandanı İlham Əliyev hərbiçilərin bir qrupuna mənzillərin ordenlərini təqdim edib.

Sonda xatirə şəkli çəkdirilib.

İlham Əliyev Sankt-Peterburq görüşünün detallarını açıqladı-FOTO
İlham Əliyev Sankt-Peterburq görüşünün detallarını açıqladı-FOTO
İlham Əliyev Sankt-Peterburq görüşünün detallarını açıqladı-FOTO
İlham Əliyev Sankt-Peterburq görüşünün detallarını açıqladı-FOTO
İlham Əliyev Sankt-Peterburq görüşünün detallarını açıqladı-FOTO
İlham Əliyev Sankt-Peterburq görüşünün detallarını açıqladı-FOTO

 

XƏBƏR LENTİ
GÜNDƏM
KÖŞE YAZARLARI
İDMAN
ŞOU-BİZNES
DÜNYA
FACEBOOK SƏHİFƏMİZ
SON DƏQİQƏ